“Üçlük”də baş nazirin həyat yoldaşı və paytaxt meri vəzifəsinə namizəd də var" />

Ermənistan onlayn-mediasının ən populyar qadını aktiv deputatdır

“Üçlük”də baş nazirin həyat yoldaşı və paytaxt meri vəzifəsinə namizəd də var

Ermənistan onlayn-mediasında iyul ayı ərzində adına ən çox istinad edilən qadın “Sarukyan” fraksiyasının deputatı Naira Zoqrabyan olub. O, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının Yerevan meri vəzifəsinə namizədidir. 130 onlayn-resursda onun adı istənilən digər qadından daha çox çəkilib – 909 dəfə.

Nüfuzlu qadınlar reytinqində o, hətta hazırda Ermənistanda çox populyar olan baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyub. Akopyanın adı 525 dəfə çəkilib.

“Üçlüy”ün son sırasında paytaxtın Ağsaqqallar Şurasının üzvü, “Yerkir tsirani” partiyasının sədri Zarui Postancyan qərarlaşıb. Onun adı 523 dəfə çəkilib. İyul ayında Postancyan barədə daha çox paytaxt meri vəzifəsinə namizədlik kontekstindən yazıblar.

Naira Zoqrabyanın ilk sıraya çıxmasını bir neçə faktor şərtəndirib.

Birincisi o, post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan “Sasna Srer” silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb.

Bundan əlavə, “Çiçəklənən Ermənistan” Partiyasının Yerevanın Ağsaqqallar Şurasına seçkilərdəki seçki siyahısına başçılıq edib.

Zoqrabyan həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib.

O ki qaldı Nikol Paşinyanın həyat yoldaşına, o, Ermənistanda populyar olan “Qızıl ərik” kinofestivalında olub, oğlunu orduya göndərib və “Mənim addımım” fondunun əsasını qoyub (fond adını onun həyat yoldaşının təşəbbüsü ilə başlamış və ötən hakimiyyəti istefaya göndərmiş hərəkatdan götürür). Bütün bunlar onun ikinci sırada qərarlaşmasına imkan verib.

Zarui Postancyanın üçüncü yeri tutmasının əsas səbəbi isə onun namizədliyinin Yerevan meri vəzifəsinə irəli sürülməsi ilə bağlıdır.

İlk “onluq”da habelə sabiq ədliyyə naziri Arpine Ovannisyan, bir neçə qadın nazir, hazırki prezidentin həyat yoldaşı Nune Sarqsyan və sabiq prezidentin həyat yoldaşı Rita Sarqsyanın da adları çəkilib.


More on JAMnews