Batumi beynəlxalq konfransa ev sahibliyi edir. Avropa Şurası prezidenti və Gürcüstnın birinci şəxsləri nə deyib?" />

Donald Tusk: Gürcüstan vətəndaşlarına müraciət edirəm, sizi parçalamağa imkan verməyin

Batumi beynəlxalq konfransa ev sahibliyi edir. Avropa Şurası prezidenti və Gürcüstnın birinci şəxsləri nə deyib?

Batumi Aİ və digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, o cümlədən də Avropa Şurası prezidenti Donald Tuskun iştirak etdiyi beynəlxalq konfransa evsahibliyi edib.

Yüksək ranqlı avropalı məmurların gəlişi və Gürcüstanın avroatlantik mövqeyinin vurğulanması Gürcüstan və Rusiya münasibətlərində son zamanlar yaranan gərginlik fonunda xüsusilə vacibdir.

Gürcüstanda siyasi böhran. Oliqarxa daxildən və xaricdən zərbələr

Facebook trolları və saxta media-saytlar. Hakimiyyət mitinqçilərlə necə mübarizə aparır?

Konfransda çıxış edərkən Donald Tusk qeyd edib ki, Gürcüstana ilk növbədə ölkə daxilində həmrəylik lazımdır.

“İnkişaf üçün demokratiya, daha vətəndaş qarşıdurmaları və müharibələr doğurmaq üçün yox”, – o bəyan edib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze öz çıxışında münaqişəli regionlara münasibətdə yeni humanitar layihələrdən danışıb və Avropa İttifaqından bu məsələdə yardım istəyib.

Prezident Salome Zurabişvili isə qeyd edib ki, söhbət işğaldan gedərkən Gürcüstan Avropadan daha çox dəstək gözləyir.

“Gürcüstanın Avropa yolu” adı altında keçirilən konfrans “Şərq tərəfdaşlığının” təsis olunmasının 10 illiyinə həsr olunub.

Konfransda Avropa Şurası və Gürcüstan prezidentləri müştərək bəyanatla çıxış ediblər.

____________________

“Gəlin gizlətməyək, Avropa İttifaqında Gürcüstana şübhə ilə baxan çox sayda insan var”.

Konfransda çıxış edərkən Donald Tusk və Gürcüstanın baş naziri Mamuka Baxtadze

Donald Tusk Rusiyanın Gürcüstanla hava əlaqəsinin məhdudlaşdırılmasınışərh edib və bildirib ki, Vladimir Putinin qərarı “disproporsional, ədalətsizdir və heç nəyllə haqq qazandırmaq mümkün deyil”.

O qeyd edib ki, Sovet İttifaqının dağılması müsbət hal idi. Bu kontekstdə Tusk Rusiya prezidentinin sözlərini xatırlayıb:

“Sizin yəqin yadınızda olar, 2005-ci ildə Rusiya prezidenti bildirmişdi ki, Sovet İttifaqı kollapsının bu dövrün ən böyük yanlışı olduğunu artıq qəbul etməniz lazımdır. Mən bu gün bu kürsüdən çox yüksəkdən bəyan etmək istəyirəm ki, Sovet İttifaqının kollapsı və dağılması Gürcüstan, Polşa, Mərkəzi və Şərqi Avropa ölkələri üçün çox müsbət hadisə idi və mən əminəm ki, elə Rusiyanın özü üçün də”, – Donald Tusk deyib.

O bildirib ki, “Gürcüstan həmişə Brüsselin həmrəyliyinə ümid əmin ola bilər”, amma bunla belə vurğulayıb:

“Gürcüstana ölkə daxilində həmrəylik lazımdır. İnkişaf üçün demokratiya, daha vətəndaş qarşıdurması və müharibə doğurmaq üçün yox”.

Bununla belə o qeyd edib ki, Gürcüstanı və gürcü cəmiyyətini parçalamağa çalışan qüvvələr var:

“Mən sizə müraciət edirəm, heç kimə imkan verməyin ki, sizi parçalasın, vahid böyük Avropa kimi həmişə vəhdətdə olun”, – Donald Tusk bəyan edib və çıxışını gürcü dilində “Yaşasın azad və müstəqil Gürcüstan” sözləri ilə başa vurub.

O, çıxışında gürcü ədəbiyyatının klassiki Vaja-Pşavelanın sözlərini də gürcü dilində səsləndirib. Avropa Şurasının prezidenti Vaja Pşavelanın məşhur “Kosmopolitizm və patriotizm” məktubundan sitatı gürcü dilində oxuyub.

“Mən görkəmli klassiklərdən biri Vaja-Pşavelanın patriotizmm və kosmopolitizm haqda sözlərini xatırlatmaq istəyirəm: Bəziləri hesab edir ki, patriotizm kosmopolitizmə ziddir, amma bu doöru deyil. Bütün əsl patriotlar kosmopolitdir, necə ki, bütün ağıllı kosmopolitlər patriotdur, – Vaja deyir”, – Tuk söyləyib.

Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivinə gəlincə isə Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, bu məsələyə dair Avropada skeptiklər çoxdur:

“Gəlin, bu məsələnin hələdə də gündəmdə qaldığını gizlətməyək – Avropa İttifaqında bu qərara şübhə ilə yanaşan çox sayda insan var”, – o deyib və vurğulayıb ki, o özü bu cür şübhələrə qapılmır, amma belə şeylər [Aİ üzvlüyü] bir günün içində həll olmur.

Onun sözlərinə görə, Gürcüstanın təhlükəsizlik planında böyük problümləri var:

“Tərəfdaş ölkələrdə təhlükəsizlik planında çox ciddi problemlər və maneələr var. Mən Gürcüstanı bu təhlükəsizlik məsələlərinin çox ciddi maneə olduğu ölkə kimi təsnif etməliyəm”.

O həmçinin 2010-ci ildə parlament seçkilərinin proporsional sistemlə keçiriləcəyini müsbət dəyərləndirib və bəyan edib ki, bu, Gürcüstanı Avropa dəyərlərinə daha da yaxınlaşdıracaq.

Donald Tuskla birlikdə konfrans qonaqları arasında humanitar yardım və böhranın idarə olunması üzrə Avropa komissarı Xristos Stilianidis, həmçinin Polşa, İsveç, Macarıstan, Ermənistan, Bolqarıstan, Çexiya, Moldova, Albaniya, Belarus, Azərbaycan, Serbiya, Almaniya və Rumıniyanın xarici işllər nazirləri və digər hökumət üzvləri də olub.

Konfransda Gürcüstanın prezidenti və baş naziri də çıxış edib. Baş nazir Baxtadze bildirib ki, Gürcüstanın iki düşməni var – Rusiya işğalı və yoxsulluq.

Mamuka Baxtadze: Bizim əsas əngəllərimiz işğal və yoxsulluqdur

Konfransda Gürcüstanın prezidenti və baş naziri də çıxış edib. Baş nazir Baxtadze bildirib ki, Gürcüstanın iki düşməni var – Rusiya işğalı və yoxsulluq.

Baş nazir münaqişə zoonasında yaşayan insanların həyatını yaxşılaşdırmaq üçün Avropa ictimaiyyətindən Gürcüstana yardım etməyi xahiş edib.

“Gürcüstanın ürəyində qanunsuz Rusiya bazası yerləşdirilib və hər gün biz Gürcüstan vətəndaşlarının oğurlanması, işgəncəyə məruz qalması və öldürülməsi ilə qarşılaşırıq… Biz dərk etməliyik ki, yalnız Gürcüstan buna qarşı durmalı deyil, bu, həm də bizim Avropa vəzifəmizdir – parçalanma xətti ilə ayrı düşmüş ailələri birləşdirmək.

Bizim vəzifəmiz işğal olunmuş ərazilərdə yaşayanlara səhiyyə və təhsil imkanları təqdim etməkdən ibarətdir. Həmçinin ailələrini dolandıra bilmələri üçün mikrobiznes qurmaq imkanları verməkdən. Bunlar daha yaxşı gələcək üçün yeni təşəbbüslərdir və bizə dəstək lazımdır, layihə həyata keçsin deyə Avropanın dəstəyi”, – baş nazir bildirib.

Salome Zurabişvili: ölkəmizin birləşməsi üçün bizə Avropa İttifaqının köməyi lazımdır

Salome Zurabişvili yardım üçün Avropa İttifaqına təşəkkür edib, amma deyib ki, söhbət işğaldan gedəndə Gürcüstan Qərbdən daha çox şey gözləyir. Bu kontekstdə o, parlament qarşısında keçirilən aksiyaları da xatırladıb.

“Abxaziya və Cənubi Osetiya mövzuları artıq beynəlxalq arenada birinci dərəcəli məsələlər deyil. Bu, bizim üçün çox böyük problemdir. Bu, bizim unudacağımız və ya sadəcə yox olacaq məsələ deyil. İyunun 20-də başlayan nümayiş uzun illərdir bizim əhalimizi narahat edən şeylərin təbii ifadəsidir. Bu, ərazi bütövlüyünün bərpa olunması yolunda heç bir siyasi tərəqqinin olmamasının gətirdiyi məyusluqdur”, – Zurabişvili bildirib.

Prezident gərgin Gürcüstan-Rusiya münasibətlərinə də toxunub.

Onun sözlərinə görə, gərginliyə və 2008-ci il müharibəsinə baxmayaraq, Gürcüstan yenə də Rusiyadan gələn turistləri qəbul edir.

“Yenilənən, illah da mövcud olan gərginlik qəbul edilməzdir və uzunmüddətli stabilliyə imkan vermir”, – o qeyd edib.

“Mən əminəm ki, əgər biz hamımız iştirak etsək… Rusiya hərbi bazası Gürcüstandan və ya Sxinval regionundan gedəcək. Regionda stabillik, Qara dənizdə stabillik Gürcüstan və bütün qonşuları kimi Avropa üçün də vacibdir. Bizə Avropa İttifaqının mediasiyası, yardımı lazımdır ki, ölkəmizi birləşdirək”, – Zurabişvili deyib.

Zurabişvili həmçinin qeyd edib ki, “Gürcüstan dinc millətdir və bu ölkə bircə dəfə də olsun heç bir baş dövlətə hücum etməyib”, – bu ifadəsilə prezident bir neçə gün əvvəl Vladimir Putinin səsləndirdiyi Gürcüstanın tarixən Abxaziya və Cənubi Osetiyanı işğal etdiyi və osetinlərin soyqırımını həyata keçirdiyi haqda bəyanatına dolayı yolla cavab verib.

Gürcüstan 10 ildir ki, “Şərq tərəfdaşlığı” adlanan Aİ proqramına daxil edilib.

“Şərq tərəfdaşlığı” Avropa İttifaqını, quruma daxil olan ölkələri və Aİ-nin altı şərq qonşusunu – Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanı birləşdirir.

Bu proqramın təşəbbüskarı Polşa və İsveçdir, məqsədi isə bu altı dövlətə demokratik institutların inkişafında kömək etmək,bu ölkələrin iqtisadiyyatlarını dəstəkləmək və onların Aİ ilə əməkdaşlığı üçün ümumi məkanın yaradılmasıdır.

Avropa İttifaqının bbütün bunlarda öz maraqları var – ona güclü və demokratik qonşular, həmçinin stabil şərq sərhədi lazımdır. Şərq tərəfdaşlığı Aİ-də üzvlük demək deyil, amma bu ölkələri Avropa İttifaqı və onun dəyərləri ilə əhəmiyyətli dərəcədə yaxınlaşdırır.

Batumidə ikigünlük konfrans sabah davam edəcək.

Facebook Comments

More on JAMnews