Qara dənizin Rusiya sahilində deyəsən Qafqaz rəqslərinin ifasına qeyri-rəsmi qadağa var" />

Döyülmə və ya bibər qazı ilə zəhərlənməyə səbəb ola bilən ləzginka

Qara dənizin Rusiya sahilində deyəsən Qafqaz rəqslərinin ifasına qeyri-rəsmi qadağa var

Hadisə belə olub:

Adıgeyadan, Şimali Qafqazdan olan dörd gənc bu günlərdə Rusiyanın Qara dəniz sahilindəki Gelindjik şəhərinə istirahətə gediblər. Yaxşı əhvalda olan gənclər küçənin ortasında rəqs etməyə başlayıblar. Tezliklə polis işçiləri gəlir. Gəncləri həbs edirlər. Onları döyürlər, onlara qarşı istifadə olunan bibər qazından isə daha bir neçə nəfər zərər çəkir.

Gelindjikdən olan, Vladiqafqazda istirahət edən, rəqsi izləyənlərdən biri olan xanım gənclərin saxlanmasından narazılıq edərək, buna mane olmağa çalışdığı üçün güclü zərbə alıb.

Saxlanılan dörd nəfər adıgeyalını yerli polis bölməsinə aparırlar. İkisini tezliklə buraxırlar, qalan ikisinə qarşı isə xırda xuliqanlıq ittihamı irəli sürülür və onlar 5 sutkalıq həbs cəzası alırlar.

Sonradan birini də buraxırlar, ikinci gənci isə həbsdə saxlayırlar. “Kavkazski uzel”ə milisdən verilən məlumata görə, “artıq bölmədə olarkən, o, polis əməkdaşının sifətindən başı ilə zərbə endirir və ona travma yetirir, nəticədə də polis işçisi xəstəxanaya düşür”.

Bu zaman zərər çəkən polisin və onun müalicə aldığı tibbi müəssisənin adı çəkilmir. 

Bunlar niyə baş verdi?

“Kavkazski uzel”in yazdığına görə, milis iddia edir ki, saxlanma səbəbi rəqs edənlərin tabe olmaması olub. Milis naryadının rəqs edən adamlara yaxınlaşmasının səbəbləri də izah edilmir.

Bununla belə, bu sualın cavabı sosial şəbəkələrdə və açıq müzakirələrdə baş verənlərlə bağlı qızğın şərhlərdə verilir. Adıgeya və digər Şimali Qafqaz respublikalarında deyirlər ki, artıq birinci dəfə deyil ki, Qafqaz rəqsləri rus icmaları tərəfindən qadağa olunmalı olan təhdid kimi qəbul edilir.

“Adıge Xase” ictimai təşkilatının üzvü Nurdin Yedidj “Kavkazski uzel”ə bildirib ki, ictimai yerlərdə hər hansı rəqsin ifa olunması ilə bağlı heç bir rəsmi sənədə rast gəlməyib. Bununla belə, o, Qara dənizin Rusiya sahilində Qafqaz musiqisi və rəqslərinin ifasına qeyri-rəsmi qadağanın olmasını tam mümkün sayır.

Adıgeyada müsəlmanların rayon dini təşkilatının başçısı Asfar Mıss bu qəribə situasiyanı araşdırmaq üçün Gelindjikə gəlib. Onun sonradan jurnalistlərə bildirdiyinə görə, yerli polis bölməsinin rəhbərləri ilə söhbətdən anladığı o olub ki, “onlar əməkdaşlarının səfeh addım atdıqlarını anlayırlar, amma bunu ört-basdır etməyə çalışırlar”.

“Adıge Xase” başçısının müavini Asker Soxt ümumiyyətlə bildirib ki, burada problem daha geniş aspektlidir.

“Burada niyə yazırlar və deyirlər ki, gənclər ləzginkanı ifa edirdilər? Gənclər ləzginkanı deyil, adıqların zafak rəqsini ifa edirdilər. İstənilən Qafqaz xalqının istənilən rəqsini ləzginka adlandırmaq çox böyük bir cəhalətdir. Bu, heyran edir, axı çərkəzlər artıq 150 ildən çoxdur ki, Rusiya ilə yaşayır! Amma bəzən hökumət nümayəndələri, bir çox jurnalistlər Qafqaz xalqlarını, onların mədəniyyətini və s-ni bilmir. Bütün bu terminlər “ləzginka”, “Qafqaz milliyəti” – kəmsavadlılıqdan xəbər verir”.


More on JAMnews