Yerli hakimiyyətin bildirdiyinə görə, Qarabağ ərazilərinin 5 faizi hələ də minalardan təmizlənməyib " />

Dağlıq Qarabağda mina partlaması nəticəsində HALO Trust təşkilatının üç istehkamçısı həlak olub, ikisi də yaralanıb

Yerli hakimiyyətin bildirdiyinə görə, Qarabağ ərazilərinin 5 faizi hələ də minalardan təmizlənməyib

foto: armenpress.am

Bu gün saat 12:00-da Dağlıq Qarabağın Martakert rayonunda tank əleyhinə minanın partlaması nəticəsində HALO Trust təşkilatının Stepanakert ofisinin üç istehkamçısı həlak olub, ikisi də yaralanıb. Hamısı Qarabağ sakinidir.

18 ildir ki, Qarabağ ərazilərinin minalardan təmizlənməsi ilə məşğul olan HALO Trust təşkilatının əməkdaşları hadisə yerinə öz xidməti vəzifələrini yerinə yetirmək üçün gəliblər. Partlayış anında avtomobildə olublar.

Yaralıları xəstəxanaya çatdırıblar. Hər ikisinin cərrahi müdaxiləyə ehtiycı olub.

Dağlıq Qarabağ hakimiyyəti narahatdır: ərazilərində hələ çox mina qalır, bu minalarda dinc əhali də partlayır.

“Qarabağ sakinləri hələ də müharibənin fəsadlarını yaşayırlar. Onun ərazisi sıx-sıx minalanıb, yəqin ki, kvadratmetrə düşən mina sayına görə dünyada birinci yeri tutur. Bu illər ərzində minaların 95 faizinə yaxını minadan təmizlənib. Amma hələ də minaların qaldığı ərazilər də var. Yüz faiz hamısının təmizlənməsi demək olar ki, mümkün deyil”, –  Qarabağ prezidentinin mətbuat katibi David Babayan bildirib.

Onun sözlərinə görə, yaşayış məntəqələrinə yaxın sahələrdə basdırılmış minalar var. O qeyd edib ki, müharibə zamanı bu sahələr, xüsusən də Martakert rayonu, Əskəran rayonunun şərq hissəsi dəfələrlə əldən ələ keçib və intensiv olaraq minalanıb.

HALO Trust təşkilatının icraçı direktoru Ceyms Kouan hadisəni şərh edərkın bildirib:

“Hər gen HALO-nun səkkiz mindən çox əməkdaşı belə yerlərə işə gedirlər, elə yerlərə ki, onlardan başqa orada heç kim addım ata bilməz. Bu faciəvi hadisə də onların hansı təhlükələrlə üzləşdiyini göstərir və onların işinin vacibliyini vurğulayır. Bizim həmkarlarımız Dağlıq Qarabağ ərazilərini sakinlər üçün daha təhlükəsiz etdikləri iş zamanı həlak olublar”.

Hazırda HALO Trust əməkdaşları Qarabağda 140 nəfərdən ibarətdir.

Məqalədə əks olunan termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews