Rəsulzadənin köhnə barelyefi oğurlanıb və metal qəbulu məntəqəsinə satılıb, yenisində isə kobud səhv var" />

Birinci Azərbaycan respublikasının qurucularından birinin barelyefi ətrafında qalmaqal

Rəsulzadənin köhnə barelyefi oğurlanıb və metal qəbulu məntəqəsinə satılıb, yenisində isə kobud səhv var

Azərbaycanda görkəmli dövlət xadimi, Azərbaycanın müstəqilliyinin ideoloqu Məmmədəmin Rəsulzadənin yeni barelyefindəki kobud səhv müzakirə olunur. İş burasındadır ki, onun qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyəti barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi qeyd olunub.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin may ayının 28-də elan edilib və iki il mövcud olub. 1920-ci ildə ölkədə hakimiyyəti bolşeviklər ələ keçirib. Məmmədəmin Rəsulzadə bu respublikanı elan etmiş Milli Şuranın rəhbəri olub. Azərbaycanda onun adı bir çoxları üçün müstəqilliyin simvoludur.

• Bakıda birinci respublikanın 100 illiyi necə qeyd olundu

• Cənubi Qafqaz ölkələri 100 il əvvəl müstəqilliklərini necə əldə etdilər və sonra nə baş verdi

Bu hadisə ölkədə bir çoxlarını hiddətləndirib. Baş verənləri qəsəbənin bələdiyyəsi araşdırmalıdır, lakin oradan hələlik heç bir şərh veriıməyib, yalnız bu bildirilib ki, səhvdən xəbərləri var.

Barelyef Bakının yaxınlığında yerləşən Novxanı qəsəbəsində – Rəsulzadənin anadan olduğu evdə quraşdırılıb.

Buna qədər orada 1990-cı illərin əvvəllərində quraşdırılmış başqa barelyef var idi. Lakin yanvarın 15-də həmin barelyef oğurlanıb, doğranıb və metal qəbulu məntəqəsinə təhvil verilib. Cinayətkar tezliklə saxlanılıb. O, yerli sakin Emin Məmmədovdur.

Facebook Comments

More on JAMnews