İki respublika arasında ərazi mübahisəsi kəskinləşir. Dağıstanda sərhəd nişanlarını sökürlər" />

Çeçenistan rəhbəri sərhədin yenidən bölüşdürülməsinə qarşı etiraz edən Dağıstan sakinlərinin “barmaqlarını sındırmaq və dilini qoparmaqla” qorxudur

İki respublika arasında ərazi mübahisəsi kəskinləşir. Dağıstanda sərhəd nişanlarını sökürlər

Şimali Qafqazda Rusiyanın tərkibində olan iki respublika – Çeçenistanla Dağıstan arasında münasibətlər yenidən kəskinləşib. Səbəb köhnədir – Çeçenistanla Dağıstan arasında inzibati sərhəd qeyri-müəyyən olaraq qalır və Dağıstan sakinləri ərazilərini Çeçenistanın xeyrinə itirdiklərini düşünürlər.

“Kavkazski uzel”in materialı əsasında

İyunun 10-da sosial şəbəkələrdə yayılan videoda görünür ki, gənclər “Şelkovski rayonu” (bu rayon Çeçenistan ərazisinə aiddir) yazılan yol nişanını sökürlər. Nişan Dağıstanın Kizlyar şəhərinin qırağında quraşdırılmışdı.

Çeçenistanla Dağıstan arasında sərhədin demarkasiyası prosesi hələ ötən il başlayıb, hər şeydən xəbərsiz Dağıstan sakinləri bu haqda bu yaz xəbər tutublar.

Respublikada etirazlar başlayıb, fəallar Çeçenistanı, Dağıstanı bu işə cəlbetməkdə ehtiyac duymadan, birtərəfli qaydada sərhədi müəyyən etməkdə ittiham ediblər.

Dağıstanı əraziləri Çeçenistana verməyə məcbur edirlər?

Bu ittihamların fonunda hər iki respublika parlamentlərinin rəhbərləri sərhədlərin qeydiyyatı prosesini dayandırmaqla bağlı razılığa gəliblər.  

Çeçenistan rəhbəri Ramzan Kadırov/REUTERS

Çeçenistan hakimiyyətinin reaksiyası özünü çox gözlətmədi. Birinci Çeçenistan parlamentinin spikeri Maqomed Daudov səsini çıxardı. O, Dağıstanın Kizlyar şəhərinin administrasiya rəhbərini danlayaraq, bildirdi ki, nişanlar öz yerində quraşdırılıb və mütləq bərpa ediləcəklər.

“Çeçenistan Resublikası ilə Dağıstan arasındakı bu anlaşılmazlıq məhz Kizlyar şəhərinin administrasiyasına görə yaranıb”, – Daudov Kizlyar administrasiyasının rəhbəri Aleksandr Poqorelova müraciətlə deyib.

Yerli “Rəsuldan xəbər alın” teleqram kanallarından birində yayılan videoda Çeçenistan parlamentinin spikerinin Dağıstanın yerli sakini ilə necə mübahisə etdiyi görünür:

“Bunu mənim cəsədimin üstündən sökəcəksən”, – Maqomed Daudov yol nişanına işarə edərək ona deyir. “Sənin meyitinin üstündən də sökərik”, – Dağıstan sakini cavab verir.

Sosial şəbəkələrdəki müzakirələrə Çeçenistan rəhbəri Ramzan Kadırov da reaksiya verib. Özünün İnstagram səhifəsindən yayımladığı bəyanatda o, Dağıstan sakinlərini “bir az gözlərini açıb, qəbul antenaları qurmağa və hər şeyi həzm etməyə” çağırıb.

“Dilinizə fikir verin, barmaqlarınıza fikir verin, yoxsa barmaqlarınızı qırıb, dilinizi qopararıq — nəzərə alın. Bir dənə də provokasiya xarakterli şərh və ya video material saxlamayacağıq”, — Kadırov onun fikrincə, Çeçenistan tərəfi üçün təhqiredici şərhlər yazan istifadəçiləri hədələyib.

“Təsəvvür edin, Stavropol vilayəti, Osetiya — bizim onlarla sərhədimiz var, ümumiyyətlə problem yoxdur. Yerindəcə həll edirik. İnquşetiya… Bu həmişə bizim ərazimiz olub. Dağıstan da. Bu da bizim ərazimizdir”, — Kadırov həm də deyib.


More on JAMnews