Cənubi Osetiya Rusiya tərəfindən müstəqilliyinin tanınmasının 9 illiyi qeyd olunub" />

Cənubi Osetiya müstəqilliyini qeyd edir və müstəqillikdən qurtulmağın xəyalını qurur

Cənubi Osetiya Rusiya tərəfindən müstəqilliyinin tanınmasının 9 illiyi qeyd olunub

“Osetiya Rusiyanın tərkibində birləşməlidir”, – Cənubi Osetiya prezidenti Anatoli Bibilov “Cənubi Osetiya Respublikasının müstəqilliyinin Rusiya Federasiyası tərəfindən tanınmasının 9 illiyi: Gözləntilər və reallıqlar” mövzusunda diskussiyada çıxışı zamanı bunu respublikanın əsas strateji məqsədi adlandırıb.

Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıdığı haqda bəyanatı 2008-ci il avqustun 26-da, gürcü-osetin münaqişəsi zonasında yeni silahlı gərginlikdən sonra elan edib. O zamandan bəri bu tarix hər il respublikada təntənə ilə qeyd olunur.

 

Eyni zamanda Cənubi Osetiya əhalisinin böyük hissəsi müstəqillikdən imtina edib, Rusiyanın tərkibinə daxil olaraq Rusiyanın subyekti – Şimali Osetiya-Alaniya ilə birləşmək ideyasını dəstəkləyir.

Bu dəfə Cənubi Osetiya Rusiya tərəfindən müstəqilliyinin tanınmasının 9 illiyini bir neçə tədbirlə qeyd edib.

Səhər Xod kəndində off-road idmanı üzrə yarış keçirilib. Bu yarışda Şimali Qafqaz respublikalarından – Qabardin-Balkan, Dağıstan, Çərkesk və Şimali Osetiyadan olan yarışçılar iştirak ediblər.

Daha sonra ictimaiyyət nümayəndələrinin təntənəli yığıncağı və “İron kazt – Alaniya gənclərinə qonaq olarkən” adı altında görüş baş tutub. Axşam bayram atəşfəşanlığı da olub.

Sosial şəbəkələrdən xarakterik şərh:

“Rusiya sayəsində biz sağ qalmışıq, maaş, pensiya alırıq… Şəxsən mənə bu nə verib? Sülh içində yaşayıram, özümü müdafiə olunmuş hiss edirəm, işləyirəm, uşaqlarımı sülh içində tərbiyə edirəm, özümü azad insan kimi hiss edirəm, vaxtından tez ölməkdən qorxmuram”.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews