Yerevan və Ermənistanın meşə örtüyündən məhrum digər şəhərləri daha böyük risk altındadır" />

Ermənistan ekologiyası xəbərdarlıq edir: leysan və daşqınlar gözlənilir

Yerevan və Ermənistanın meşə örtüyündən məhrum digər şəhərləri daha böyük risk altındadır

Ekoloqlar Ermənistanda sel və daşqın təhlükəsinin olması barədə xəbərdarlıq edirlər. Təbii fəlakətlərin yaz istiləşmələri nəticəsində meydana gəlməsi gözlənilir: belə ki istiliyin kəskin yüksəlməsi nəticəsində 2016-1017-ci illərdə çay hövzələrində yığılmış qar əriməyə başlayacaq. Üstəlik həmin dövrdə şiddətli yağışlar da gözlənilir.

“Stabil inkişaf uğrunda” təşkiltanın rəhbəri ekoloq Karine Danielyan ehtimal edir ki, təkcə kəskin istiləşmə olmadığı təqdirdə daşqın təhlükəsi minimuma enə bilər.

Hazırda təhlükə o qədər də aşkar deyil, lakin qış aylarında normadan çox yağmış qar artıq daşqınlar üçün ilkin şərait yaradıb. Bu səbəbdən ekoloqlar vəziyyətin mürəkkəbləşməsini gözləmədən profilaktik tədbirlər görülməsinə çağırırlar.

Hökumət çay hövzələrinin və novlarının daha riskli yerlərində, xüsusilə də Yerevan-Qoris-Meqridə, Qafan su anbarında, Movrov sukənarlaşdırıcı kanallarda leysan yağışların əleyhinə tədbirlər həyata keçirib.

Lakin ekoloqların fikrincə, bu geniş miqyaslı deyil, lokal tədbirlər ölkəni, xüsusilə də paytaxtı təbii fəlakətdən qoruya bilməyəcək. Bu nöqteyi-nəzərdən Yerevan və Ermənistanın meşə örtüyündən məhrum digər şəhərləri daha böyük risk altındadır.


More on JAMnews