Niyə Almaniyanın birləşməsi belə əzablı oldu və hələ də başa çatmayıb? Almaniyalı ekspertlərin şərhləri" />

Berlin divarı olmadan 30 il – amma o, bu gün də Şərqi və Qərbi Almaniya sakinlərini ayırır

Niyə Almaniyanın birləşməsi belə əzablı oldu və hələ də başa çatmayıb? Almaniyalı ekspertlərin şərhləri

“Biz bir xalqıq” (Wir sind das Volk!). 30 il əvvəl, 1989-cu ilin noyabrında Şərqi Almaniya – ADR şəhərlərinin küçələrinə yüz minlərlə nümayişçi çıxıb.

1989-cu il noyabrın 9-da Berlin divarı – şəhərin, alman xalqının və bütöv bir qitənin 40 il davam edən parçalanmasının rəmzi söküldü. 

Amma Almaniyanın qərbinin və şərqinin birləşməsi hələ də bitməyən uzun və əzablı proses oldu.

“Niyə?” sualının cavabı – almaniyalı jurnalistlərin və ekspertlərin danışdıqlarında və şərhlərində.

Berlində Branderburq qapısı önündə Berlin divarının sökülməsinin 30 illiyi şərəfinə atəşfəşanlıq. 9 noyabr, 2019. REUTERS/Fabrizio Bensch

ADR Stalinin planı kimi

Almaniyanın iki hissəyə – Şərqi və Qərbi Almaniyaya bölünməsi 1945-ci ildə, İkinci Dünya Müharibəsi bitəndən vəAlmaniyada faşist rejimi süquta uğrayandan dərhal sonra başlayıb.

• 13 milyon – keçmiş Sovet İttifaqı Stalin siyasi repressiyalarının qurbanlarını anır

 Stalinin İkinci Dünya Müharibəsindəki rolu haqda 10 mif

• Moskvada SSRİ-ni bərpa edən qrup peyda olub

Almaniya tərkibində o zaman “işğal zonaları” deyilən ərazilər yaradıldı. Qərdbə bu zonalara Amerika, Britaniya və Fransa qüvvələri nəzarət edirdi. Şərqdə isə Sovet İttifaqı.

SSRİ və qərb müttəfiqləri arasında başlanan qarşıdurmatezliklə soyuq müharibəyə keçdi. Qərb ölkələri Almaniya Federativ Respublikasının yaradılmasını dəstəklədilər. Şərqdə isə 1949-cu il oktyabrın 7-də Almaniya Demokratik Respublikası – ADR elan olundu.

Həmin vaxtdan bu məşhur kədərli Berlin divarının inşa edildiyi 1961-ci ilə qədər Almaniyanın şərqindən qərbinə milyondan çox insan qaçdı – az qala ADR sakinlərinin hər on nəfərindən biri. 

1952-ci ildə ADR rəhbərliyi sərhəd boyu beş kilometrlik qadağa zonası yaratdı. Daha sonra minalanmış sahələr meydana gəldi, həmçinin qaçanları güllələmək əmri verildi.

Sonra Berlin divarı inşa edildi və ADR-i tərk etmək demək olar ki, mümkün olmadı.

Yalnız ADR sərhədçilərinin yaxınlaşa bildiyi Branderburq qapıları önündə Berlin divarı belə görünürdü. Foto: Wikipedia

Şərqi və Qərbi Almaniya necə bir-biri ilə yenidən yaxınlaşmağa başladı?

1980-ci illərin ortalarından SSRİ-də yenidənqurma, demokratik normaların sovet həyat tərzinə gətirilməsi cəhdi başladı. Dərhal olmasa da, bu, ADR-də də dəyişiklikləri stimullaşdırdı.

1989-cu il noyabrın 4-də Berlində Aleksandrplats meydanına 400 minə yaxın insan çıxdı, söz azadlığı, hökumətin istefası və azad seçki tələb etdi. Bütün ADR-i etirazlar dalğası bürüdü.

1989-cu il noyabrın 9-da AFR-ə viza alınması məsələsi ilə bağlı formallıqların minimuma çatdırılması elan olundu. Elə həmin gün minlərlə şərqli alman Berlin divarı önünə yollanıb. Sərhədçilər hələ qərbə keçməyin yeni qaydalarından xəbərsiz idilər və toplaşanları dağıtmağa çalışırdılar. Amma tezliklə güzəştə gedib, keçidləri açmağa məcbur oldular.

Berlin divarı beləcə açıldı.

Bu, Berlin divarıında çəkilmiş qraffitidir, soldan sağa – SSRİ lideri Leonid Brejnev və ADR lideri Helmut Kol. Bu rəsm memə çevrildi və “Brejnevin fonunda məni öp” hərəkatının başlanğıcını qoydu. Foto: JAMnews

Bundan sonra Almaniyanın birlləşməsi sürətlə davam etməyə başşladı.

1990-cı ilin martında ADR AFR ilə vahid iqtisadi məkanın yaradılması haqda saziş imzaladı.

1990-cı ilin iyulunda Sovet İttifaqının lideri Mixail Qorbaçov birləşmiş Almaniyanın NATO-ya daxil olmasına razılıq verdi. Sovet qoşunlarının ADR ərazisindən çıxarılması müddəti də elə o zaman  müəyyən edildi.

Almaniya 1990-cı il oktyabrın 3-də vahid ölkə oldu.

“İkinci növ” insanlar – qərb və şərq mentalitetinin birləşməsi niyə çox çətin oldu?

Ən başdan elə gəlird ki, ADR AFR-in altı yeni federal torpağına çevrilərək asanlıqla Qərbi Almaniyanın tərkibində “əriyib”.

Amma tezliklə bəlli oldu ki, cəmiyyətlə səviyyəsində birləşmə daha mürəkkəb prosesdir.

Şərqi Almaniyada həyat səviyyəsi kifayət qədər yüksəlmişdi – Dünya Bankının məlumatına əsasən, 1990-cı ildə Almaniyanın şərqində adam başına düşən ÜDM9700 dollar təşkil edirdi, 2018-ci ildə isə demək olar ki, 34000 dollara çatıb . Amma Şərqi və Qərbi Almaniya sakinlərinin gəlirləri arasındakı fərq bu 

gün də çox yüksək olaraq qalır.

Qərbli almanlların ölkədə həm biznes sahəsində, həm də hökumətdə əksər yüksək rəhbər vəzifələriləri tutması Şərqi Almaniyada böyük məyusluq doğurur.

Almaniya birləşəndən bəri 2 milyona yaxın insan yaşamaq üçün həmişəlik şərqdən qərbə köçüb.

“Siz Şərqi Almaniya şəhərlərini gəzirsiz və hər şey gözəl görünür”, – yazıçı və vətəndaş cəmiyyəti fəalı Frank Rixter “Financial Times”a müsahibəsində deyir. – “Həmin illərdə biz fasadları yeniləyirdik. Amma bu fasadların arxasına boylansaq, o zaman görəcəyik ki, insanlarda olan böyük ümidlər və xəyallar hədər getmiş oldu. İnsanlar ətrafa göz gəzdirir və görürlər ki, onların övladları köçüb gedib və onlar geri qayıtmayacaq; onların nəvələri gedib, onlar da qayıtmayacaq”.

2019-cu ilin yayında aparılan sorğunun nəticələrinə görə, Almaniyanın şərq torpaqlarının sakinlərinin 47 faizi ilk növbədə özlərini şərqi alman hesab edirlər. Yəni regional kkimlik onlar üçün milli, ümumi alman kimliyindən üstün olaraq qalır.

İnssanlar Berlin divarı memorialına qızılgül dəstələri gətirərək bu səddi aşmağa cəhd göstərərkən həlak olanları yad edirlər. 2019-cu il noyabrın 9-da Almaniyada Berlin divarının sökülməsinin 30 illiyi qeyd olunur. REUTERS/Fabrizio Bensch

Şərqi Almaniyada ADR üçün nostalji və neonasizmin populyarlığı

“Hətta 1990-cı illərdə, xüsusən də sonralar Şərqi Almaniyada öz ayrıca ölkəsində – demokratik, amma ayrı – yaşamaq istəyənlər çox idi”, – alman politoloqu Ronald Froydenşteyn “Azadlıq Radiosu”na müsahibəsində danışıb.

“Şərqi almanların çoxu bu gün deyir ki, ADR-də diktatura idi, amma sərt deyildi, insanlar həxsi həyat səviyyəsində kifayət qədər azad yaşayırdılar, sosial təminatlar, pulsuz uşaq bağçaları və sairə vardı. 1990-cı illərdə AFR şərqi almanların ehtiyaclarına illik 70 milyard avro ayırıb, həm qərbi, həm də şərqi almanlar bu dotasiyalar haqda fərqli düşünürlər.

Qərbi almanlar yalnız bu böyük məbləğləri xatırlayırlar, şərqi almanlar isə 25-30 faiz təşkil edən işsizlik haqda.

İqtisadi islahatlar zamanı 10-15 nəfərdən çox adamın işlədiyi bütün müəssisələr istisnasız qərbi almanların rəhbərlik etdiyi xüsusi holdinqlərin tərkibində birləşdirildi. Çox sayda şirkətlər rəqabətə davamsız adı ilə bağlandı. Və bu, sosializm şəraitində yaşamış, kütləvi işdən çıxarılmalarla qarşılaşmamış insanlar üçün böyük sarsıntı, psixoloji zərbə idi.

 Siyasi dürüstlük, azlıqlarının hüquqlarının müdafiəsi, açıq sərhədlər ideyası – bütün bunları şərqi almanlar bu gün də nəsə yad, qərbə xas olan, onlara kənardan sırınmış dəyərlər kimi qəbul edirlər. Buna görə də Şərqi Almaniyada sağçı radikallar daha populuyardır: şərqdə onlara 20 faiz və daha artıq insan səs verir, qqərbdə isə onların reytinqi 10-12 faiz civarındadır.

Almaniyanın şərqindəki şəhərlərin ayrıca rayonları var ki, hücum riskinə məruz qalmamaq üçün dərisinin rəngi ağ olmayan insanların və ya açıq geylərin getməsi məsləhət deyil. Xoşbəxtlikdən bu cür rayonlar azdır.

Amma eyni zamanda şərqdə çox fəal antinasist təşkilatlar da mövcuddur.

Şərq torpaqlarında sağçı radikalizm də müəyyən mənada keçmiş ADR-dən qalan mirasdır, axı həmin ölkədə siyasi mmədəniyyət dərin avtoritarlığa, milliyyətçiliyə və nasizmə söykənirdi.

Ümumilikdə sağçı ekstremizm hazırda Almaniyada konstitusiya quruluğu üçün ən başlıca siyasi təhdiddir. Məsələbu təhdidin nəzarətdən çıxmasının və ölkənin qərbində də şərqində olduğu qədər yayılmasının mümkün olub-olmadığındadır”.

“Deutschland” adlanan bu klipdə “Rammstein” qrupu həm də ADR-lə bağlı tarixi məqamlardan bəhs edir:


More on JAMnews