Baptistlər və alkoqoliklər barədə

Onların hər ikisi Cənubi Osetiya üçün qorxulu elementlər siyahısına daxil edilib

Bu mövzu barədə ilk dəfə “Gənclər dini sektalara, alkoqolizm və narkomaniyaya qarşı adlı dəyirmi masa keçirən Cənubi Osetiyanın informasiya və mətbuat komitetinin Beynəlxalq mətbuat mərkəzi söz açdı.

Bu müzakirələr dini sektaların nümayəndələrinin, alkoqoliklərin və narkomanların nə üçün bir qrupda yer aldığını və nə üçün onlarla bərabər şəkildə mübarizə aparılmalı olduğunu izah edir və bizə aşağıdakı nəticələrı çıxartmağa kömək edir.

1. Çünki onlar Gürcüstandan gəlib

Cənubi Osetiya prezidentinin dini məsələlər üzrə müşaviri Sonya Xubayeva:

‘Tam şəkildə deyə bilərəm ki, Cənubi Osetiyada çoxalan bütün bu dini qrupların hamısı Gürcüstandan gəlib. Göndərilən sektantların hamısının milliyyəti osetindir. Belə olduqda isə onlara öz vətənində yaşamağı heç kim qadağan edə bilməz’.

 

 

Sonya Xubayeva ‘Yeqova Şahidləri [dünyadakı ümümi sayı -50 min nəfər, JAMnews], “Əllincilər cəmiyyəti [protestantlığın bir forması, dünyada ümümi sayları 800 min nəfər, JAMnews] və baptistlər [sayı 100 mindən çox, JAMnews] kimi dini cərəyanları da bu tip dini sektaların siyahısına daxil edir.

 

 

 

 

2. Sektalar siyasi təhlükə yaradır

“Sonya Xubayevanın sözlərinə görə “Yeqova şahidləri yalnız hakimmiyyət üçün yox, bütün əhali üçün təhlükəlidir. “Əgər onlar Çxinvalinin əsas meydanına çıxsa- çoxsaylı etirazçı kütlə olacaq. Onlar öz siyasi məqsədlərini din pərdəsi altında gizlətməyə çalışırlar. “Rəngli inqlablar-ın, həmçinin Ukraynadakı meydan hərəkakatının senarisi məhz bu qruplar tərəfindən hazırlanıb həyata keçirilmişdi. Həmin sektantlar Maydan-ı müdafiə edirdi.

3. Sektantlar hakim dairələrə sıza bilib

Cənubi Osetiya prezidentinin dini məsələlər üzrə müşaviri:

 “Hakimiyyətin əsas strukturlarında dini sektaların nümayəndələri təmsil olunur və onların bir çox mənfi məlumatlara çıxışı var. Bu məsələ öz həllini tapmalıdır. Təhsil nazirliyi sektant nazir köməkçisini vəzifəsindən azad etməklə bu problemi qismən də həll edə bilib’.

Xubayeva bir müddət əvvəl istefaya göndərilmiş Təhsil nazirinin müavinin Maya Zaseyevanın TV-də yayılmış görüntülərindən bəhs edir. Bir müddət əvvəl TV-də Zaseyevanın əllincilər cəmiyyətinin üzvləri ilə olan görüşündən görüntülər yayılmışdı. Görüntülərdə o cəmiyyət üzvlərinin rəsmi qeydiyyatdan keçməyə hüququ olduğunu bildirirdi. Bu sujetin yayılmasından qısa müddət sonra Zasayeva vəzifəsindən kənarlaşdırıldı.

4. Sektantlar qərbdən maliyyələşir

Siyasi elmlər namizədi Soslan Pliyev:

‘Bu gün Rusiya ikinci dünya müharibəsinin qarşısını alan bufer qismində çıxış edir.Cənubi Osetiya Rusiyanın kiçik qardaşıdır. Amerikadan maliyələşən sektaların bizə nə xeyri olacaq? Mənim hesablamalarıma görə Ukraynada meydana gələn böhranın 80 %-i sektaların faəliyyəti nəticəsindədir. Onların əsas vəzifəsi insan toplamaq idi, daha sonra isə kütləni təsir altına salmaq asan olur. Biz cəmiyyətimizin böyük qismini sektalarda itiririk.

 

 

Parlamentin KİV, din, elm, təhsil, mədəniyyət üzrə milli siyasət komitetinin üzvü Yuriy Qabarayev:

«Sektalar əssən ölkəmizdən kənardan- ABŞ və Avropadan idarə olunurlar. Bu isə Osetiyanın milli təhlükəsizliyinə birbaşa təhlükədir.


 

Dəyirmi masanın iştirakçıları aşağıdakı təklifləri irəli sürdülər:

1. Sektalar milli təhlükəsizlik üçün birbaşa təhdid hesab olunsun ( Cənubi Osetiya prezidentinin adminstrartiv məsələlər üzrə əməkdaşı, Sosial təhlil akademiyasının rəhbəri, Alan Çoçiyev)

2. Cəmiyyətdə “dini sektalar, narkotik ticarəti, narkomaniya kimi kimi destruktiv təzahürlərə qarşı dözümsüzlük abu –havası yaratmaq. ( Yuriy Qabaraev)

  • Cənubi Osetiyanın konstitusiyası ( maddə 14, punkt 1): “ İctimai və dini qurumlar qanun qarşısında bərabərdir.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews