Ssenari eynidir – gecə klubundan evə gələndən sonra adam yuxuya gedir və oyanmır" />

Bir həftədə beş ölüm. Gürcüstanda qatil-narkotik peyda olub

Ssenari eynidir – gecə klubundan evə gələndən sonra adam yuxuya gedir və oyanmır

Tbilisidə, parlament binası qarşısında narkotikin liberallaşdırılması tələbi ilə aksiya; yanvar, 2018-ci il. Foto: Mindia Gabadze

Son 7 gündə ən azı 5 nəfər ölüb, 10-dan çox adam ağır intoksikasiyaya məruz qalıb. Bədbəxt hasilərə hələlik mənşəyi bəlli olmayan narkotik səbəb olub. Artıq bir həftədir ki, insanlar zəhərlənir, amma hələ də laborator olaraq gəncləri məhz nəyin öldürdüyü müəyyən edilməyib.

Mayın 8-də Gürcüstan DİN-i bəyanat yayaraq internetdə narkotik satışının cinayıətkar sxeminin aşkarlandığı haqda bildirib. İki nəfər saxlanılıb.

JAMnews bu günə qədər məlum olanları, eyni zamanda narkotiklərin liberallaşmasının tərəfdarlarının və əleyhdarlarının arqumentlərini dərc edir.

_________________________

Ölümlə nəticələnən bütün hallar bir-biri ilə oxşardır – gənclər klubda narkotik qəbul edib, evə qayıdıblar, səhəri gün isə yuxudan oyanmayıblar.

•  aprelin 26-da 22 yaşlı gənc oğlan gecə klubundan Quduşauri xəstəxanasına çatdırılıb, amma onu xilas etmək mümkün olmayıb;

•  aprelin 28-də gənc qız klubdan evə qayıdandan sonra yatıb, səhər isə onun nəfəs almadığını anlayıblar;

•  Mayın 5-də səhərə doğru üç gənc gecə klubundan çıxaraq, evlərinə dağılışıblar. Ailə üzvləri onları yuxudan oyada bilməyib. Mərhumların dostları ehtimal edirlər ki, gecə klublarında onlara narkotik əvəzinə zəhərləyici maddə veriblər.

Naməlum narkotik qəbulu nəticəsində yaranmış güclü intoksikasiya əlamətləri ilə müxtəlif xəstəxanalara çox sayda adam daxil olub. Həkimlərin xilas edə bildiyi hər kəs xəstəxanaya gətiriləndə dərin koma vəziyyətində olub. Bəziləri bu günə qədər də eyni vəziyyətdə qalır və onların durumu ağır olaraq qiymətləndirilir.

Aladaşvili adına xəstəxananın kliniki departamentinin rəhbəri Levan Ratiani “Rustavi-2” teleşirkətinə təsdiqləyib ki, xəstəxanada bir neçə pasiyent narkotik intoksikasiyasından müalicə alır. Amma onun sözlərinə görə, tibb işçiləri onları məhz hansı maddənin intoksikasiya halına çatdırdığını konkretləşdirmir.

“Dərin huşsuzluq və tənəffüsün ağırlaşması kimi eyni əlamətlərlə ümumilikdə 8 pasiyent daxil olub. Onların hamısı süni tənəffüs aparatına qoşulub. Bəziləri artıq evə buraxılıb. Digərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qalır, onların vəziyyəti hələ də ağırdır”, – Levan Ratiani bildirib.

DİN internetdə narkotik vasitələr yayan şəxsləri yaxalayıb

Mayın 8-də mətbuat konfransında daxili işlər nazirinin müavini Natiya Mezvrişvili bəyan edib ki, DİN internet vasitəsilə narkotik satışı ilə bağlı cinayətkar sxemi ifşa edib. Əməliyyat Kriminal Polis Departamenti və Baş Prokurorluğun müştərək səyləri ilə həyata keçirilib. İstintaq 2 ay davam edib. İnternet vasitəsilə narkotik yayanlar Tbilisidə həbs edilib. Onlar 1991-ci il təvəllüdlü qadın və 1994-cü il təvəllüdlü kişidir. DİN-dən bildirirlər ki, bu şəxslər cinayətkar sxemin iştirakçılarıdır. Hüquq-mühafizəçiləri bütün sxemin üstünü aça bilib.

Bu sxemə görə, narkotik əldə etmək istəyənlər ittiham olunanlarla online applikasiyaların biri vasitəsilə əlaqə yaradırmış. Lazım olan növdə və həcmdə narkotik sifarişi həyata keçiriləndən sonra alıcı ittiham olunanlardan hesab nömrəsi və bu hesaba köçürməli olduğu məbləğ haqda məlumat alırmış. Pul hesaba oturandan sonra alıcıya eyni applikasiya vasitəsilə foto-məlumat göndərilir və alıcı onun vasitəsilə bu və ya digər yerdə pulunu ödədiyi narkoti tapırmış. İstintaq Tbilisinin müxtəlif kvartalarındakı narkotik ötürülməsi üçün istifadə olunan bu gizli yerləri müəyyən edib. Bu yerlər həm yaşayış binalarında, həm də ictimai yerlərdə təşkil olunub. Həbs edilən qadının maşınında satışa hazır olan narkotik maddələrdən ibarət 43 “bağlama” aşkarlanıb. Narkotik maddələrin qanunsuz yayılması faktı ilə bağlı saxlanılanlara qarşı Cinyət Məcəlləsinin 260-cı maddəsinin 1 və 4-cü hissələri ilə cinayət işi qaldırılıb.

İnsanları öldürən nədir?

Əvvəlcə mətbuatda ən azı 5 nəfərin həyatına son qoyan maddənin güclü psixostimulyator, həmçinin vanna duzu kimi tanınan mefedron olduğu haqda məlumat getmişdi. Amma narkoloqların bir qismi bildirir ki, pasiyentlərin xəstəxanaya daxil olduqları zaman onlardakı simptomlar mefedrondan daha çox tiryək tərkibli narkotik qrupuna, daha konkret isə fentanil maddəsinə uyğundur.

“Mefedron stimullaşdırıcı narkotikdir və o, yuxu gətirmir. Öz evlərində həyatlarını itirən adamlar isə kəskin nəfəs çatışmazlığı qurbanı olublar. Bu, tiryək tərkibli maddələr üçün xarakterikdir. Mefedron və digər stimulyatorlar isə  yuxusuzluğa səbəb olur”, – On.ge nəşri ilə söhbətində “Uranti” tibb mərkəzinin rəhbəri, narkoloq Zurab Sixarulidze deyib.

Dövlətin nakotiklərlə bağlı siyasətinin liberallaşdırılması uğrunda mübarizə aparan “Ağ küy” ictimai təşkilatının nümayəndələri də eyni şeyi bildirirlər.

“Qara bazar həyat üçün təhlükəli olan narkotiklərlə doludur… Kliniki əlamətlərə əsasən, insanların ölümünü fentalin istifadəsi doğurub. Bu, təsirinə görə heroini 50 dəfə, morfini isə 80 dəfə üstələyən tiryək tərkibli maddədir”, – “Ağ küy” hərəkatının bəyanatında deyilir.

Sabotaj?

Ölənlərin dostları jurnalistlərlə söhbətlərində bildiriblər ki, mefedron və ya fentalin yox, yüngül klub narkotikləri (məsələn, MDMA) qəbul ediblər. Onların fikrincə, qurbanlar aldadılmış və onlara naməlum narkotik verilmiş ola bilər. “Ağ küy” hərəkatının üzvləri isə bütün bunların sabotaj olduğunu düşünürlər: hakimiyyət narkotik siyasətinin libersllaşdırılması məsələsində mənfi ictimai rəy yaratmağa çalışır və narkotiklərin dekriminallaşdırılması əvəzinə, əksinə, nakrotiklərlə bağlı siyasəti daha da sərtləşdirmək istəyir.

“Bizim bütün bunların məqsədyönlü şəkildə baş verməsi ilə bağlı əsaslı şübhələrimiz var… Baş verən hadisələr diversiyanı xatırladır və bu zaman istehlakçılar tamamən müdafiəsiz qalır”, – “Ağ küy” hərkatının bəyanatında vurğulanır.

Təşkilat bütün narkotik istehlakçılarını istənilən substansiyanın qəbulundan çəkinməyə çağırır.

“Şübhələnirik ki, ölüm hallarına sadəcə “mefedron” deyilən şey səbəb olmayıb… bütün narkotik vasitələrin tərkibində naməlum maddələr olur”, – bəyanatda deyilir.

İnternetdə narkotiklər bitkoinlərə satılır

“Rustavi-2” teleşirkəti jurnalist araşdırması aparıb. “Postskriptum” verilişinin jurnalisti rusdilli saytda qeydiyyatdan keçib. Saytda bütün MDB ölkələri var – dilerlər bütün bu ərazilərdə işləyir. Gürcüstan da oradadır. Üstəlik siyahıda yalnız Tbilisi deyil, Gürcüstan regionları da qeyd olunub. Saytda dilerlərin bir neçə elanı yerləşdirilib. Onlardan birində 0.5 qram mefedron təklif edilir. Hesablaşmalar bitkoinlərlə aparılır, bu da anonimliyi təmin edir və hüquq-mühafizəçilərinin işini çətinləşdirir.

Jurnalist Mixail Sesiaşvili bitkoinləri köçürür və 15 dəqiqədən sonra sifarişin hazır olduğu haqda məlumat və GPS koordinat alır, mefedron Tbilisinin tam mərkəzində, Qudiaşvili meydanındadır. Mefedronun gizlədildiyi yerin fotosu da göndərilib. Dilerlər “təmiz” işləyir – şəklin kim tərəfindən və nə zaman çəkildiyini, həmçinin haradan göndərildiyini müəyyən etmək üçün lazım olan hər şey silinib.

Jurnalist qeyd olunan yerə gedib. Qudiaşvili küçəsi uşaqlarla və turistlərlə doludur. O, göndərilmiş şəklə əsasən köhnə konteyneri, orada isə konfet kimi sarı kağıza bükülmış bir şey tapıb. Bütün bunlardan sonra jurnalist hüquq-mühafizə orqanlarını məsələyə daxil edib. Patrul ekipajları hadisə yerinə gəlib. Sarı kağızın içindən ağ rəngli toz çıxıb.

Çıxış yolu nədir?

Narkotik siyasədinin liberallaşdırılması ilə bağlı müzakirələr artıq bir neçə ildir ki, gedir.

“Birja-Mafia” musiqili duetin üzvlərinin həbsinə və repressiv narko-siyasətə qarşı etiraz aksiyası, Tbilisi, 10 iyun 2017-ci il, foto: Levan Mikadze, JAMnews

Bu mövzu son bir həftədə Facebook-da da fəal müzakirə edilir. Gürcüstan telekanallarında da tok-şouların böyük hissəsi bu məsələyə həsr olunub.

Narkotiklərlə bağlı sərt siyasətin tərəfdarları öz mövqelərini liberallaşmanın narkotik istifadəsinin artmasına təkan verəcəyi ilə əsaslandırır. Üstəlik narkotik istifadəsi səviyyəsinin ənənəvi olaraq yüksək olduğu Gürcüstan kimi kasıb ölkədə. Bəziləri hətta təklif edir ki, Tbilisidə son zamanlar çoxalmış gecə klublarının sayı da azaldılsın. Onların fikrincə, klublarda narkotik satır, gəncləri yoldan çıxarırlar.

Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili “Basiani” gecə klubu qarşısında aksiya təşkil edərək, klubun bağlanmasını tələb edir. Foto: Facebook

Digər cəbhədə –  narkotiklərin liberallaşmasının tərəfdarları arasında vahid fikir yoxdur. Onlar razıdırlar ki, narkotiklər leqal satılmalıdır və insanları istifadəyə görə həbs etmək olmaz, amma məsuliyyət məsələsinə yanaşmaları fərqlidir.

Birinci fikir: liberallaşma tərəfdarlarının bir qismi, məsələn, “Ağ küy” hərəkatı, hesab edir ki, son günlərdə baş verən faciələrə görə məsuliyyəti ölkədə sərt narko-siyasət yürüdən hakimiyyət daşımalıdır. Onlar əmindirlər ki, narkotiklərlə bağlı siyasətin liberallaşdırılması zamanı dövlət vəziyyəti, əsasən də narkotik bazarında satılan malın keyfiyyəttini daha yaxşı nəzarətdə saxlaya biləcək, bu da bədbəxt hadisələrin sayını azaldacaq.

“Ölkədə fövqəladə vəziyyət yaranıb, hakimiyyət isə hərəkətsizdir. Hər bir ölümə görə məsuliyyəti dövlətin üzərinə qoyuruq, hansı ki, nəinki vəziyyəti dəyişdirmək üçün heç nə eləmir, hətta ölkədə yaranmış ağır vəziyyət haqda bir kəlmə belə demir”, – “Ağ hərəkatın” bəyanatında deyilir.

İkinci fikir: liberallaşdırma tərəfdarlarının digər qismi faciəvi hadisələrlə bağlı dövlətdə günah görmür. Onlar hesab edirlər ki, dövlət ölkədə satılan narkotiklərin keyfiyyətinə nəzarət etmək məcburiyyətində deyil. Onlar həmçinin güman edirlər ki, narko-siyasətin liberallaşması faciəvi hadisələrin sayını azaltmayacaq və bu arqumentin populistcə olduğunu deyirlər.

Onlar bildirirlər ki, narkotiklər leqallaşdırılmalıdır, amma ona görə yox ki, dövlət narkotik istifadəçilərinin qayğısına qalmalıdır, ona görə ki, bu, özünə ziyan vurmaq istəyən hər kəsin şəxsi işidir. Dövlətin günahı ondadır ki,  yalnız özünə ziyan vurduğu üçün istifadəçiləri məhbəsə salır. Onların özlərinə ziyan vurmasında isə dövlətin heç bir günahı yoxdur, – onlar belə hesab edirlər.

Üçüncü fikir: liberallaşdırma tərəfdarlarının üçüncü hissəsi də “Ağ küy” hərəkatının dövlətin Gürcüstanda satılan narkotiklərin keyfiyyətinə nəzarət etməli olduğu ilə bağlı mövqeyini paylaşmır. Bununla belə onlar ikinci qrupun leqallaşmanın bədbəxt hadisələrin sayını azaltmayacağı ilə bağlı fikri ilə də razılaşmırlar.

Onların arqumenti: narkomaniya narkotiklərin dekriminallaşdığı ölkələrdə də insan həyatlarına son qoyur, amma bədbəxt hadisələrin sayı xeyli azdır. Onlar hesab edirlər ki, narko-siyasətin liberallaşması zamanı bazar dövlətin müdaxiləsi olmadan özünə nəzarətə keçəcək – rəqabət şəraitində dilerlər keyfiyyət barədə düşünməli olacaqlar və ağır sintetik tiryək tərkibli maddələr yüngül klub narkotikləri satan şəxslərin əlinə keçməyəcək.

Cəmiyyətdə gedən müzakirələrə Daxili İşlər Nazirliyi reaksiya verib. Nazir müavini Natiya Mezvrişvili bəyan edib ki, nanko-cinayətlərlə mübarizə sərtləşdiriləcək:

“Zərərli və zərərsiz narkotiklərin mövcudluğu haqda mövzunun müzakirəsi, “mefedronun” öldürücü olduğu, digər sintetik narkotiklərin və ya heroinin isə olmadığı haqda deyilənlər, o cümlədən də liberallaşdırma haqda söhbətlər mahiyyət etibarilə narkotiklərin təbliğatıdır, narko-cinayətkarları həvəsləndirir və bu sahədə preventiv tədbirlər görməyə mane olur. Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narko-cinayətkarlıqla mübarizədir və bu mübarizə bugünkü təhdidlər fonunda daha sərt olacaq”, – Natiya Mezvrişvili bəyan edib.


More on JAMnews