Amma həmişəki kimi meyvələrin böyük hissəsi Rusiyaya aparılıb " />

Bu il Ermənistanda ərik ixracı 78 faiz artıb

Amma həmişəki kimi meyvələrin böyük hissəsi Rusiyaya aparılıb

Avqustun 1-ə olan məlumata əsasən, Ermənistan ötən illə müqayisədə 78 faiz daha çox ərik ixrac edib. Bu haqda Ermənistanın kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib:

“Ötən il biz 29 min tona qədər məhsul ixrac etmişik, bu il isə artıq 50 min ton. Mövsüm praktiki olaraq sona çatıb. İndi əsasən soyuducuda saxlanılan ərik aparılır”.

O həmçinin kənd təsərrüfatı məhsulları ilə bağlı ümumi göstəriciləri də təqdim edib. Məsələn, yeddi ay ərzində artıq 100 min ton meyvə və tərəvəz ixrac edilib. Müqayisə üçün bütün ötən il boyu Ermənistandan 120 min ton meyvə və tərəvəz ixrac edilib.

“Biz ötən ilki göstəricilərin 70 faizini artıq yerinə yetirmişik. Qarşıda bizim payız meyvələrimiz var. Əgər su ilə bağlı problem olmasa, il kənd təsərrüfatı üçün uğurlu olacaq”.

Meyvə və tərəvəzlərin ixrac olunduğu əsas ölkə Rusiyadır. Və hələlik ora daşınan məhsulların keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb.


More on JAMnews