Suxum sahilindəki “Barista” kafesində hər müştərinin iştirak edə biləcəyi konsertlər keçirilir" />

Cümə günləri improvizasiya

Suxum sahilindəki “Barista” kafesində hər müştərinin iştirak edə biləcəyi konsertlər keçirilir

Kafenin şüşəbəndinə bitişik bu soyuq və dar otaqda musiqiçilər və onları dinləməyə gələnlər, sonra da mini-konsertin iştirakçısına çevrilənlər toplaşır. 3 000 rubla alınan həmin o kökdən düşmüş piano da burada durur, hekayə də elə həmin pianodan başlayır.

Bu musiqi aləti adi mebel əşyası kimi qalıb, yəqin ki, hələ uzun müddət də yan tikilidə bir kümcdə sakitcə duracaqdı, sentyabr günlərindən birində kafenin daimi müştərilərindən biri olan Abzaqu Marıxuba kafe sahibindən bir axşamlıq pianonu ona verməyi xahiş etməsəydi.

Marıxuba dostları ilə birlikdə pianonu arabada sahilə, Brexalovkaya qədər (ora qədər məsafə yüz metrdir) gətirib, onu evkalipt ağaclarının altına qoyaraq, improvizasiya konserti keçirdi. Həmin axşam istəyən hər kəs tamaşaçıların qarşısında çıxış edə bilərdi – Brexalovkada isə taksi sürücülərindən tutmuş tanınmış siyasətçilərə qədər çoxlu sayda adam toplaşır.

Tədbir əla keçdi. İkinci gün heç bir şişirtməsiz tamaşaçılarım çoxsaylı xahişlərilə konserti təkrar etməli oldular.

Beləliklə də evkalipt ağaclarının altındakı konsert ənənəyə çevrildi. Bu zaman da hava işə qarışdı. Bir həftə ərzində yağan yağış fasilə verməyə məcbur etdi. Abzaqu öz yoldaşları və təbii ki, musiqi aləti ilə birlikdə havanın düzəlməsini gözləmək üçün kafeyə qayıtmalı oldu. Amma yağış səngimək bilmirdi, musiqiçilər isə ifa etmək istəyirdilər. Və onlar kafe sahibinə təkliflə müraciət etdilər.

“Baristanın sahibi, İstanbuldan repatriant olan Suat Sadzba bir neçə il ərzində Suxumda stabil biznes təşkil edə bilmişdi. Onun kafesində artıq daimi müştərilər çoxuydu. Uşaqların burada hər cümə konsert təşkil etmək təklifi onun xoşuna gəldi. Və musiqiçilər boş qalan yan tikilidə məskunlaşdılar.

Mədəniyyət məktəbinin məzunu Abzaqu Marıxuba indi fövqəladə hallar idarəsində işləyir. İş vaxtı o, insanları, işdən sonra isə özünü musiqi ilə xilas edir. O təkcə ifa etmir, həm də musiqi bəstələyir, blüz improvizasiyaları ilə xüsusilə maraqlanır.

“Biz bunu özümüz üçün edirik. Bu axşamların sayəsində həyatımız yaxşıya doğru dəyişdi. Mən anladım ki, musiqini insanlarla bölüşmək lazımdır, buna görə də həmişə evə yüksək əhvalla gedirəm, – Abzaqu danışır.

Ötən cümə musiqiçilərin artıq geniş repertuarında abxaz, ispan, rus və ingilis hitləri vardı. Müştərilər isə nəinki qulaq asır, həm də bir ağızdan oxuyurdular. Bu artıq bir ənənədir. İstənilən kəs cümə günü 21:00-da “Baristaya gəlib, musiqiçilərə qoşula bilər.

Və Suxumun bir çox musiqiçiləri və qonaqları bu fürsəti əldən vermir. Axırıncı cümə onlarla birlikdə məşhur pop musiqiçi Aleksandr Şoua (“Nepara) çıxış edirdi. Bu yaxınlarda isə uşaq vokal-instrumental ansamblı “Kadansin iştirakı ilə əsl şou baş tutdu.

Əslində belə də olur. Musiqini bölüşmək vaxtı gəlib çatıb. Bu uşaqlar sadəcə piano və gitaranı götürərək, küçəyə çıxdılar və özləri özlərinə yaradıcı ab-hava yaratdılar. Məlum olduğu kimi, bunun üçün peşəkar olmaq heç də mütləq deyil.

Axı bu, bir çox ölkələr üçün tamamilə adi, Abxaziya üçün isə yeni bir hadisədir. Kafelər çoxdur, musiqiçilər də kifayət qədərdir, amma heç kim bax beləcə rahatca insanların qarşısına çıxmayıb. İndi isə, artıq yarım il keçəndən sonra axşam sahilini “Baristadan gecə yarısına qədər səslənən canlı musiqisiz təsəvvür etmək çətindir.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 04.04.2016


More on JAMnews