Niyə Çeçenistan hakimiyyəti hadisədən bir neçə il keçəndən sonra sübutları yayıb?" />

Çeçenistan Dövlət Televiziyası respublika prezidentinin qohumunun insanlara işgəncə verdiyini əks etdirən video yayıb

Niyə Çeçenistan hakimiyyəti hadisədən bir neçə il keçəndən sonra sübutları yayıb?

Rusiya tərkibindəki Çeçenistanın başçısı Ramzan Kadırovun qardaşı oğlu İslam Kadırov 2012-2015-ci illərdə respublikanın paytaxtı Qroznı meri olduğu zaman insanlara işgəncə verib, onları döyüb. Bunlar Çeçenistan Dövlət Televiziyasının yaydığı video-süjetdə əks olunub.

Qroznı, Çeçenistan, oktyabr 2018. REUTERS/Said Tsarnayev

Süjetdə İslam Kadırovun bələdiyyə mənzilinin paylaşdırılması ilə bağlı dələduzluqda şübhəli bilinən qadını öz kabinetində “dindirdiyi” əks olunub. O, qadına yaxınlaşaraq deyir: “Mən səni öldürəcəm. Mən səni öldürəcəm. Qəsdən bunu kameraya deyirəm”. Və onu əlindəki elektroşokla vurur. Daha sonra o, digər qadını da elektroşokla vurur.

• Çeçenistanda məhkəmədən kənar cəzalar. Rusiyalı jurnalistlər yerli hakimiyyətin opponentlərinin necə öldürüldüyünü aydınlaşdırıblar

• Rusiyalı jurnalistləri tələyə salıb, Kremllə sıx bağlılığı olan şəxslərin göstərişi ilə güllələdilər

• Rusiya haqqında ancaq yaxşı fikirlər. Rusiyayönlü media xaricdə necə maliyyələşir və idarə olunur

Daha sonra süjetdə Kadırovun Qroznıda kommunal xidmətlərin xərcini ödəməyən sakinlərlə hansı metodlarla mübarizə apardığı göstərilir. Qroznı polisinin rəisinin müşayiəti ilə İslam Kadırov axşam saatlarında pul ödəməyən sakinlərin mənzillərini gəzir və bu zaman onlara qarşı zorakılıq tətbiq edir.

Telekanalın məlumatına əsasən, İslam Kadırovla bağlı yerli DİN “araşdırma aparır”. Onun cinayət təqibi ilə bağlı hələlik heç nə deyilmir.

İslam Hadırov qadını elektroşokla vurur. Çeçenistan televiziyasının yaydığı videodan kadr

Prezidentin qardaşı oğlunun əsl günahı nədir? 

Niyə Ramzan Kadırovun qardaşı oğlunun əməlləri ilə bağlı ifşa videosu məhz indi yayılıb?

Rusiyanın “Novaya qazeta” nəşri öz mənbəsinə istinadən yazır ki, bu olayların kökünü 2016-cı ildə, Çeçenistan başçısına sui-qəsd baş verdiyi zamanda axtarmaq lazımdır. Deyilənlərə görə o zaman bu cəhddə İslam Kadırovun yaxın qohumu iştirak edib və onun köməyi ilə Ramzan Kadırovun məxfi telefon nömrəsini əldə edərək Çeçenistan prezidentinin düşmənlərinə ötürüb.

 “Bu süjetdə ən sensasiyalı məqam İslam Kadırovun insanları elektroşokla vurduğu kadrlar deyil. Sensassiyalı olan başqa şeydi. İlk dəfə Ramzan öz çevrəsindən çıxan birini Rusiya qanunvericiliyinin tam ciddiyyəti ilə cəzalandırmaq qərarına gəlib. Və bu, Rusiya hüquq-mühafizə sisteminin yalnız sadə əhalinin gözünü qorxutmaq üçün mövcud olduğu Çeçenistan reallığında tektonik hərəkətdir. Heç bir zaman elitaya təsir etməyən”, – “Novaya qazeta” yazır.

Kadırovun niyə belə qərar qəbul etdiyini anlamaq çətindir – qəzet qeyd edir. amma tam aydındır ki, bu, son üç ayda Çeçenistanda həyata keçirilən geniş miqyaslı elitanın təmizlənməsi prosesi ilə birbaşa əlaqədardır.

Təmizləmənin ilk qurbanı bu yaxınlarda respublikanın böyüklüyünə görə ikinci şəhəri olan Arqunun vəzifədən azad edilən meri olub. Onun ardınca bəzi diər yüksək vəzifəli məmurlar da təqibə məruz qalıb. “Novaya qazeta” nəşrinin məlumatına əsasən, onlar da, onların qohummları da aylarla gizli həbsxanalarda saxlanılırlar. Saxlanılanlara işgəncə verərək onlardan qeyri-leqal biznesləri haqda informasiya alınır, praktiki olaraq bütün əmlakları siyahıya alınır və müsadirə olunur.


More on JAMnews