Zimbabve prezidenti getdi – azadlıq uğrunda mübariz və 37 il stajlı diktator" />

Dünyanın ən yaşlı diktatorunun 8 tarixi fotosu

Zimbabve prezidenti getdi – azadlıq uğrunda mübariz və 37 il stajlı diktator

21.11 20.17  Хараре. REUTERS/Mike Hutchings

Dünyanın ən yaşlı diktatoru – Zimbabve prezidenti Robert Muqabenin istefası son həftənin ən vacib beynəlxalq xəbərlərindən biri oldu.

20 ildən çox müddətdə beynəlxalq aləm onun getməsinə nail olmağa çalışırdı. Nəticədə o, öz ölkəsinin ordusu tərəfindən ultimatum alandan sonra istefa verdi.

Bu kürsüdə olduğu 37 il ərzində Muqabe Afrikanın ən zəngin ölkələrindən birinin iqtisadiyyatını çökdürdü və yüz milyonlarla dollar həcmində şəxsi vəsaitə sahib oldu. Muqabe rejiminə qarşı beynəlxalq sanksiyalar 1990-cı illərin ortalarından qüvvəyə minib.

Zimbabvenin paytaxtı Hararedə minlərlə insan diktatorun gedişini küçələrə axışaraq qeyd edir.

1958 – Fort Hare universitetinin məzunu Robert Muqabe işləmək üçün Qanaya yollanır. O, ixtisasca müəllimdir. REUTERS/Patrick de Noirmont, 1996

1974 – Cənubi Afrikada aparteidə qarşı mübarizədə iştirak etdiyi üçün 15 ilə yaxın həbsdə qaldıqdan sonra azadlığa çıxır. Reuters/Howard Burditt, 1996

1980 – 10 illik sürgündən sonra Zimbabveyə qayıdır və partiyasının seçkilərdə qazandığı qələbə nəticəsində baş nazir olur. Baş nazir kürsüsündə ağdərili azlıqla barışıq siyasətini elan edir və Böyük Britaniya baş naziri Tetçerlə münasibətləri yoluna qoyur. Reuters/Kevin Coombs, 1994

1996 – женится на своей машинистке Грейс Маруфу, от которой у него к тому моменту уже было двое детей. REUTERS/Howard Burditt

1990-cı illər – Konqoda gedən vətəndaş müharibəsinə müdaxilə edir. Ölkə daxilində ağdərili fermerlərin torpaqlarının müsadirəsinə başlayır. Ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, inflyasiya dünyada rekord həddə çatır. ABŞ və Aİ Zimbabveyə qarşı sanksiyalar tətbiq edir. Əsas xarici siyasi tərəfdaşı Çin olur. Muqabenin qızı Sinqapurda təhsil alır. Reuters/Howard Burditt, 1996

2013 – Muqabenin partiyasının seçkidə qələbəsi. REUTERS/Philimon Bulwayo

2017 – Muqabe hərbçilərin təzyiqi altında istefaya gedir. Reuters


More on JAMnews