Ölkənin Milli Təhlükəsizlik Xidməti həbsxanalardakı pozuntular harda video yayıb. Ədliyyə Nazirliyi bunu qəbul etməyə tələsmir və xidməti araşdırmaya başlayıb" />

“Ermənistan həbsxanalarında imtiyazlı məhbuslar var”

Ölkənin Milli Təhlükəsizlik Xidməti həbsxanalardakı pozuntular harda video yayıb. Ədliyyə Nazirliyi bunu qəbul etməyə tələsmir və xidməti araşdırmaya başlayıb

Milli Təhlükəsizlik Xidməti ölkənin cəza müəssisələrində yoxlama aparıb və çox sayda pozuntulara rast gəlib. Nəticədə məhbusların saxlanma rejiminin pozulmasına dair video yayılıb. İndi isə bütün Ermənistan aşkarlanan faktları müzakirə edir.

Hər şey nədən başladı?

Hər şey baş nazir Nikol Paşinyanın ədliyyə naziri Artak Zeynalyana cəzaçəkmə müəssisələrində qanun pozuntuları ilə bağlı irad bildirəndən sonra başladı. Baş nazir bildirdi ki, həbsxanalarda bəzi məhbuslar yenə də imtiyazlı vəziyyətdədir, onların kameraları yoxlanılmır, özləri də telefon gəzdirmək imkanına malikdir.

“Əgər bəzi məhbusların kameraları yoxlanılmırsa, bunu necə başa düşək? Üstəlik bununla yanaşı bu cəzaçəkmə müəssisəsinin direktoru öz vəzifəsində qalmaqda davam edir. Ermənistanda bir çox cinayətlər həbsxanalardan təşkil olunur – telefon vasitəsilə”.

Cavabında nazir bildirib ki, bütün kameralar vaxtaşırı yoxlanılır və fakt təqdim etməyi xahiş edib.

Bu insidentdən bir neçə gün sonra Milli Təhlükəsizlik Xidməti video yayıb. Bu videoda məhbusların cəzaçəkmə müəssisəsində saxlanması qaydalarının pozulmasına dair müxtəlif hallar, o cümlədən  də Wi-Fi, planşet, telefon kartı  və mobil telefonların gizlədildiyi xüsusi yer əks olunub.

Bəzi kameralarda yeməyin ötürülməsi üçün istifadə olunan nəfəsliklərin də açıq olduğu görünür. “Smotryaşi”lərdən birinin kamerasının qapısı isə tamam açıqdır.

Nazirliyin videoya reaksiyası

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan bəyan edib ki, təqdim olunan faktların yoxlanılması üçün xidməti araşdırma başladılıb:

“Bütün sualların cavabları veriləcək – nə həqiqətə uyğundur, nə şişirdilib, nə yox”.

Nazir həmçinin kameralardan birinin qapısının açıq olması ilə bağlı faktı şərh edib. O hesab edir ki, konkret bu kamerada kiminsə saxlanılıb-saxlanılmadığını dəqiqləşdirmək lazımdır. Zeynalyanın sözlərinə görə, kamera qapısının açıq olamasının səbəbi məişət məsələləri ilə bağlı da ola bilərdi. Bəzi həbsxanalarda ventilyasiya sistemləri mövcud deyil, bunun da nəticəsində cəzaçəkmə müəssisələrinin əməkdaşları kameraların havalanması üçün pəncərələri açmağa məcbur olur:

“Əgər kamera boşdursa, nə fərqi var ki, qapı açıqdır, yoxsa bağlı? Əgər ventilyasiya sistemi yoxdursa, kamerada isə nəmişlikdirsə, məsələn, su borularında yaranan qəza ilə əlaqədar olaraq, qapıların nəfəsliklərini açmaq olarmı? Yaxud da cəzaçəkmə müəssisələrində standartlar gözlənilmədiyi üçün kameranın bütün içinə baxış keçirmək mümkün deyilsə. Suallar çoxdur”.

Vəziyyətin ekspertlər tərəfindən dəyərləndirilməsi

“Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatının rəhbəri Daniel İohannisyan hesab edir ki, Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisələrində yoxlama aparmaq səlahiyyəti yoxdur:

“MTX səlahiyyətlərinə aid olmayan sahəyə müdaxilə edib. Çünki həbsxanalarda “smotryaşi”lərin olub-olmadığını yoxlamaq MTX-nın işi deyil. Mən demirəm ki, bu müəssisələrdə hər şey yaxşıdır, heç Ədliyyə Nazirliyinin əla işlədiyini də iddia etmirəm. Amma bu o demək deyil ki, MTX nazirliyə nəzarət etməlidir”.


More on JAMnews