İğtişaşlara səbəb bunun üçün nəzərdə tutulmayan yerlərdə parkinqə görə cərimələr oldu" />

Batumidə polislə nümayişçilər arasında qarşıdurma

İğtişaşlara səbəb bunun üçün nəzərdə tutulmayan yerlərdə parkinqə görə cərimələr oldu

17264647_1638165422879544_1051657633847624672_n-e1489266417817

Foto: “Batumelebi” qəzeti

Dənizkənarı Batumi şəhərində inzibati qanun pozuntularına görə saxlanılanlar buraxılacaq. Bu haqda martın 11-də Batumidə nümayişçilərlə xüsusi təyinatlılar arasında baş tutan qarşıdurmanı şərh edən Gürcüstan DİN başçısı Georgi Mqebrişvili bildirib. O qeyd edib ki, bu, heç də onların məsuliyyətdən azad ediləcəyi demək deyil. Nazir bildirib ki, vəziyyəti araşdırmaq üçün Batumiyə gedir.

“Batumidə baş verənlər yolverilməzdir və bu cür provokasiyalar qanuna riayət olunmasına və hüquq-mühafizə orqanlarının işinə əngəllər törədəcək. Özünü qanundan yüksək tutan hər kəs cəzalandırılacaq”, – deyə Mqebrişvili bildirib. O, yerli DİN rəhbərliyində kadr dəyişiklikləri, bundan başqa da Batumidə əlavə qüvvələrin səfərbər ediləcəyini də istisna etmədi.

Şəhərdə hazırda qarşıdurma davam edir, maşınlar yanır.

Hazırda tibbi yardım üçün 21 nəfərin müraciət etməsi barədə məlumat var. “Rustavi-2” telekanalının yerli klinikanın həkimlərinə istinadən bildirdiyinə görə, yaralananlardan altı nəfər polis, qalanları isə mülki şəxslərdir. Yaralananlardan birinin üz sümükləri sınıb, cərrahi əməliyyat olunmalıdır.

Şahidlər həm də gözyaşardıcı qazdan zərər çəkənlərin olduğunu da deyir.

İlk qarşıdurma regional polis idarəsi binasının qarşısında baş verib. Xüsusi təyinatlılar gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. “Rustavi-2” telekanalının canlı efirində gedən kadrlardan görünür ki, mitinq iştirakçılarının bir hissəsi polisə daş atırdı.

Xüsusi təyinatlıların hücumundan sonra nümayişçilər yenidən polis binasının ətrafında toplaşmağa başlayıb. Küçələrdə yanan ocaqlar görünürdü.

Polislə yerli sakinlər arasında münaqişənin yaranmasına səbəb bunun üçün nəzərdə tutulmayam yerlərdə parkinqə görə cərimələr olub. Batumidə etiraz aksiyaları martın 11-də gündüz, polis hüquq-mühafizə orqanlarına müqavimət göstərdiyinə görə 6 yerli sakini tutandan sonra başlayıb.

Tezliklə şəhərin mərkəzində yüzlərlə adam yığışıb, əksəriyyəti də “ədalətsiz” cərimələr və patrul polisinin özbaşınalığına etiraz edən sürücülər idi.

Nümayişçilər polis binasının qarşısına gələrək, saxlanılanların buraxılmasını və DİN-in yerli idarəsinin rəhbərliyinin istefasını tələb edirdi.

Birinci kanalın efirində DİN başçısının müavini Besik Amiranaşvili bildirib ki, nümayişçilərə qarşı xüsusi vasitələr onlar binaya daş atmağa və ora soxulmağa başlayandan sonra istifadə olunub. Onun sözlərinə görə, nümayişçilərə saxlananların azad olunacağı vədi verilib, bununla belə onlar geri çəkilməyib.

Amiranaşvilinin sözlərinə görə, nümayişçilərin yerli DİN şöbəsinin istefası ilə bağlı tələbi nəzərdən keçirilmir.

Batumidə baş verənlər sosial şəbəkələrdə ziddiyyətli reaksiyaya səbəb oldu

Birinci trend:

İstifadəçilərin bir hissəsi polisi qəddarlıqda suçlayır. Bəziləri Batumidəki nümayişçilərlə həmrəy olmağa çağırır və “Gürcü arzusu” hakimiyyətinin tezliklə süqut edəcəyini deyir.

İkinci trend:

İkinci hissə şəhərin küçələrində “kriminal gəncliyin” olmasından narazıdır və tezliklə qanun-qaydanın bərpasını tələb edir.

Üçüncü trend:

Çoxlarını ölkənin reputasiyası narahat edir. “Biz elə qürurlanırdıq ki, bizdə nümayişlər zamanı maşınları yandırmayıb və sındırmayıblar”, – istifadəçilərdən biri təəssüflə yazır.

“Eybi yox, bu da keçəcək”, – digəri sakitləşdirir.

Dördüncü trend:

Amma şəbəkədə ən çox “nəhayət Bidzinanı oyandırmaq lazımdır” kimi çağırışlar səsləndirilir.

Milyarder, keçmiş baş nazir və hakim partiyanın qeyri-rəsmi lideri olan Bidzina İvanişvili Gürcüstanda geniş yayılan fikrə görə, ölkəni qeyri-rəsmi şəkildə idarə edən adamdır.

 

Foto: “Batumelebi” qəzeti


More on JAMnews