Ekspertlər yeni qanun layihəsini ziddiyyətli və mübahisəli hesab edirlər" />

Ermənistanda gənc mütəxəssisləri universitetlərə cəlb etmək, amma ali məktəblərin müstəqilliyini məhdudlaşdırmaq istəyirlər

Ekspertlər yeni qanun layihəsini ziddiyyətli və mübahisəli hesab edirlər

Ermənistanda müzakirəyə verilmiş ali təhsil haqda yeni qanun layihəsi bütün ekspertlər tərəfindən mübahisəli və ziddiyyətli olaraq dəyərləndirilib. Amma onun müəllifləri öz işlərindən razı qalıb, onlar bildirirlər ki, qarşılarına qoyulan məqsədə çatıblar: ali məktəb və akademiyaların ümumi idarəçilik prinsiplərini hazırlaya biliblər.

e-draft saytında qanun layihəsi bütün maraqlı şəxslər, mütəxəssislər və məsələylə maraqlanan sadə ölkə sakinləri sənədlərlə tanış ola bilsinlər deyə təqdim olunub. Qanun layihəsi Milli Məclisdə də ciddi tənqidə məruz qalıb, onun ilkin müzakirəsi dörd saat vaxt alıb. Qızğın mübahisələr əsnasında təhsil və elm naziri Levon Mkrtçyan ritorik sual verib: ümumiyyətlə Ermənistana belə bir qanun layihəsi lazımdırmı?

Nazir vurğulayıb ki, bu qanunla ölkənin ali təhsil sahəsində mövcud olan problemləri həll etmək mümkün olmayacaq, amma bir çox suallar cavabını tapacaq. Məsələn, o, ali təhsilin hədsiz humanitarlaşması haqda danışıb:

“Bizim peşə təhsilinin 70 faizini humanitar ixtisaslar təşkil edir. Dəqiq elmlər ali təhsilimizin spektrində praktiki olaraq təqdim edilməyib. Qarşımızda təbət elmlərinin saxlanması problemi durur, bunun üçün isə məktəbləri dəyişmək lazımdır. Bu qanun, əlbəttə, bu məsələnin həllinə kömək etməlidir”, – o bildirib.

Həmçinin bu sahənin cavanlaşdırılması məsələsi də müzakirə olunub:

“Əgər hər hansı ölkədə elm sahəsinə 35-55 yaş arası insanların cəlb olunması 6 faiz, 60 yaşdan yuxarı insanların cəlb olunması isə 30 faiz təşkil edirsə, bu problemdir. 40 yaşı tamam olan adam anlayır ki, onun laboratoriya və ya kafedra rəhbəri olmaq şansı yoxdur. Və bu cavan incanlar öz qüvvəsini başqa ölkələrdə başqa sahələrə yönəldir. Dünyada elmin mövcud olmadığı, xidmət sahələri sayəsində dolanan çox sayda ölkə var. Bizim buna ixtiyarmız yoxdur, elmi potensialımızı itirməyə haqqımız yoxdur”, – nazir hesab edir.

Müxalif “Sarukyan” fraksiyasından olan deputat Sergey Baqratyan hesab edir ki, əgər kafedra müdiri öz işini peşəkarca görürsə, onun yaşı önəmli deyil:

“70 yaşlı insanın işləyə bilmədiyini demək, məhdudiyyət qoyur, bu isə insan haqlarının pozulmasıdır”.

Ekspertlər qeyd edirlər ki, layihədə ciddi boşluqlar var – bu qanun təhsil sahəsinin üç əsas problemini həll etmir:

  • ali məktəblərin muxtariyyəti,
  • akademik azadlıq,
  • ali məktəblərin real olaraq siyasətdən uzaqlaşması.

Onların fikrincə, bu qanun layihəsi ali məktəblərin azadlığını daha da məhdudlaşdıracaq, çünki ali təhsil müəssisələri şuralarının tətkibinin təsdiqi səlahiyyəti ölkənin baş nazirinə veriləcək.

Nazir Mkrtçyan bildirir ki, dövlət ali məktəblərinin şuraları onların baniləri tərəfindən təsdiq olunmalıdır, hazırkı vəziyyətdə isə bu baş nazirdir. Müxalifət və ekspertlər isə narahatdır: bu yolla ali məktəblər müstəqil qərarlar qəbul edə bilməyəcək.

“Siyasi çoxluğun məqsədi aydındır. Amma bu, təhsil nazirinin qaldırdığı ali məktəblərin idarə olunmasının qeyri-siyasiləşdirilməsi və onların muxtariyyətinin artırılması məsələsinə tamam ziddir. Əgər tərkib baş nazir tərəfindən təsdiqlənəcəksə,  özünüidarə azad ola bilməz” – müxalif “Yelk” blokunun nümayəndəsi Anahit Baxşiyan bildirib.

Qanun layihəsinə yenidən baxılacaq. Təhsil və Elm Nazirliyinin layihəyə hansı istiqamətdə dəyişikliklər edəcəyi aydın deyil.


More on JAMnews