Sərhədyanı Berd icmasının uşaqları üçün müharibə artıq çoxdan gündəlik həyatın bir hissəsinə çüvrilib" />

Cəbhə xəttində uşaqlıq

Sərhədyanı Berd icmasının uşaqları üçün müharibə artıq çoxdan gündəlik həyatın bir hissəsinə çüvrilib

Lusine və Sofinin atası müqaviləli hərbçidir. Ayın 15 gününü o, Ermənistan-Azərbaycan sərhədində döyüş mövqelərində, qalan günləri isə evdə ailəsi ilə keçirir.

“Biz səbrsizliklə atamızın qayıtmasını gözləyirik. Atəş səsləri eşidəndə anam dərhal atama zəng vurur, əlbəttə, o, bu vaxt bizim zənglərimizə cavab vermir… O, evdə olmayanda biz darıxırıq, onsuz vaxt gec keçir”, – 10 yaşlı Lusine Zohrabyan deyir.

“O, əşyalarını toplayanda biz kədərlənirik, biz başa düşürük ki, o yenə gedir. Amma biz bilirik ki, əgər o sərhəddədirsə, bizim həyatımız qorunur”, – onun bacısı 9 yaşlı Sofiya Zohrabyan deyir.

Zohrabyan bacıları Yerevandan 178 kilometrlik məsafədə yerləşən Tavuş mahalının Paravakar kəndində yaşayırlar. Bu regionun Azərbaycanla 300 kilometrlik ümumi sərhədi var. Mahalın əksər kəndləri sərhəd boyunca yerləşir və atəş altında yaşayır.

“Sosioberd” uşaqlara yardım proqramı icmanın uşaqlarına ailə problemləri və münaqişə nəticəsində yaranan gərginlikdən qurtulmağa kömək edir

1990-cı illərin əvvəlində Dağlıq Qarabağ uğrunda başlayan müharibə indiyə qədər davam edir və Cənubi Qafqazın həllini tappmayan münaqişələrindən biri olaraq qalır. Tərəflər 1994-cü ildə atəşkəs haqda saziş imzalayıblar, amma münaqişə hələ də çox sayda insanın həyatına son qoyur. Tavuş mahalının Ermənistan-Azərbaycan sərhədinin cəmi bir neçə metrliyində yerləşən kəndləri xüsusilə ağır vəziyyətdədir.

2018-ci ilin sentyabrında azərbaycanlılar Tavuş rayonunun sərhəddə yerləşən Vazaşen, Baqanis, Koti kəndlərini, o cümlədən də avtomobil yollarını atəşə tutublar. Koti kəndinin sakini Suren Sepxanyan güllə yarası alıb. Mahalın sərhədyanı icmalarının əksər kişiləri müqaviləli olaraq Ermənistan ordusunda xidmət edirlər.

Kəndlərdə bitməmiş müharibənin içində sülhdən uzaqda yaşayan uşaqlar hər gün təhlükə ilə üz-üzə qalırlar, atalarının və qardaşlarının döyüş movqeləeindən qayıtmasını qorxu ilə gözləyirlər.

Uşaqlarla əsasən art-terapiya köməyilə işləyirlər

“Sərhədyanı rayonlarda münaqişəli vəziyyətlər sərhədyanı uşaqlıqda iz buraxır. İlk növbədə uşaqlarda itirmək qorxusu yaranır. Təəssüf ki, biz bu itkiləri yaşayırıq və uşaqlar öz uşaqlıqlarını yaşamadan bunun şahidi olurlar”, – Ermənistan Yardım Fondunun “Mardikyan” Uşaqların Müdafiəsi Mərkəzinin sosial işçisi Lusik Aqababyan deyir.

Mərkəz Berd rayonunda 2016-cı ildən işləyir. 2017-ci ildə Berd qadınlarının resurs mərkəzi ilə birlikdə “Mardikyan” Uşaqların Müdafiəsi Mərkəzi ilə birlikdə “Sisioberd” uşaqların dəstəklənməsi proqramınıhəyata keçirib. Bu proqram çərçivəsində çətin həyat şəraitinə düşmüş uşaqlarla və onların ailələri ilə profilaktik, reabilitasiya işi aparılıb.

Uşaqların hekayələri müxtəlifdir – valideynlərin boşanması və ya ailədə münaqişələr

“Sosioberd” çərçivəsində Tavuş mahalının altı icmasında 48 ailədən 63 uşağa mobil yardım göstərilib.

“Elə ailələr var ki, ağır həyat şəraitində yaşayır,maddi problemləri var, öz kəndlərindən Berdə gəlib çıxa bilmirlər. Mobil xidmətlər isə o deməkdir ki, bizin peşəkar qrupumuz bu icmalara gedir, problemi olan uşaqlarla və onların ailələrilə həm fərdi, həm də qrup şəklində işləyir”, — “Mardikyan” Uşaqların Müdafiəsi Mərkəzinin rəhbəri Astxik Hakopyan deyir.

O danışır ki, uşaqlar özlərinə qapılıblar, onların şəxsiyyətlərilə bağlı daxili problemləri var. Mərkəzin işi isə bu regionda uşaqların və onların ailələrinin yaşam keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Bütün fəaliyyəti dövründə mərkəz uşaq-valideyn-ətraf mühit kontekstində 127 ailədən 180 uşağa sosial-psixoloji xidmət göstərib. Lusik Aqababyan qeyd edir ki, sərhədyanı rayinlarda gərgin həyat uşaqlara öz uşaqlarını dinc və təhlükəsiz şəraitdə yaşamağa imkan vermir.

“Azca atışma olan kimi sərhədyanı rayonda yaşayan uşaq sığınacaqda gizlənməlidir – harada olmasından asılı olmayaraq. Bu, evdə də gərgin, partlamaya hazır olan vəziyyətin yaranmasına səbəb olur. Atəş səsləri altında analları təsəvvür edin – kişilər döyüş mövqelərində, uşaqlar qorxur, analar isə təlaş içində özlərini aqressiv aparmağa başlayırlar, buna görə də ən çox uşaqlar əziyyət çəkir”, – Aqababyan danışır.

Uşaqların çoxu ön cəbhədə xidmət edən atalarına və qardaşlarına görə narahat olur

Uşaqlarla iş əsasən mərkəzdə art-terapiya, psixoloqlarla fərdi məşğələ vasitəsilə aparılır və bu zaman mütəxəssislər uşaqların fərdi qorxularının öhdəsindən gəlməyə çalışırlar. Paralel olaraq valideynlərlə də iş aparılır – diskussiya klublarında, “Sülhə doğru yol” dərnəklərində iştirak vasitəsilə.

Sərhədyanı kəndlərdə yaşayan uşaqlar və onların valideynləri hər an eyni təhlükəyə məruz qalırlar – sosioloq Aqababyan belə hesab edir. Onlar evdən çıxıb gülləyə tuş gələ bilərlər, bunun özü özlüyündə qorxuludur və əlbəttə ki, problemlərə yol açır.

“Azyaşlı uşaqlarla biz daha çox tolerantlığın formalaşması istiqamətində işləyirik, istəmirik ki, uşaqlarda erkən yaşlardan pis şeylər kök salsın. Uşaqlara tolerant və xoşməramlı olmağın nə demək olduğunu anlatmaq çətindir. Onlar üçün xoşməramlı olmaq əlində silah öz ailəni və torpağını qorumaq deməkdir. Biz onlarla işləyirik, amma sonra onlar atəşsəslərini eşidir və çaşqınlığa düşürlər. Hətta biz mütəxəssislər də uşaqlara nə aşıladığımızı unuduruq. Bu, həqiqətən çətindir”, – sosioloq deyir.

“Bu regionda müharibə çoxdan həyatın bir hissəsinə çevrilib və bu, uşaqların gələcək həyatına da təsir edir” – sosial işçilər belə hesab edir.

11 yaşlı Edqar Zokinyan üçün xoşməramlı və tolerant olmalı olduğu fikrinə alışmaq çətindir. O, dərhal müqavilə ilə orduda xidmət edən və hər ayın 15 gününü döyüş mövqelərində keçirən qardaşını misal gətirir.

“Postlara getmək vətəni qorumaq deməkdir. Türklər çoxlarını öldürüb, onlar pis adamlardır. Gələcəkdə ermənilər qalib gələcək və sülh olacaq”, – Edqar deyir.

Tavuşda müharibə uşaq oyunlarında da özünü biruzə verir. Məhəllələrdə ən çox “dava-dava” oynayırlar, cəngər qazır, bir-birlərinə atəş açırlar. Aqababyanın sözlərinə görə, onlar güc sayəsində özlərini təsdiq etməyə, ailələrini və dostlarını qorumağa çalışırlar.

Problem həm də valideynlərin və müəllimlərin də psixoloqa ehtiyacının olması ilə mürəkkəbləşir

“Mardikyan” Uşaqların Müdafiəsi Mərkəzi Berd üçün yaradılsa da, Aqababyan hesab edir ki, sərhədyanı kəndlərin uşaqları daha həssas durumdadırlar. “Sosioberd” proqramının yaranmasına və mobil xidmətlərin göstərilməsinə də elə bu səbəb olub. 

“Həftədə iki dəfə biz kəndlərə gedirik, hər bir icmada art-terapevt və ya psixoloq işləyir”, – Aqababyan deyir.

Çinçin, İtsakar, Navur, Tavuş, Ayqepar sərhədyanı kəndlərində uşaqlara mobil xidmətlər göstərilib. Berddəki uşaqlardan fərqli olaraq, onlar sülhün bədəlini öz üzərlərində hiss edirlər və daha vətənpərvərdirlər.

“Daha yaxşı həyat üçün kəndi tərk etməyə hazır olanlar çox deyil. Onlar kənar yardım olmadan yaşayacaqlar, amma öz kəndlərində qalacaqlar. İnsanlar hətta dərhal sül əldə etmək üçün müharibə də istəyirlər. Bu nə sülh, nə də müharibə vəziyyəti onlara da təsir edir. Deyirlər ki, kaş elə bir silahımız olardı ki, [rəqibin] bütün silahlarına qalib gələrdi, müharibəyə son qoyulardı və sakit yaşayardıq”, – Askxik Hakopyan deyir.

“Mardikyan” Mərkəzindəki uşaqların işləri

Üç uşaq anası Rippsime Navasardyan danışır ki, onun əri, 37 yaşlı Serjik Zohrabyan artıq 12 ildir ki, müqaviləli hərbçidir. Əvvəlcə onlar sərhədyanı Paravakar kəndində yaşayırdılar, sonra Berdə köçüblər ki, uşaqları atəş səslərindən uzaqlaşdırsınlar və onları sarsıntıdan qurtarsınlar.

“12 il müddətində o, üç dəfə Yeni ildə evdə olub… Hər 15 gündən bir biz onu müharibəyə göndəririk, uşaqlar da hər şeyi çox gözəl anlayır. Sentyabrın sonu sərhəddə vəziyyət çox narahat idi, uşaqlar elə hey deyirdilər ki, “ana, ataya zəng vur, görək işləri necədir, hər şey qaydasındadırmı”. Ataları birdən yaranmış vəziyyət üzündən bir neçə gündöyüş mövqeyində ləngiyəndə çox nigaran qalırlar. 2016-cı iildə dördgünlük müharibə zamanı, o, bir aydan çoz döyüş mövqelərində qalanda mən də, uşaqlar da çox narahat idik. Bu hadisələrdən sonra yoldaşımda şəkərli diabet tapıldı. Nə deyə bilərəm, biz öz qəhrəman ərlərimizlə qürur duyuruq, amma bu, ağırdır”, – ixtisasca tibb bacısı olan Ripsime Navasardyan deyir.

Lusik Aqababyan, Ermənistan Yardım Fondunun “Mardikyan” Uşaqların Müdafiəsi Mərkəszinin sosial işçisi

Astxik Hakopyan hesab edir ki, psixoloq bu vəziyyətdən çıxmaq, kiminsə onları anlamasını, kiminsə qarşısında “açılmaq” istəyən valideynlərə və müəllimlərə də lazımdır.

“Belə bir peşəkar termin var – emosional tükənmişlik sindromu. Bu o deməkdir ki, bu qorxunu özündən çıxarmaq, sarsıntıdan azad olmaq lazımdır. Deyə bilərəm ki, qorxular, gərginlik və aqressiya insanın səhhətinə də təsir edir, yəni toplanan psixoloji problemlər səhhətdə bir sıra nasazlıqlara (şəkərli diabet, sonsuzluq) gətirib çıxarır”, – Hakopyan qeyd edir.

Astxik Hakopyanın özü Ayqepar kəndində hərbçi ailəsində böyüyüb. 1990-cı illərin ən ağır dövrünü doğma kəndində keçirib.

“Mənim atam kənndi tyərk eləməyib, deyir ki, biz başqaları üçün nümunə olmalıyıq. Əsgərlər bizim evdə nahar edirdilər, mən özüm onlar üçün yemək hazırlayırdım. Çoxları çıxıb getdi və geri qayıtmadı. Mən ən müxtlif vəziyyətlərə düşürdüm, ölümü görürdüm və indi qırx yaşımda artıq şəkərli diabetim var”, — Hakopyan deyir.

Mərkəz rəhbəri qeyd edir ki, sərhədyanı kəndlərin bu proqama ehtiyacının yüksək omasını nəzərə alaraq “Sosioberd”in davam etdirilməsi mümkündür.

“Vəziyyət dəyişmir, təhlükə və qorxu heç yana yox olmur və bu, kəndlərdə bizə ehtiyacı olan insanların mövcud olduğe- htimalını gücləndirir və gələcək problemlərin qarşısını almaq üçün onlara kömək etmək lazımdır”, – Hakopyan deyir.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews