Ermənistanda minimal əməkhaqqı təxninən dörddə biri qədər yüksəlir
Ermənistanda minimal əməkhaqqı 13 min dram (təxminən 27 dollar) yüksələcək.
İndi 55 minin (113 dollar) əvəzinə işçilər 68 min dram (140 dollar) alacaqlar. Artım 23,6 faiz təşkil edir.
Əməkhaqqının artımı özəl sektorda 45 min nəfəri və dövlət sektorunda 35 min nəfəri əhatə edəcək.
• Tənha yaşlı insanlar Ermənistanda necə yaşayır?
Müzakirələrin təfərrüatları
Daha öncə minimal əməkhaqqının 55 mindən 63 min drama qədər artırılması nəzərdə tutulurdu. Lakin son nəticədə Nazirlər Kabineti bu məbləği artırmaq qərarına gəlib.
«Biz dörd metod üzrə araşdırma apardıq və nəticələr var. Minimal sosial-inklüziv ödəniş metodu tətbiq olunub ki, buna görə orta sayda işçinin və orta sayda üzvünün olduğu ailənin yoxsulluq həddinin aşağı, orta və yuxarı həddindən yüksəkdə olması üçün minimal əməkhaqqı 67660 dram olmalıdır… Biz 68 min dram səviyyəsində təsdiq etməyi təklif edirik», – əmək və sosial məsələlər nazirinin müavini Gemofin Qasparyan izahat verir.
Qərar minimal istehlak səbəti göstəriciləri və bu dəyişikliyin şamil ediləcəyi insanların ümumi sayı nəzərə alınmaqla qəbul edilib.
Baş nazir Nikol Paşinyan diqqətə çatdırıb ki, dəyişiklik özəl sektorda iş saatlarının artmasına gətirib çıxara bilıər. Bununla əlaqədar, o, işçilərin hüquqlarının müdafiəsin diqqət yetirməyə çağırıb:
«İnsanlar əməkhaqqından asılıdır. İzləmək lazımdır ki, sui-istifadə halları və iş saatları ilə manipulyasiyalar olmasın».
Maliyyə naziri Atom Cancuqazyan qeyd edib ki, bu layihə yalnız minimal əməkhaqqına aiddir və baza əməkhaqqına heç bir aidiyyatı yoxdur:
«Bir çox insanların əməkhaqqının hesablanmasının asılı olduğu baza əməkhaqqının dəyişikliyi baş vermir».
Hökumət nəyə ümid edir
Ermənistan hakimiyyəti güman edir ki, minimal əməkhaqqıbnın yüksəlməsi müəyyən dərəcədə sosial problemlərin həllinə kömək edəcək. Hazırda minimal istehlak səbətinin dəyəri 61 min drama (125 dollar) bərabərdir. İndiyə kimi minimal əməkhaqqı alanlar bu minimumdan da aşağı pul qazanırdılar.