Bir çox Fars körfəzi ölkələri üçün viza rejiminin sadələşdirilməsi Azərbaycan turizmini “bəsləyir”" />

Daha çox ərəb turisti Azərbaycanda – hər beşinci adam

Bir çox Fars körfəzi ölkələri üçün viza rejiminin sadələşdirilməsi Azərbaycan turizmini “bəsləyir”

Azərbaycana daha çox turist ərəb ölkələrindən gəlir. Bu haqda Dövlət Statistika Komitəsi öz hesabatında bildirir. Hesabata əsasən, Azərbaycanda hər beşinci turist Fars körfəzi ölkəsi: Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman, İraq və BƏƏ vətəndaşıdır. Bunun izahatlarından biri odur ki, 2016-cı ildə Azərbaycan bu ölkələr üçün viza rejimini sadələşdirib.

Ümumilikdə 2018-ci ilin birinci yarısında Azərbaycana əcnəbilərin axını 2017-ci ilin analoji dövrü ilə müqayisədə 10,2% artıb. 2018-ci ilin yanvar ayından iyun ayına qədər Azərbaycana dünyanın 189 ölkəsindən 1,325 milyon əcnəbi gəlib.

Azərbaycan sakinlərinə gəlincə, onlar da xaricə daha çox getməyə başlayıb. Düzdür, bu göstərici cəmi 6,3% artaraq, 2019,8 min nəfər təşkil edib. Bunların da üçdə bir hissəsi qonşu Gürcüstana gedib.


More on JAMnews