Sevak Xanaqyan müəllifi olduğu mahnını təqdim edəcək" />

Ermənistan ilk dəfə Eurovision-a tam ermənicə səslənən mahnı ilə qatılacaq

Sevak Xanaqyan müəllifi olduğu mahnını təqdim edəcək

Beynəlxalq “Eurovision-2018” müsabiqəsində Ermənistanı Sevak Xanaqyan təmsil edəcək. O, ilk dəfə bu müsabiqəsinin səhnəsində tam erməni dilində səslənən mahnı oxuyacaq. Əvvəlki illərdə Ermənistan təmsilçilərinin oxuduqları mahnıların mətnləri həm erməni, həm də ingilis dilində olub.

Bu ilin mahnısı “Kami” (Külək) adlanır. Mahnı tənhalıq haqdadır. Mahnının müəllifi Sevak Xanaqyanın özüdür.

Ermənistan təmsilçisi bir neçə turun nəticəsinə qalib seçilib. “Eurovosion yolunda” layihəsində 50-dən çox musiqiçi öz kompozisiyasını təqdim edib. Ən yaxşı on iştirakçı qalana qədər tamaşaçılar hər həftə öz favoritini seçib. Finalda qalibi 50\50 nisbətində olan beynəlxalq ekspertlərdən ibarət peşəkar jüri və televiziya tamaşaçılarının səsverməsinin nəticələri müəyyən edib. Sevak Xanaqyan hər iki səsvermənin nəticəsinə görə qələbə qazanıb.

O, 1987-ci ildə anadan olub. Hələ uşaqlıqda valideynləri ilə birlikdə Moskvaya köçüb, orada Maymonid adına Dövlət Klassik və Estrada-Caz Akademiyasının vokal bölməsini bitirib. Öz müsahibələrində müğənni bildirib ki, musiqiyə qarşı sevgini ona atası aşılayıb.

O, Rusiyanın “Əsas səhnə” və “Səs” layihələrində, o cümlədən də Ukraynanın “X factor” tele-müsabiqəsində iştirak edib. Bundan sonra o, Ermənistamda da tanınıb.


More on JAMnews