Cənubi Qafqaz ölkələri haqqında nə deyilir? " />

Dünyada 2017-ci ildə demokratiyanın vəziyyəti haqqında hesabat. Diaqnoz – böhran

Cənubi Qafqaz ölkələri haqqında nə deyilir?

Qlobal biznes tədqiqatları ilə məşğul olan Economist Intelligence Unit (EIU) təşkilatı hər il dünya demokratiyalarının vəziyyəti haqqında hesabat dərc edir.

Hesabatı tərtib edənlər beş kateqoriyaya (“seçkilər və plüralizm”, “vətəndaş azadlıqları”, “hökumətin fəaliyyəti”, “əhalinin siyasi iştirakı” və “siyasi mədəniyyət”) ayrılan 60 meyara əsaslanır.

Democracy index 2017-in gəldiyi əsas nəticə – bütün dünyada demokratiya böhran yaşayır.

Hesabata görə, söz azadlığı son on il ərzində ən aşağı səviyyədədir. Tədqiqatda deyilir ki, onun məhdudlaşdırılması “hətta inkişaf etmiş ölkələr üçün də adi hala çevrilib”.

Dünyanın ən çiçəklənən demokratiyaları ötən il olduğu kimi, Şimali Avropa ölkələri – Norveç, İslandiya və İsveç oldu.

“Mükəmməl demokratiya” cəmi 19 ölkədə qeydə alınıb, bu ötən ilkindən iki dəfə azdır.

Gürcüstan

Cənubi Qafqazın bütün demokratiyaları arasında Gürcüstandakı ən inkişaf etmişdir. EIU hesab  edir ki, Gürcüstanda “qismən demokratiya”ya çox yaxın olan hibrid rejim işləyir (demokratik institutlarla avtoritar rejimin birləşməsi).

Ölkə dünyada 79-cu yeri tutur, bu zaman “seçkilər və plüralizm” kateqoriyasında bir çox daha inkişaf etmiş demokratiyaları arxada qoyur. Gürcüstanda siyasi rejimin ən problemli aspekti hökumətin fəaliyyətinin effektivliyidir, ölkədə bu göstərici on ballıq şkala ilə beş xal belə toplamır.

Avropa ölkələri arasında Gürcüstan 15-ci yerdədir.

Ermənistan

Hesabatı tərtib edənlərin fikrincə, Ermənistanda siyasi rejim Gürcüstanda olduğu kimi, hibriddir. Amma Ermənistanda o, avtoritara daha yaxındır.

EIU-nun təhlil etdiyi beş göstərici arasında Ermənistanda ən az “siyasi mədəniyyət” inkişaf edib. Ölkədə vətəndaş azadlıqları hesabat müəllifləri tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.

Dünyada Ermənistan demokratiyası 111-ci, Avropada isə 21-ci yeri tutur.

Azərbaycan

Azərbaycan vətəndaşlarının nikbinlik üçün demək olar ki, heç bir əsası yoxdur. Ölkə demək olar ki, bütün göstəricilər üzrə həm Gürcüstana, həm də Ermənistana uduzur. “Seçkilər və plüralizm” kateqoriyasında ölkə mümkün on xaldan cəmi yarım xal toplayıb.

Halbuki EIU analitiklərinin fikrincə, Azərbaycanda siyasi mədəniyyət Ermənistandakından iki dəfə yaxşı inkişaf edib.

Azərbaycan həm dünya, həm də Avropa reytinqlərinin ən aşağı yerlərindədir (müvafiq olaraq, 148-ci və 25-ci yerlər).

Ümumi tendensiyalar

EIU 2006-cı ildən dünyada demokratiyanın vəziyyəti haqqında hesabatlar dərc edir. Bu müddət ərzində Gürcüstanda demokratiyanın inkişafının ümumi səviyyəsi azı bir xal qalxıb (hazırda o, 10 xaldan 5,93-nü təşkil edir), Ermənistanda demək olar ki, olduğu kimi qalıb (4,11), Azərbaycanda isə 3,31-dən 2,65-a düşüb.


More on JAMnews