Ötən ilin nailiyyətlərinin təhlili. Sonrakı addımları müəyyən etmək vaxtıdır " />

Erməni idmançılarının 2017-də qələbələri və uğursuzluqları

Ötən ilin nailiyyətlərinin təhlili. Sonrakı addımları müəyyən etmək vaxtıdır

Ermənistan idmançıları üçün 2017-ci ili daha çox uğurlu hesab etmək olar. Uğurlar da təkcə Ermənistanda ənənəvi güclü olan idman növlərində deyil, həm də indiyə qədər Ermənistanın uğur qazanmadığı, misal üçün, velosiped idmanı və basketbolda da oldu.

Amma konkret nailiyyətlərə keçməzdən əvvəl demək lazımdır ki, 2017-ci ildə erməni atletləri dünya və Avropa çempionatlarından müxtəlif idman növləri üzrə 201 medal gətiriblər ki, onlardan 61-i qızıl medaldır.  

Artur Aleksanyan – yunan-Roma güləşi üzrə üçqat dünya çempionu

İlin ən mühüm nailiyyətləri arasında yunan-Roma güləşi üzrə çempionatda Artur Aleksanyan və Maksim Manukyanın qazandığı dünya çempionları titulunu, boksçu Ovannes Baçkovun qızıl uğurunu, Henrix Mxitaryan və onun “Manchester United” klubunun qələbəsini, şahmatçı Levon Aronyanın Dünya kuboku oyununun keçirildiyi Tbilisidə qələbəsini qeyd etmək lazımdır.  

Xorvatiyanın Split şəhərində ağır atletika üzrə idmançı Simon Martirosyan 105 kiloya qədər çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb

Levon Aronyan Dünya kuboku yarışlarından sonra keçirilən mətbuat konfransınd

2017-ci ildə velosipedçi Edqar Stepanyan dünya kuboku yarışlarında skretç növü üzrə gümüş medal qazanıb. Qələbədən sonra qarşısına yeni məqsəd qoyub – Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına putyovka qazanmaq.

Azarkeşlərin sevincinə həm də dünya çempionatının təsnifat mərhələsində iştirak etmiş, əsas namizədlər siyahısına daxil olmaq üçün bircə qələbəsi çatmayan basketbol üzrə milli yığma da səbəb olub. Bununla belə, bu da nəticəsiz qalmadı, Ermənistanın Basketbol Federasiyası yeddi komandadan ibarət Liqa A adlı daxili birincilik təşkil edib.

Ermənistanın basketbol üzrə millisinin azarkeşləri Ermənistan-Bosniya oyununda

Sözsüz ki, idmanda uğursuzluq və məğlubiyyətlərə də yer var. Yəqin ki, bunlardan ən ciddisi Ermənistan ağır atletika üzrə milli komandasının diskvalifikasiyası oldu. Bəzi erməni idmançılarının adları dopinq qalmaqalında hallandı – nəticədə də yığma ümumilikdə 2017-ci il dünya çempionatında iştirak hüququndan məhrum edildi.

Erməni futbolunda böhran davam edir. Zəif milli birincilik və millinin qeyri-müəyyən gələcəyi düşüncələr üçün əsas oldu: erməni futbolunun lokomotivi düzgün istiqamətdəmi gedir?

Bir neçə yeni komanda Ermənistanın klub futboluna yeni nəfəs verə bilməz, bu cür addımlar əvvəllər də atılıb, amma eyni dərəcədə də uğursuz olub. Məsələnin yeganə düzgün həlli kimi bölgələrdə futbolun inkişaf etdirilməsi cəhdi görünür. Bu cür layihəyə artıq başlanılıb. Vanadzor şəhərində Ermənistanın birinci liqasında oynayan “Lori” klubu yaradılıb.  

Ermənistanın futbol üzrə birinciliyi: “Qandzasar-Kapan” – “Şirak”

2017-ci il seçimi yeni prosedura üzrə həyata keçirilən Ermənistanın 10 ən yaxşı idmançısının elan edilməsi ilə başa çatdı. İdman jurnalistləri arasında keçirilən səsvermənin nəticələrinə görə, futbolçu Henrix Mxitaryan üçüncü yer, azarkeşlərin sms səsverməsinin nəticələrinə görə isə birinci yer tutub.  

Henrix Mxitaryan Ermənistan millisinin tərkibində növbəti qol vurandan sonra

İdman dairələrində bu qərar diskussiyalara səbəb olub. Deyirdilər ki, Ermənistan idmanının dünyada səfiri ən yaxşı idmançıların onluğunun başında durmağa layiq deyildi, axı milli yığmanın tərkibində xüsusi uğuru olmayıb.  

JAMnews bu haqda “Ermənistanın 2017-ci ilin ən yaxşı idmançıları siyahısı qızğın müzakirələrə səbəb olub” məqaləsində məlumat verib.

Bununla əlaqədar da görünür, ən yaxşıların seçiminə görə məsul şəxslər yeni yanaşma işləyib hazırlamalı olacaqlar. Misal üçün, bəzi ölkələrdə ilin ən yaxşı idmançıları reytinqində xaricdə çıxış edən və orada mühüm nailiyyətlər əldə edənlər üçün əlavə nominasiya mövcuddur.   

Facebook Comments

More on JAMnews