Ermənistan korrupsiya ilə mübarizədə uğurlara nail olub

Amma GRECO-nun rəyinə əsasən deputatlar və hakimlər arasında korrupsiyanın qarşısını almaq üçün lazımı tədbirlər görülməyib

Ermənistan 2016-cı ildə korrupsiya ilə mübarizə sahəsində müəyyən irəliləyişə nail olub. Bu haqda Avropa Şurasının Korrupsiya ilə Mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO) rəyində deyilir .

Ötən il Ermənistan korrupsiya ilə bağlı hüquq pozuntularının kriminallaşdırılmaı və siyasi maliyyələşmənin şəffaflığı ilə əlaqədar qarşısında qoyulmuş öhdəlikləri uğurla həyata keçirib, – GRECO-nun rəyində deyilir. Amma parlament üzvləri arasında korrupsiyanın qarşısının alınması ilə bağlı təkliflər, həmçinin hakimlər arasında korrupsiyanın qarşısının alınması üzrə təkliflərin 43 faizi həyata keçirilməyib.

Bu gün isə Ermənistanın Milli Məclisi il oxunuşda “Korrupsiyanın qarşısının alınması haqda” proyekt paketini təsdiqləyib. Bütün deputatlar – həm müxalifəti, həm də iqtidar çoxluğunu təmsil edənlər yekdilliklə komissiyanın yaradılmasının “lehinə” səs veriblər. Bu komissiya daha əvvəlki analoji komissiyalardan tərkibinə həm də müxalifət nümayəndələrinin daxil olması ilə fərqlənəcək.


More on JAMnews