10 ildir ki, nəzərdən keçirmədikləri üçün o nəzəri xarakter daşıyır və həyat səviyyəsindəki dəyişikliyi əks etdirmir " />

10 ildir ki, nəzərdən keçirmədikləri üçün o nəzəri xarakter daşıyır və həyat səviyyəsindəki dəyişikliyi əks etdirmir

Ermənistan sakinləri qida məhsulları aldıqları zaman çörəkdən daha çox ətə pul xərcləyirlər. Ermənistan Milli Statistika Xidmətinin dərc etdiyi son göstəricilər bundan xəbər verir. Bu göstəricilərə əsasən, minimum istehlakçı səbətinin 23,8 faizi ətə, 22 faizi isə çörəyə xərclənir.

Ekspertlərin sözlərinə görə, bu o demək deyil ki, insanlar əti daha çox yeyir, əslində tam əksinədir. İqtisadçı Hayt Balanyan izah edir ki, ətin qiyməti çörəkdən baha olduğu üçün ət minimum istehlakçı səbətində daha çox pay tutur:

“Ermənistanda minimum istehlakçı səbəti 55 min dram (115 dollar) təşkil edir. İnsanlar hər ay bu məbləğdən 13 min dramı (27 dollar) ətə xərcləyə bilməz, buna görə də onlar çörək və tərəvəz alır”.

O xatırladıb ki, bu məbləğdən hələ kommunal xidmətlərə, nəqliyyata da pul ayırmaq lazımdır və bu da böyük məbləğ təşkil edir.

Ermənistan iqtisadçıları hesab edirlər ki, minimum istehlakçı səbətini yenidən gözdən keçirmək və həcmini artırmaq lazımdır. Sonuncu dəfə onu on il əvvəl hesablayıblar.

“Ölkəmizdə minimum istehlakçı səbəti yalnız nəzəri xarakter daşıyır. O, həyat səviyyəsinin real dəyişikliklərini əks etdirməlidir. Onun komponentlərini orta faktiki göstəricilərə yaxınlaşdırmaq lazımdır”, – Smbat Qriqoryan hesab edir.

Hayk Balayanın sözlərinə görə, minimum istehlak səbətinin həcmi iki dəfə artırılmalıdır. Amma iqtisadçı əmindir ki, hakimiyyət belə bir addım atmayacaq, çünki bu halda pensiya və maaşları da qaldırmalı olacaq.

Facebook Comments

More on JAMnews