Amerikalı jurnalist Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinin səbəbləri və metodları barədə " />

CNN sual verdi: “Putini dünyada ən qüdrətli insan adlandırmaq olarmı?”

Amerikalı jurnalist Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinin səbəbləri və metodları barədə

Donald Trampn administrasiyasının həm Rusiya, həm də Ukraynada əsas fiqurları arasında münasibət və əlaqələrin  sxemi, CNN

“Putini dünyada ən qüdrətli insan adlandırmaq olarmı?” – jurnalist, siyasi analitik və “Newsweek” jurnalının redaktoru Fərid Zəkəriyə sualı belə qoyur. CNN kanalında bu yaxınlarda gedən “Dünyada ən qüdrətli insan” filmində o, bu suala müsbət cavab verir.

Rusiya liderinin siyasi karyerasının tarixinə jurnalist Berlin divarının uçurulmasından başlayır, bu zaman DTK-nın əməkdaşı Vladimir Putin Drezdendə yerləşən DTK ofisində idi, binanı nümayişçilər mühasirəyə almışdı. Bu, total qorxu hissi idi, Zəkəriyyənin dediyinə görə, həmin qorxu ömürlük onunla qaldı və “bu qorxuya qalib gəlmək üçün o total nəzarətə əl atmaq qərarına gəldi”.

Jurnalistin fikrincə, ABŞ-dakı seçkilərə mümkün müdaxilə ilə bağlı bütün son hadisələr və ümumiyyətlə, Rusiya-Amerika münasibətlərində yaşanan böhranı o vaxt Hillari Klintonun dediyi sözlərə söykənir: Putin DTK casusudur və deməli, onun ürəyi ola bilməz. Putin təhqiri bağışlamadı və fərziyyələrə görə, onun ABŞ-dakı prezident seçkilərinə müdaxilə barədə şəxsi komandası Trampa kömək etmək istəyi ilə deyil, Hillari Klintonu “batırmaq” istəyi ilə bağlı idi.

Filmin müəllifləri təkid edir ki, amerikalılar və Amerika hökuməti Rusiyanı və rusiyalıların prezidentə münasibətini yaxşı anlamır, bu da böyük və təhlükəli səhvdir. Amerikada anlamırlar ki, Krımın birləşdirilməsi həqiqətən də Rusiyada cəmiyyətin mütləq əksəriyyəti üçün qürur mənbəyinə çevrilib. Və Putinin həqiqətən də cəmiyyətdə çox nadir təqdir reytinqi var, həmin cəmiyyət milli qüdrətlə bağlı ideyanı böyük həvəslə dəstəkləyir. Bu dəstəyə nail olmaqda əsas vasitə media üzərində demək olar ki, tam nəzarət sayəsində kütləvi informasiya dəstəyi vasitəsilə məqsədyönlü anti-qərb təbliğatı olub.

Misal üçün, ABŞ və Çini Rusiyadan xeyli daha qüdrətli dövlət hesab etmək olar, Fərid Zəkəriyyə deyir və əlavə edir ki, amma qüdrət təkcə dünyadakı nüfuzla deyil, həm də və daha çox ölkə daxilindəki dəstək və maneəsiz öz daxili siyasətini yeritmək bacarığı ilə müəyyən olunur.

Buna görə də unutmaq olmaz ki, bu gün dünya ola bilsin, ən qüdrətli liderlə üz-üzədir.

Fərid Zəkəriyyə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevdən müsahibə alır. 15 sentyabr 2009-cu il, foto: RİA Novosti

More on JAMnews