Aviaşirkətlər artıq tranzit üçün Yerevan hava limanından istifadəni təklif ediblər" />

Ermənistan Gürcüstana rusiyalı turistləri itirməməkdə kömək edəcək

Aviaşirkətlər artıq tranzit üçün Yerevan hava limanından istifadəni təklif ediblər

Ermənistan Gürcüstana rusiyalı turistləri itirməməkdə kömək edəcək. Yerevan hava limanı Gürcüstana istirahətə getmək istəyənlər üçün tranzit ola bilər.

• Gürcüstan hakimiyyəti mitinq iştirakçılarının tələblərindən birini təmin edib: 2020-ci ilin parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək

• Tbilisi parlamenti qarşısında iyuun 21-də aksiyanın qanlı dağıdılmasından sonra dinc mitinqlər. Fotoreportaj

Kömək məhz nədən ibarətdir

Birdən-birə üç Ermənistan aviaşirkəti – “Armenia”, “Taron Avia” və “Atlantis European” Gürcüstan-Rusiya böhranının tənzimlənməsində öz yardımlarını göstərməyə hazır olduqlarını bildiriblər.

Bu barədə özünün “Facebook” səhifəsində Ermənistan baş nazirinin aviasiya məsələləri üzrə müşaviri Akop Maqaryan yazıb.

«RF prezidenti Vladimir Putinin iyulun 8-dən etibarən Gürcüstana birbaşa reyslərin dayandırılması haqqında fərmanının dərcindən dərhal sonra bütün Ermənistan aviaşirkətlərinə müraxiət etdim ki, Rusiya-Gürcüstan gərginliyi üzündən RF-Gürcüstan və əksinə istiqamətdə sərnişin daşınmasında vahid erməni cəbhəsi kimi iştirak etmək üçün onların hazırlığını və imkanlarını dəqiqləşdirim».

Nəticədə, Ermənistan tərəfi sayının yeddiyə qədər artma ehtimalı olan beş təyyarənin köməyi ilə Gürcüstana rusiyalı turistləri itirməməyə kömək etməyə hazırdır. Yerevan RF-Gürcüstan istiqaməti üzrə tranzit nöqtəsi ola bilər. 

Aviaşirkətlərə Gürcüstana uçmağa niyə qadağa qoyuldu

Hər şey iyunun 20-də, Gürcüstanda siyasi qalmaqal baş verəndən sonra başladı.

“Parlamentlərarası pravoslav assamnleyası”nın Tbilisidə keçirilən iclasında rusiyalı deputat, Kommunist partiyasının üzvü Sergey Qavrilov Gürcüstan parlamentinin spikerinin kreslosunda əyləşib. Ona imkan verilib ki, assambleyanın işini açıq elan etsin.

Bu, Gürcüstanın parlament müxalifətinin narazılığına səbəb olub və onlar hakimiyyəti vətənə xəyanətdə ittiham ediblər. Əvvəlcə assambleyanın iclası pozulub. Axşam isə Tbilisinin mərkəzində on minlərlə insan toplaşıb.

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın mərkəzin də baş verənləri şərh edərkən Rusiyanı “düşmən və işğalçı” adlandırıb.

İyunun 21-də isə Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana aviadaşımaları qadağan edən fərman imzalayıb, turizm operatorlarına isə bu istiqamətə putyovka satmamaq tövsiyə edilib. 

Rusiya və Gürcüstan aviaşirkətləri nə təklif edirlər

Rusiyadan Gürcüstana uçuşları altı Rusiya aviaşirkəti həyata keçirir: “Aeroflot”, “Pobeda”, S7, “Ural hava yolları”, “Red Wings” və “Nord avia”. Onların hamısı iyulun 8-dən sonrakı tarixlərə bilet satışını dayandırıblar.

Hazırda “Aeroflot” aviaşirkəti Tbilisi reyslərinə bileti olan müştərilərinə əlavə xərc çəkmədən Yerevana, Vladiqafqaza və ya Bakıya uçuşlar təklif edir.

Rusiyaya uçuş qadağasından yan kemək üçün Gürcüstanın “Georgian Airways” aviadaşıyıcısı da öz sərnişinlərinə Yerevan vasitəsilə tranzit təklif edir.

Əgər iyulun 8-dən qadağa tətbiq olunmağa başlayarsa, “Georgian Airways” aviaşirkəti öz sərnişinlərinə Tbilisi – Yerevan – Moskva tranzit reysini təklif edəcək”, – aviaşirkətin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş məlumatında deyilir.

Ermənistan paytaxtından tranzit düz bir saat təşkil edəcək. Lakin bunun biletin iymətinə necə təsir edəcəyi barədə “Georgian Airways” hələlik məlumat verməyib. 

Ekspert rəyi: Rusiya hakimiyyətinin məqsədi Krımın kurortlarını doldurmaqdır

Erməni politoloq və iqtisadçı Qrant Mikaelyanın fikrincə, tranzit reysləri aviaşirkətlərin qiymət siyasətinə elə də təsir göstərməyəcək. Lakin korlanmış münasibətlər effekti turist axınının azalmasında özünü göstərəcək:

Turizm axınının azalması rusiyalı turist axınının üçdə ikisi qədər təşkil edəcək. Əgər Yerevan vasitəsilə reyslər təşkil olunsa, itki, yəqin ki, üçdə bir qədər olacaq. Bu, kritik eniş olmasa da, çox hiss olunan olacaq”.

Mikaelyan həmçinin qeyd edib ki, Rusiyanın bu cür davranışının səbəblərindən biri həm də Krımda turistlərin sayının lazım olduğundan az olması ola bilər. Başqa sözlə, Rusiya hökuməti digər plkələrə turist axınını məhdudlaşdırmaqla öz istirahət zonalarını az da olsa doldurmağa çalışırlar.

«Krımın infrastrukturuna ciddi pullar yatırılır, lakin orada balans yoxdur: xidmətin keyfiyyəti elə də yüksək deyil, qiymət lər isə yüksəkdir – nəticə etibarilə, turistlərin sayı orada kifayət qədər deyil. Krımın Ukraynanın tərkibində olduğu vaxtlardan daha azdır. Buna görə də, hakimiyyət müxtəlif metodlarla son beş il boyunca Krımda turistlərin sayını artırmağa çalışır», – Mikaelyan hesab edir.


More on JAMnews