Sosioloji sorğu nəticələrinə görə, hazırkı baş nazir Karen Karapetyan iqtidar partiyasından olan daha məqbul namizəddir" />

Ermənistan sakinləri növbəti dövlət başçısı kürsüsündə ya hazırkı prezidenti, ya da baş naziri görür

Sosioloji sorğu nəticələrinə görə, hazırkı baş nazir Karen Karapetyan iqtidar partiyasından olan daha məqbul namizəddir

Ermənistan sakinləri növbəti dövlət başçısı kürsüsündə hazırkı prezident Serj Sarqsyan və hazırkı baş nazir Karen Karapetyanı görür. GALLUP International assosiasiyasının Ermənistandakı tam hüquqlu üzvü Em-Pi-Ci şirkətinin apardığı sosioloji sorğunun nəticələri buna dəlalət edir.

2018-ci ilin aprelində Ermənistan tam olaraq parlament idarə sisteminə keçir. Ölkə idarəetməsi prezidentdən baş nazirə ötürülür. Aprelin 9-da hazırkı prezidentin səlahiyyət müddəti sona çatır. Müvafiq olaraq, sorğu iştirakçılarına belə sual verilib: “Aprelin 9-dan sonra kimi baş nazir vəzifəsində görmək istərdiz?” Sorğu iştirakçılarının səsləri iqtidar partiyasından olan iki namizəd arasında bölünüb. Kiçik səs çoxluğu ilə hazırkı baş nazir birinci yerə çıxıb:

● səslərin 27,3%-ni Karen Karapetyan toplayıb,
● 24,8 %-ni Serj Sarqsyan,
● 8,1%-ni müdafiə naziri Vigen Sarqsyan,
● respondentlərin 17,2 %-i bu vəzifədə heç kimi görmür.

Sorğu nəticələrinə görə, Serj Sarqsyan daxili və xarici siyasət məsələlərini həll etməyə qadir olan rəhbər nüfuzuna, Karen Karapetyan isə sosial-iqtisadi məsələləri həll edə bilən idarəedici nüfuzuna sahibdir.

Polittexnoloq Armen Badalyan JAMnews-a müsahibəsində bildirib ki, Ermənistanda etibara layiq sosioloji qurumlar yoxdur. Onun sözlərinə görə, onların hamısı “sosioloji rəssamlıqla” məşğuldurlar.

“Belə təşkilatların həyata keçirdiyi heç bir tədqiqata inanmayın. Bunlar siyasi mesajlardan başqa bir şey deyil. Sorğunun nəticələrinə görə, Serj Sarqsyan Karen Karapetyana uduzur, amma deyilir ki, o, bir sıra vacib məsələlərlə bağlı lider kimi qəbul olunur: ölkənin təhlükəsizliyi, müdafiəsi, Qarabağ münaqişəsinin nizamlanması. Karen Karapetyan isə təhlükəsizliklə müqayisədə ikinci planda olan iqtisadi sahədə liderdir. Bununla da göstərilir ki, Serj Sarqsyan daha vacib məsələləri həll edir”, – polittexnoloq deyir.

Armen Badalyanın sözlərinə görə, əslində Ermənistan sakinləri bu dəyişikliklərdə qətiyyən marqlı deyil. Üstəlik artıq konstitusiyaya görə də ölkə başçısını vətəndaşlar seçməyəcək.

2015-ci ildə həyata keçirilən konstitusiya dəyişikliklərinə əsasən, vətəndaşlar parlament deputatlarını seçmək haqqına sahibdirlər. Daha sonra formalaşmış parlament çoxluğu baş nazir vəzifəsinə öz namizədini irəli sürür. Açıq səsvermə nəticəsində parlament ölkə başçısını – baş naziri seçir.

Facebook Comments

More on JAMnews