Rusiya 2000-2005-ci illərdə hərbçilər tərəfindən saxlanılan və hələ də itkin hesab olunan 20 nəfərin doğmalarına kompensasiya ödəməlidir" />

Çeçenistanda və İnquşetiyada itkin düşənlərin ailələrinə 1.6 milyon avro – Avropa Məhkəməsinin qərarı

Rusiya 2000-2005-ci illərdə hərbçilər tərəfindən saxlanılan və hələ də itkin hesab olunan 20 nəfərin doğmalarına kompensasiya ödəməlidir

Qroznıda Rusiya hərbçiləri tərəfindən saxlanılan çeçenlər. Fevral 2000-ci il. REUTERS

Rusiya hökuməti 2000-2005-ci illərdə itkin düşən Çeçenistan və İnquşetiya sakinlərinin qohumlarına 1,6 milyon avro kompensasiya ödəməlidir. Novaya qazeta xəbər verir ki, bu qərar Avropa İnsan Haqları Məhkəməsində çıxarılıb.

Gözü qorxan valideynlər övladlarından imtina edir – Çeçenistanda artıq yalnız hüquq müdafiəçiləri və LGBT  nümayəndələri yox, yeniyetmələr də təqib olunur

Çeçenistanda qəzada həlak olanların doğmaları respublika başçısından onun qohumu olan baiskarı “əft etməsini” xahiş ediblər

Söhbət itkin düşən 20 nəfərdən gedir – onlar Çeçenistan və İnquşetiyada 2009-cu ildən sonra ləğv edilən əks-terror əməliyyatı xüsusi rejimi zamanı Rusiya hərbçiləri tərəfindən oğurlanıb və ya saxlanılıb. Onların taleyi haqda hələ də heç nə məlum deyil.

Zərərçəkənlərin maraqlarını təmsil edən “Hüquqi təşəbbüs” layihəsinin hüquqşünasları «МБХ медиа» nəşrinə müsahibə zamanı bir neçə bu cür hadisə haqda danışıblar. O cümlədən də 2002-ci ildə saxlanılan Ahdan Ahmetxanov haqda:

“20 nəfər komuflyajlı, maskalı, avtomatlarla silahlanmış adam evə girib, kişini həyətə çıxarıblar, onun sənədlərini də götürüblər və Urus-Martana istiqamətinə aparıblar. Ahmetxanovun anası hərbçilərin arxasınca getmək istəyib, amma onlar qadına atəş açıblar”.

Həmin hadisədən sonra bu adamı artıq görən olmayıb, Çeçenistan polisinin araşdırması və qohumlarının müstəqil axtarışları bir nəticə verməyib.

Maqomed Umarov 2005-ci il mayın 25-də, hərbçilər tərəfindən Şalidəki evində saxlanılandan sonra yox çıxıb. Umarovun itkin düşməsi ilə bağlı cinayət işi açılıb, amma yenə də sona çatdırılmayıb.

Avropa İnsan Haqları Məhkəməsinin hakimləri müəyyən ediblər ki, itkin düşənlərə qarşı Avropa İnsan Haqları Konvennsiyasının dörd maddəsi pozulub: yaşamaq hüququ və hakimiyytin effektiv araşdırma aparmaq öhdəliyi, işgəncənin qadağan olunması, azadlıq və şəxsi toxunulmazlıq, həmçinin səmərəli hüquqi yardım vasitələri ilə təmin olunmaq hüququ.

Birinci və ikinci hərbi kampaniyalar zamanı itkin düşən Çeçenistan sakinlərinin dəqiq sayı müəyyən edilməyib. Respublika DİN-in məlumat bazasında hərbi əməliyyatlar zamanı itkin düşənlərin sayı 3016 nəfərdir. Hüquq müdafiəçiləri güman edirlər ki, itkin düşənlərin sayı daha artıqdır. General Lebed adına sülhməramlılar missiyasının saytında Şimali Qafqazda münaqişələr nəticəsində itkin düşənlərin daima yenilənən siyahısı yerləşdirilib və orada 7621 nəfərin adı yer alıb. Onlardan çoxu Çeçenistan sakinləridir. “Kavkazskiy uzel”in arayışı.


More on JAMnews