Qonaqların 70%-i Rusiyadan, 10%-i isə İrandan olub " />

Bayram günlərində Ermənistana gələn turistlər Yerevanda, yerli sakinlər isə regionlarda dincəlib

Qonaqların 70%-i Rusiyadan, 10%-i isə İrandan olub

Yeni il bayramında Ermənistana gələn turistlər öz istirahətlərini paytaxtda keçiriblər, yerli sakinlər isə regionlara üz tutmağı üstün görüblər.

Turistlərin əksəriyyəti Rusiyadan gəlib və onlar əsasən qruplar halında yox, fərdi səfər edənlər olub.

“Mənə elə gəlir ki, turistlərin 70 faizi Rusiyadan, 10 faizə qədəri isə İrandan idi”, – “Mehmanxanalar Assosiasiyasının” sədri Akop Akopyan deyib.

“Turizm Assosiasiyasının” həmtəsisçisi Marina Kpryan hesab edir ki, Ermənistan daha çox turist qəbul etməyə hazırdır, amma bunun üçün ölkəni daha fəal reklam etmək və cəlbedici şərait yaratmaq lazımdır. Məsələn, Gürcüstanda birbaşa avia-reyslər çoxdur və qiymətləri də daha uyğundur, bu da istirahətə yollanan turist üçün çox vacibdir.


More on JAMnews