Qarabağda yerləşən toyuq fabrikinin gəlir əldə etmədən yeni bazarları fəth etməsi haqqında paradoksal hekayə" />

Cücələr böyüyür

Qarabağda yerləşən toyuq fabrikinin gəlir əldə etmədən yeni bazarları fəth etməsi haqqında paradoksal hekayə

Loreta Qasparyan artıq 13 ildir ki, səhəri böyük toyuq fabrikinin uzun cərigələrindən keçməklə başlayır. Burada işləyən soyuducular sadəcə cücələrin civiltisini batırır. Loreta cərigələri gəzməklə ölmüş cücələri axtarır. Bu onun hər səhər gördüyü işdir.

Cücələr ora – bura qaçır, onların sayı o qədər çoxdur ki, döşəm görünmür.

Loretanın çalışdığı toyuq fabriki “Lusakert adlanır və o Martunidə yerləşir. Loreta bu fabrikin 4 quş damında çalışır. Müəssisənin direktorunun adı Boris Doluxanyandır. O deyir ki, fabrik hələ tam gücü ilə işləmir, hələlik 6 quş damından 4-ü işləyir. Onların hər birində 25 min cücə var.

“Lusakert-in məhsullarına tələbat böyükdür. Bu gün polietilen paketlərdə, boşqablarda, bud, boyun, döş əti, daxili içalatlar və s. olmaqla 20 növ məhsul istehsal olunur, – quşçuluq fabrikinin direktoru deyir.

Yerli ev xanımları “Lusakert-in məhsullarını ona görə sevir ki, bu şirkətin məhsulları təzə və dondurulmamış olur.

“Yalnız dondurulmamışlar öz həqiqi çəkisinə uyğundur- Stepanakert sakini Karina Petrosyan izah edir.

Lusakert öz müvəffəqiyyətini Dağlıq Qarabağın kənd təsərrüfatı fonduna borcludur. Bu fond reqionda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi üçün lahiyələrin həyata keçirməsinə yardım edir. Fond təsərüfatları müsabiqə əsasında seçir və seçim zamanı aşağıdakı kriteriyaları nəzərə alır: soyuducu ilə təhcizat, işıqlandırma və nəzarət sistemlərinin, bütün vacib tikililərin olması və s. Uğurlu namizədlərə güzəştli kreditlər verilir.

Bir qayda olaraq, Qarabağdakı quşçuluq təssərüfatları yem üçün əsasən yerli məhsullardan istifadə edir, digər hər şey xaricdən gətirilir. Lusakert digər vacib məhsulları İran və Gürcüstandan alır. “Gürcüstandan əsasən qiyməti 180-200 dram (40 sent) olan inqubator yumurtaları, İrandan isə 240-250 drama bir günlük cücələr alınır.

İnkubator yumurtaları Lusakert üçün polufabrikatdır. 22 gün sonra bu yumurtalardan cücə çıxacaq, daha 55 gün sonra isə onlar kəsilib, qablaşdırılıb mağazalara göndəriləcək.

Yeni cücələr ayda iki dəfə çıxarılır, onlardan 45-50 min toyuq çıxır. Yayda bu rəqəm bir qədər azalır.

Fermanın özündə təxminən 130 , firmanın mağazalarında 30 işçi çalışır. Yalnız Stepanakertdə bu mağazaların sayı 8-dir, Zengəzurda da bir neçə mağaza fəaliyyət göstərir. Həftəlik əmək haqqı 60-80 min dramdır. (125-170 dollar)

Firmanın məhsullarına tələbatın böyük olmasına baxmayaraq, quşçuluq fabrikinin sahibi deyir ki, müəssisənın demək olar ki gəliri yoxdur:

«Hal-hazırda demək olar ki, firmanın heç bir gəliri yoxdur. Valyutanın kursunda olan dəyişiklik bizə 7-8 min dram ziyan vurdu. Qazın bahalaşmasından sonra isə əvvəlkindən 17-18 dram artıq ödəyirik. Demək olar ki, nəzərdə tutulduğundan daha çox pul xərclənib», direktor deyir.

Qiyməti 50 dram artırmaq məcburiyyətində qaldıq, harada qənaət edək deyə düşünməyə başladıq. Əgər investisiya olarsa gələn ildən xüsusi briketlər ilə quşların ifrazatından istilik əldə etməyə cəhd edəcəyik.

Qarabağ bazarında “Lusakert fabrikinin məhsulları ilə yanaşı xaricdən ixtrac olunan məhsullar olsa da, əhali yerli malı almağa üstünlük verir.

“Bizim məhsul yalnız Qarabağda deyil, Ermənistanın bir çox yerində, əsasən Zəngəzur rayonunun – Mehri, Qoris, Qapan, Aqark kimi şəhətrlərində çox tələb olunur”, – Boris Doluxanyan deyir.

Bu hələ son deyil. Şirkəti böyütmək və Ermənistanın ən böyük quşçuluq şirkətləri ilə rəqabətə girmək planlaşdırılır.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews