Dərslikləri yandırmaq, ya da heç olmasa suda batırmaq lazımdır

Abxaziyada müxalifət yenilənmiş “Abxaziya tarixi” dərsliyinin bütün tirajını məhv etməyi təklif edir

Qalmaqal S. Lakoba və O. Bqajbın redaktorluğu ilə 8 min nüsxə tirajla yenidən nəşr edilmiş 10-11-ci siniflər üçün “Abxaziya tarixi dərsliyi ətrafında qızışıb.

Dərslik müəlliflərini 2013-2014-cü illərdə Abxaziyada gedən daxili siyasi hadisələrin saxtalaşdırılmasında günahlandırırlar.

Mübahisəyə səbəb konkret olaraq “Ən yeni tarix bölümündəki 13-cü paraqraf, daha doğrusu, Abxaziyada 2014-cü ildə növbədən kənar prezident seçkilərinin necə və niyə keçirilməsinin təsviri olub.

“Aytaira ictimai təşkilatı bildirir ki, dərslikdə 2013-2014-cü illərin hadisələri barədə məlumat saxtalaşdırılıb və tirajı bütünlükdə məhv etmək lazımdir. 

“Prezident Raul Xadjimbadan tələb edirik ki, dərsliklər dövriyyədən çıxarılsın və onun nəşrinə görə məsuliyyət daşıyan Təhsil və Elm Nazirliyi rəhbərliyinə qarşı ölçü götürülsün. Əks halda hakimiyyətin fəaliyyətsizliyini Abxaziya tarixinin saxtalaşdırılmasında bilavasitə iştirak, həm də cəmiyyətdə artıq böyüməkdə olan nəsil səviyyəsində qəsdən nifaq salmaq cəhdi kimi qiymətləndirəcəyik”, – bəyanatda deyilir.

Müxalifətin Oçamçira əhalisi ilə bu yaxınlarda keçirdiyi görüş zamanı deyilən sözlər vəziyyəti bir az da gərginləşdirib.

Abxaziyanın keçmiş baş naziri və “Aytariya ictimai təşkilatının rəhbəri Leonid Lakerbaya bildirib ki, yeni dərsliklər mütləq istifadədən götürülməlidir. Zaldan isə kimsə qışqırıb ki, onları yandırmaq lazımdır. Lakerbaya da bunun cavabında deyib ki, yandırmaq baha başa gəlir, ona görə də suda batırmaq  daha yaxşı olar.

Tarixçi və “Abxaziya tarixi dərsliyinin həmmüəllifi Stanislav Lakobanın sözlərinə görə, bu dərslik hələ prezident Aleksandr Ankvabın prezidentliyi dövründə nəşrə hazırlanıb. Sonra Ankvab postunu vaxtından əvvəl tərk edib, dərsliyin nəşri də 2014-cü il tarixi hadisələrinin təsviri ilə bağlı mübahisələr səbəbindən ləngiyib.

“Dərsliyi hələ sentyabrın əvvəlində məktəblərə paylayıblar. Amma birdən noyabrın əvvəlində … [müxalifət] səs-küy qaldırdı. Kitabda ən qədim dövrlərdən başlayaraq bu günə qədər olan hadisələr təsvir olunur və orada indiyə qədər olmayan çoxlu yeni faktlar var, buna görə də Abxaziya tarixinin düzgün yazılmadığını demək olmaz”, – Lakoba deyir.

Lakoba hesab edir ki, problem onunla bağlıdır ki, müxalifət 27 may 2014-cü il hadisələrinin kitabda kəskin siyasi böhran kimi təqdim olunmasına qarşıdır, həmin böhran Konstitusiya müstəvisindən kənara çxmayıb və hakimiyyət parlamentə keçib. 

 

“Bəziləri Abxaziya tarixini öz şəxsi tarixi ilə qarışdırır… Biz bilirik ki, əlyazmalar yanmır. Kitab çapdan çıxıb və bununla artıq heç nə etmək mümkün deyil. Hətta onu yandırmağa və məhv etməyə başlasalar belə”, – Stanislav Lakoba deyir.

 

Daha çox insanı diskussiyaya cəlb etməyə çalışan “Aytayra dəyirmi masa keçirdi, burada “2014-cü ildə Abxaziyada növbədən kənar keçirilən prezident seçkiləri fəsli müzakirə olundu. Yekun bəyanatında o cümlədən deyilir ki, “qanuni şəkildə seçilmiş Abxaziya Respublikasının prezidenti Aleksandr Ankvabın konstitusiyaya zidd olaraq vəzifəsindən uzaqlaşdırılmasından əvvəl baş verən hadisələrin interpretasiyası siyasi konyunkturanın təzahürüdür.

  • 27 may 2014-cü ildə çoxsaylı mitinqin, sonra da prezident sarayına hücumun təzyiqi altında o vaxtlar hələ Abxaziya prezidenti  olan Aleksandr Ankvab Qudautdakı Rusiya hərbi bazasında gizlənməli, dörd gün sonra isə rəsmi şəkildə istefa verməli oldu.  
  • O vaxtlar müxalifət və əhalinin böyük hissəsi hadisələri “qanuni hakimiyyətin zor gücü ilə devrilməsi kimi qiymətləndirdi.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 13.11.2016


More on JAMnews