Parlament çoxluğu vaxtından tez istefa verəcəkləri halda məhkəmə üzvlərini ömürlük pensiya ilə təmin edəcək qanun layihəsini dəstəkləyib " />

Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun Konstitusiya Məhkəməsinin tərkibini dəyişmək niyyətindədir

Parlament çoxluğu vaxtından tez istefa verəcəkləri halda məhkəmə üzvlərini ömürlük pensiya ilə təmin edəcək qanun layihəsini dəstəkləyib

Konstitusiya Məhkəməsi, Hrayr Tovmasyan, Nikol Paşinyan

Ermənistanın Milli Məclisi Konstitusiya Məhkəməsi üzvlərinin “növbədənkənar pensiya sistemi haqda qanunu” ilk oxunuşdan qəbul edib. İqtidar partiyası ümid edir ki, bununla yüksək məhkəmənin tərkibini dəyişməyə nail olacaq.

“Məxməri” inqilabdan sonra mövcud olan hökumət ən çox Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın iistefasında maraqlıdır. O, “keçmiş hakimiyyətlə” assosiasiya olunur. Baş nazirin özü güman edir ki, yeni, inqilabdan sonrakı reallıqda sonuncu ədalətli və qanuni qərarlar qəbul edə bilmir.

Daha əvvəl “Mənim addımım” iqtidar fraksiyasının deputatları sədrinin səlahiyyətlərinə son verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Amma məhkəmə “müəyyən edilmiş reqlamentin gözlənilmədiyini” əsas gətirərək Milli Məclisin müraciətinə baxmaqdan belə imtina etmişdi.

Pensiya haqda qanun nəyi nəzərdə tutur?

Komstitusiya Məhkəməsi üzvlərinin vaxtından əvvəl pensiya sistemi haqda qanun onlara aşağıdakıları vəd edir: əgər onlar qanun qəbul ediləndən sonra iki ay ərzində istefaya gedərlərsə, hazırkı əməkhaqları həcmində pensiya alacaqlar. Söhbət iki min dollardan çox bir məbləğdən gedir.

Qanun müəllifləri güman edirlər ki, bu yolla hakimlər maddi cəhətdən maraqlı olacaqlar və tutduqları vəzifəni tərk edəcəklər.

Niyə bu, hakimiyyət üçün önəmlidir?

Ermənistanda Konstitusiya Məhkəməsi uğrunda mübarizə 2018-ci ilin dekabrında parlamentin yeni tərkibi seçiləndən dərhal sonra aktuallaşıb. O zaman Ermənistanın baş naziri Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” qiyasi qüvvəsi parlamentdə çoxluğu qazanmışdı.

Ermənistanın yeni hakimiyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan keçmiş hakimiyyət tərəfindən “təyin olunanlardandır”, ədalətli və qanuni qərarlar verməyə qadir deyil.

Konstitusiya Məhkəməsi “Mənim addımım” fraksiyasının sədrin səlahiyyətlərinin dayandırılması ilə bağlı müraciətinə baxmaq belə istəməyəndən sonra hakim elita Tovmasyanın vəzifədən uzaqlaşdırılması üçün yeni imkanlar axtarışındadır.

Tovmasyanın Konstitusiya Məhkəməsinin başında qalmamalı olduğu haqda dekabrın 10-da Ermənistan Milli Məclisinin prezidenti Ararat Mirzoyan yenidən bəyan edib.

“Bizimlə birlikdə olmaq istəyirsiz? Əminəm ki, yeni demokratik Ermənistanı istəyirsiz. O zaman niyə hər dəfə biz suayrıcına çatanda siz islanmaqdan qorxursuz? Bəli, KM ətrafında böhran var və qurumun bir çox qəbahətləri var. Bu böhran həll olunmalıdır, çünki bu, ölkəmizin vacib institutlarından biridir. İnsanların yekun ədaləti orada tapmaq ümidində olduğunu demək kifayətdir”.

Amma müxalifət yenə də “pensiya haqda qanun layihəsinin” qəbulunu dəstəkləməyib.

Müxalifət əleyhinədir

Qanun layihəsinin lehinə səs verənlər parlament çoxluğu, yəni iqtidar fraksiyasının deputatları olub.

“Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” fraksiyaları isə qanun layihəsinin əleyhinə səs verib. Bu siyasi qüvvələr hesab edirlər ki, hakimiyyət yanlış yol tutub, Hrayr Tovmasyanın vəzifədən uzaqlaşdırılması cəhdlərini isə konstitusiyaya zidd və siyasi motivli addım adlandırırlar. Layihəni hətta “hakimlərə qanuni rüşvət” adlandırırlar.

“Yəni kafirlər kimi yandırılmalı olan cinayətkarları biz mükafatlandırırıq ki, elitar pensiyaçı olsunlar? Baş kafir hər ay 1,3 milyon dram (2700 dollardan çox), qalan xırda kafirlər isə milyon dram elitar pensiya alsınlar deyə? “Çiçəklənən Ermənistan” bu layihınin əleyhinı səs verəcək”, – “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan deyib.

Qanun layihəsinin ikinci oxunuşu birincidən 24 saat sonra baş tutacaq və onun qəbul olunacağından heç bir şübhə yoxdur – iqtidar partiyası kifayət qədər səsə malikdir.

Hrayr Tovmasyan nə ilə məşhurdur? 

Ermənistanda yalnız iqtidar partiyası yox, sadə vətəndaşların da əksəriyyəti Hrayr Tovmasyanı keçmiş hakimiyyətlə assosiasiya edir.

Tovmasyan Ermənistan Respublika Partiyasının üzvü olub və bir sıra yüksək vəzifələri tutub.

O, 2015-ci ildə konstitusiyaya edilən dəyişikliklərin mətninin müəllifi olması ilə məşhurdur. Dekabrda bu dəyişikliklərlə bağlı referendum baş tutdu və nəticədə Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçdi.

O zaman hakimiyyətdə olan prezident Serj Sarqsyan ictimai şəkildə artıq ölkədə yüksək vəzifə tutmaq niyyətində olmadığını bəyan etmişdi. Amma 2018-ci ilin aprelində, parlament çoxluğu öz lideri Serj Sarqsyanı yeni baş nazir seçəndən sonra onun yenidən hhakimiyyətdə qalmaq arzusu təsdiqləndi.

Konstitusiyaya edilən dəyişikliklərə qədər o, artıq iki müddət prezident kürsüsünü tutmuşdu və üçüncü dəfə seçilmək imkanı yox idi. Dəyişikliklər artıq baş nazir qismində hakimiyyətə qayıtmaq, yenə də dövlətin birinci şəxsi olmaq imkanı yaratdı.

2018-ci ilin yazında başlanan “məxməri” inqilab nəçticəsində küçələrə çıxan insanların təzyiqi ilə o, seçiləndən bir neçə gün sonra istefa verməli oldu.

İnqilab lideri Paşinyanın sözlərinə görə, Tovmasyan konstitusiya mətnini “Serj Sarqsyanla razılaşdıraraq yazıb ki, …2035-ci ilə qədər Konstitusiya Məhkəməsinin sədri vəzifəsində qala bilsin”.

“Bizə başqa Konstitusiya Məhkəməsi lazımdır. Belə alınır ki, …Hrayr Tovmasyan Serj Sarqsyan və Qaqik Harutunyanın (KM-nin keçmiş sədri — JAMnews) köməyi ilə, məsələn, notarial kontoru özəlləşdirmək mümkün olduğu kimi Konstitusiya Məhkəməsini özəlləşdirib. Və bu gün biz 2019-cu il Ermənistan reallığında …1995-ci il Konstitusiya Məhkəməsinə sahibik”, – Paşinyan bildirib.


More on JAMnews