Qarabağ münaqişəsi mövzusu Ermənistanın teatr aləmində 2016-cı ilin aprel toqquşmalarından sonra aktuallaşdı. " />

Ermənistan: teatr səhnəsində real hadisələri əks etdirən Qarabağ müharibəsi oynanılır

Qarabağ münaqişəsi mövzusu Ermənistanın teatr aləmində 2016-cı ilin aprel toqquşmalarından sonra aktuallaşdı.

“Ailəm çamadanımdadır” monotamaşası, fotoqrafiya Bravo.am.
“Ailəm çamadanımdadır” monotamaşası, fotoqrafiya Bravo.am.
“Bəyaz leyləklər” tamaşasının afişası
“Bəyaz leyləklər” tamaşası, fotoqrafiya Tert.am.

“Bəyaz leyləklər” tamaşası, fotoqrafiya Tert.am.
Ara Ercakyan, “Bəyaz leyləklər” pyesinin quruluşçu rejissoru, fotoqrafiya Photolure
“Qartal yuvası” tamaşasının afişası
“Qartal yuvası” tamaşası, fotoqrafiya Tert.am.

Müharibədən 25 il sonra teatr susqunluğunu pozub, son bir ildə demək olar ki, eyni vaxtda səhnəyə Qarabağ münaqişəsi ilə bağlı real hadisələrə və insan hekayələrinə əsaslanan üç tamaşa qoyuldu. Teattrın susqunluğunu pozan “aprel müharibəsi” oldu.

1994-cü ildə əldə edilən atəşkəs razılaşmasından sonra Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ arasında 2016-cı il aprelin 2-nə keçən gecə və sonrakı dörd gün ərzində ən irimiqyaslı silahlı qarşıdurma baş verdi. Ermənistanda hər iki təərəfdən yüzlərlə qurbanın verildiyi bu dövrü dördgünlük aprel müharibəsi adlandırırlar.


«Photo- “Ailəm çamadanımdadır” monotamaşası, fotoqrafiya Bravo.am.

Premyerası 2017-ci ilin aprelində “Armmono” beynəlxalq teatr festivalının açılışında baş tutmuş “Ailəm çamadanımdadır” monotamaşası atası əsir düşən aktrisa və quruluşçu rejissor Narine Qriqoryanın real hekayəsinə, uşaqlıq xatirələrinə əsaslanır…

Aktrisa xatırlayır ki,1989-cu ildə bütün ailəsi Ermənistandan Qarabağa köçəndə onun 8 yaşı vardı.

1991-ci ildə aktrisanın atası Şuşidə əsir düşüb. Narine Qriqoryan danışır ki, bir aya yaxın əsirlikdə saxlanılan, “zorakılıq, işgəncə və qəddar münasibətə” məruz qalan atası azərbaycanlı həkimin köməyi ilə xilas olub və evə qayıdıb.

Aktrisa Narine Qriqoryan atası Karlen Qriqoryanla uşaqlıqda, 1990-cı il

Tamaşa tamaşaçı ilə söhbət formasında qurulub, atasının əsir düşməsini, Qarabağ müharibəsi zamanı baş verən hadisələri, gündəlik yaşamı 11 yaşlı qızın gözləri ilə anladır.

“Tamaşa zamanı mən  xatirələrimi bölüşürəm və uşağın müharibəni bir oyun kimi qəbul etdiyini anladıram, çünki atam bizim müharibə ilə keçək uşaqlığımızı oyuna çevirmişdi. O, bizə çoxlu məntiqi tapşırıqlar verirdi, lətifələr danışırdı ki, biz müharibənin bütün qəddarlığını hiss etməyək”, – aktrisa xatırlayır.

Bu tamaşa uşaqlığı Qarabağ müharibəsində keçənlərin hekayəsini, xatirələrini və sarsıntılarını ifadə etmək cəhdidir.

Narine Qriqoryan, aktrisa

Bu il aktrisa “Ailəm çamadanımdadır” monotamaşasıını Qarabağda Şuşi dram teatrının səhnəsində də təqdim edib.

Rejissor, Hovanes Tumanyan adına Yerevan Dövlət Kukla Teatrının bədi rəhbəri Ruben Babayanın fikrincə, bu sənədli tamaşa ictimai və yüksək bədii dəyərə sahibdir.

“Tamaşa istənilən vəziyyətdə insan olaraq qalmağın mümkünlüyü və insanların milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq həmişə insan olmaq və ya qeyri-insani hərəkətlər etmək üçün bəhanələr tapmaq kimi bir seçim qarşısında qaldıqları haqda çox mühüm tezisi irəli sürür. Bu tamaşa pafosdan uzaq çox səmimi söhbətdən ibarətdir, elə bununla da cəlbedicidir”, – Babayan deyir.

Ruben Babayan, Hovanes Tumanyan adına Yerevan Dövlət Kukla Teatrının bədii rəhbəri

Ruben Babayan hesab edir ki, “Ailəm çamadanımdadır” tamaşası və ümumiyyətlə ictimai dəyərlərə əsaslanan əsərlər  ermənilərə və azərbaycanlılara “ümumi dil tapmaqda”, dialoq aparmaqda və ya heç olmasa cəhd gööstərməkdə kömək edə bilər.

“Biz Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsəri haqda bilirik, bu əsərə görə müəllif  təqibə məruz qalı, amma bu da humanist yanaşmadır. Bu roman möhkəm və doğru təmələ əsaslanıb və düşünürəm ki, belə əsərlərin, belə tamaşaların bizə ancaq yardımı dəyə bilər”, – Babayan əlavə edir.


 “Bəyaz leyləklər” tamaşası, fotoqrafiya BlogNews.

2016-cı ilin mayında Yerevan Dövlət Kamera Teatrının səhnəsində qoyulan “Bəyaz leyləklər” tamaşası məhz “aprel müharibəsindən” bəhs edir, Dağlıq Qarabağın müdafiəsində həlak olan qəhrəmanların xatirəsinə həsr olunub. Tamaşa boyunca aktyorlar bütün qurbanların adlarını çəkirlər.

İdeya aprel qarşıdurması zamanı yaranıb. “Bəyaz leyləklər” pyesinin müəllifi və quruluşçusu Yerevan Dövlət Kamera Teatrının bədii rəhbəri Ara Yerncakyandır. O mətbuata bildirib ki, tamaşadan əldə etdiyi gəliri həlak olan əsgərlərin valideynlərinə vermək niyyətindədir.

“Biz aprel hadisələrinə hay verməli və öz münasibətimizi göstərməliydik. Tamaşa bir neçə hissədən ibarətdir. Birinci hissə Azərbaycanın və cəmiyyətin davranışıŞ ikinci hissə Avropa və Amerikanın aprel hadisələrinə və ümumilikdə Qarabağ münaqişəsinə verdiyi reaksiyaya, üçüncü hissə isə Rusiyanın satqınlıq kimi göstərilmiş mövqeyinə həsr olunub. Bunlar yaranmış vəziyyətə görə həmin ölkələrin ünvanına emosional, ittihamedici mətnlərdir. Bu günlərdə başqa münasibət ola da bilməzdi”, –  Yerncanyan deyir.

2017-ci ildə “Bəyaz leyləklər” tamaşası müvəqqəti olaraq repertuardan çıxarılıb. Rejissorun sözlərinə görə, bu, çox emosional quruluşdur, tamaşaçılar çox dərin sarsıntı yaşayırdı və kiçik fasilə lazım idi.

“Qartal yuvası” tamaşası, ortada aktyor Lernik Harutunyan. Fotoqrafiya Tert.am.  

2017-ci ilin fevralında Qabriel Sundukyan adına Milli Akademik Teatrında müharibənin və Qarabağın müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Qartal yuvası” tamaşasının premyerası baş tutub.  

Tamaşa Hraç Beqlaryanın eyniadlı pyesi əsasında qoyulub, rejissor isə David Harutunyandır.

“Qartal yuvası” teatrın repertuarında qalır: tamaşalar anşlaqla keçir. Truppa bu tamaşa ilə Qarabağa və Ermənistanın digər regionlarına da qastrola gedib.

Hadisələr döyüşlərin getdiyi Qarabağın sərhədyanı kəndində cərəyan edir. Baş qəhrəman 80 yaşlı Amay nənədir. Onun gözləri önündə gənclər yaralanır və həlak olur.

Aktyor Lernik Harutunyan tamaşada tavuşlu nişançı Marqarın rolunu oynayır, tamaşanın sonunda o da həlak olur.

“Biz nə qədər şikayət etsək də, yenə də lazım olan məqamda öz torpağımızda, sərhədimizdə möhkəm dayanırıq. Tamaşa seyrçilərə məhz bu vətənpərvər ruhda ismarıc ötürür”, – Lernik Harutunyan deyib.

Teatrşünas Tiqran Martirosyan vurğulayır ki, Qarabağ münaqişəsi haqda tamaşalar hazırlamaq  vacibdir, mövzunun tamaşaçıya necə təqdim olunduğu isə başqa bir məsələdir.

Teatrşünas Tiqran Martirosyan, fotoqrafiya şəxsi arxivdəndir

“Qartal yuvası” tamaşasına gəlincə, teatrşünas rejissor işini və ədəbi materialı kəskin tənqid edir.

“Teatr qarşısına təşviqat məqsədi qoyanda, məhz orada əyalətçilik başlayır. Baxırsan və baş verənlərə cərəyan edən hadisələrə inanmırsan, bu, nümayişkaranə pafos, psevdo-vətənpərvərlikdir”, – Tiqran Martirosyan deyir.

Narine Qriqoryanın “Ailəm çamadanımdadır” monotamaşasını təhlil etdiyi zaman teatrşünas bütün bəndlər üzrə bu işi müsbət dəyərləndirir.

“Aktrisa hekayəni nifrətsiz təqdim edir, üstəlik, o, özünə qarşı istehza elementlərini ortaya çıxarır. Məsələn, evdə təmizlik səhnəsində qəhrəman belə deyir: “Biz kim üçün təmizləyirik, türklər üçün?” Bu, özünə qarşı istehzanın ən yüksək həddidir və bu, belə demək olarsa, tamaşaçını ələ alır. Bu, tamaşaçılarda ziyanlı daxili sarsıntı yaratmır, axı uzun müddətli nifrət insanın daxili aləminə xələl gətirir”, – teatrşünas bidirir.

 

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır və International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews