“Doğum səviyyəsinin aşağı, miqrasiya səviyyəsinin isə yüksək olması qocalan millət amilləridir”, - BMT Əhali Fondunun nümayəndəsi belə hesab edir " />

Ermənistan əhalisi qocalır, pensiyaçıların sayı artır

“Doğum səviyyəsinin aşağı, miqrasiya səviyyəsinin isə yüksək olması qocalan millət amilləridir”, - BMT Əhali Fondunun nümayəndəsi belə hesab edir

Ermənistan qocalan ölkəyə çevrilir, dövlət sosial təminat xidmətinin rəisi Hovannes Saakyan bildirib.

“Ölkənin demoqrafik göstəricilərində yaxın yeddi ildə təqaüdçülrin sayının orta hesabla 2500 nəfər artması tendensiyası müşahidə olunur”.

Hazırda Ermənistanda 446.249 təqaüdçü var.

BMT-nin Əhali Fondunun məlumatına əsasən Ermənistan qocalan cəmiyyətlər kandarına yaxınlaşıb. Həmin fondun proqnozlarına əsasən isə yaxın zamanda ölkə bu kandarı keçəcək: 2050-ci ildə əhalinin 22-23 faizini 65 yaşdan yuxarı insanlar təşkil edəcək.

“Qocalan millətlər sırasına keçməyə təsir edən amillər doğum səviyyəsinin aşağı enməsi və əlbəttə ki, emiqrasiyanın yüksək olmasıdır. Bu birmənalı şəkildə təsir göstərib, çünki biz bilirik ki, hər il təxminən 40 min nəfərə qədər mənfi balans müşahidə olunur, bu, gedənlər və gələnlər arasındakı fərqdir. Son 10 ili nəzərdən keçirsək, demək olar ki, təxminən yarım milyon əhalini itirmişik. Səbəb ondadır ki, təbii artım baxımından da hüduddayıq [söhbət doğulanlar və ölənlər arasındakı fərqdən gedir]”, – BMT Əhali Fondunun (UNFPA) Yerevan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan vəziyyəti izah edir.

Ekspertin sözlərinə görə, problemin həlli Ermənistanın bu çağırışların qarşısını almaq üçün hansı siyasəti aparacağından asılıdır.

2009-cu ildə dövlət ilk dəfə  Ermənistanın demoqrafik inkişafı üzrə strateji proqram qəbul edib, hazırda ölkədə doğumun dəstəklənməsi və stimullaşdırılması siyasəti üzərində iş gedir, doğulan üçüncü və dördüncü uşağın mükafatlandırılması planlaşdırılır.


More on JAMnews