Parlamentar yeni seçilmiş prezidenti və çoxluğun partiyasını ittiham edir " />

“Cənubi Osetiyada yeni spiker – cinayətkar sövdələşmə, xalqın xaincəsinə və açıq-aşkar aldadılması faktı”

Parlamentar yeni seçilmiş prezidenti və çoxluğun partiyasını ittiham edir

Cənubi Osetiyada yeni seçilmiş prezident Anatoli Bibilov və onun “Vahid Osetiya” partiyası ətrafında qalmaqal qızışmaqdadır.

Açıq qalmaqala səbəb bir neçə gün əvvəl yeni parlament spikeri Pyotr Qassiyevin “yolverilməz şəraitdə” seçilməsi oldu, bu haqda da özünün açıq video müraciətində “Vahid Osetiya” partiyasının siyasi şurasının sədri Dmitri Tasoyev bildirib.

Cənubi Osetiyada yeni parlament spikeri iyunun 7-də seçilib. “Vahid Osetiya” partiyasından olan deputat Pyotr Qassiyevi parlamentin həm çoxluğu, həm də azlığının nümayəndələri dəstəkləyib: 32 deputatdan onun lehinə 21 deputat səs verib.

Həmin vaxtdan da cəmiyyətdə fəal şəkildə seçkidən sonra Qassiyevin dərc olunan rəsmi tərcümeyi-halından onun keçmişindən iki məsələnin çıxarılması müzakirə olunur – yerli OMON-da xidmət və Soros Fondunun Cənubi Osetiya filialında işlədiyi dövr. Vətəndaş cəmiyyətinin məşhur yerli fəalları isə Pyotr Qassiyevlə bağlı olan bir neçə xoş olmayan hadisəni xatırladılar. O cümlədən, jurnalist Timur Tsxurbati “Exo Kavkaza” radiosuna müsahibəsində bildirir ki, bu seçki “heç bir dəyişikliklərin baş verməyəcəyinin göstəricisidir. Pyotr Qassiyev ikiüzlü adamdır və ondan yaxşı heç nə gözləməyə dəyməz”.

Özünün video müraciətində “Vahid Osetiya” partiyasının siyasi şurasının sədri Dmitri Tasoyev spikerin seçkilərini “xalqa tüpürmək, cinayətkar sövdələşmə faktı, saxtalaşdırma və xalqın açıq-aşkar aldadılması adlandırır”.

Tasoyev həm də aşağıdakı faktları misal gətirir:

  • “Vahid Osetiya” fraksiyasının iclası parlamentdə deyil, prezident kabinetində keçirilib.
  • Qanuna əsasən, fraksiyanın iclasında siyasi şuranın sədri və fraksiyanın sədri başçılıq etməlidir – onları isə ümumiyyətlə iclasa dəvət etməmişdilər.
  • Fraksiya iclasının keçirilməsinin hüquqi proseduru da kobud şəkildə pozulub. Stenoqram olmalıydı, iclasın nəticələri isə protokollarla rəsmiləşdirilməliydi. Bunların heç biri edilməyib.

Ən maraqlı fakt olaraq isə Tasoyev spiker postuna namizədin seçilməsinin özünü sayır.

«[Pyotr Qassiyev] Cənubi Osetiya üçün ümumiyyətlə heç nə etməyib. İki il yarım ərzində onun parlamentdə olması onun qanunverici və ümumiyyətlə heç bir sahədə fəaliyyəti ilə yadda qalmayıb”.

Sonda da Dmitri Tasoyev çoxluğun partiyasını “müəyyən qrup insanların fəaliyyətinin” araşdırılması üçün növbədənkənar qurultaya yığışmağa çağırıb.

Sonra da osetin dilinə keçərək, o əlavə edib: “Osetiya belə adamların əlinə keçibsə, bizi yaxşı heç nə gözləmir”.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews