Səhiyyə Nazirliyi məktəblərə yeni tələblər irəli sürüb " />

Ermənistan: birinci sinif şagirdinin çantasının ağırlığı 1,5 kilodan az olmalı, evə tapşırıq verilməməlidir

Səhiyyə Nazirliyi məktəblərə yeni tələblər irəli sürüb

Ermənistanda məktəblilərin fiziki və dərs yükündən narahatdırlar. Səhiyyə nazirinin əmri ilə məktəblərə bununla əlaqədar olaraq yeni tələblər irəli sürülür. Bunlardan biri məktəblilərin çantası ilə bağlıdır.

Valideynlər dərsliklərlə dolu məktəb çantalarının ağırlığından şikayət edirdi, mütəxəssislər də təsdiq edib ki, onlar uşaqların sağlamlığına zərər yetirir, o cümlədən onurğanın əyilməsinə və digər pozuntulara gətirib çıxara bilər.

Nazirin əmriylə, şagirdlərin özləriylə dərsə gətirdikləri dərslik və məktəb ləvazimatlarının çəkisi mütəxəssislərin müəyyən etdiyi çəkidən ağır olmamalıdır. Həm də o, müxtəlif yaşlı uşaqlar üçün fərqlidir:

  • birinci və ikinci sinif şagirdinin çantası 1,5 kilodan
  • 3-4-cü sinif– 2 kilo,
  • 5-6-cı sinif – 2,5 kilo,
  • 7-8-ci sinif – 3,5 kilo,
  • 9-12-ci sinif – 4 kilodan ağır olmamalıdır.

Ermənistan parlamentinin daimi komissiyasının üzvü Arman Saqatelyan ötən ilin noyabr ayında parlamentdə bu məsələni qaldırıb və səhiyyə nazirinin diqqətini ona çəkib. O deyib ki, 12 yaşlı oğlu və onun dostlarının çantasını çəkib, onların çəkisi 5 kilodan çoxuydu – ancaq kitabların, digər məktəb ləvazimatları və idman paltarı olmadan.

İndi, səhiyyə nazirinin əmri açıqlanandan sonra deputat ümidvar olduğunu bildirib ki, valideynlər onun yerinə yetirilməsinə ciddi yanaşacaq, nazirlik isə vəziyyətə nəzarət üçün öz rıçaqlarından istifadə edəcək.

Hər yaş qrupu üçün çantanın çəkisi qəbul edilmiş beynəlxalq standartlara uyğun təyin edilib.

Adıçəkilən əmrə əsasən, məktəbdə tənəffüslərin müddəti uzanacaq. Dərs vaxtı müxtəlif yaş qruplarından olan uşaqlar üçün dərs yükünün paylanması qrafiki işlənib hazırlanıb və müəllimlərə təqdim olunub.

Müxtəlif yaşda olan uşaqların saat üzrə əmək qabiliyyəti səviyyəsindən çıxış edərək, dərk edilməsi daha çətin olan fənləri

  • birinci sinif şagirdləri üçün ikinci dərsə,
  • 2-4-cü siniflər üçün 2-3-cü dərsə,
  • 5-12-ci siniflər üçün 2-4-cü dərsə keçirmək barədə qərar qəbul edilib.

Bundan başqa, birinci sinif şagirdləri ev tapşırığı yerinə yetirmək öhdəliyindən azad olunacaqlar.


More on JAMnews