Cənubi Osetiya prezidenti martın axırlarında Moskvada Putinlə görüşəcək
“Rusiya prezidenti Vladimir Putinin Cənubi Osetiya Respublikasının prezidenti Leonid Tibilovla görüşü yaxın zamanlarda baş tutacaq. İki ölkə prezidenti Cənubi Osetiya silahlı qüvvələrinin ayrı-ayrı bölmələrinin RF silahlı qüvvələrinin tərkibinə keçməsi qaydası haqqında ikitərəfli razılaşmanı, həm də respublikada pensiya və maaşların planlaşdırılmış artımını müzakirə edəcək”, – Rusiyanın “İnterfaks” agentliyinin xəbər verdiyinə görə, bunu RF prezidentinin köməkçisi Vladimir Surkov bildirib.