Tutulan balığı çaya qaytarmaq lazımdır" />

Balıq tutmaq idmana çevriləndə

Tutulan balığı çaya qaytarmaq lazımdır

Kolxida milli parkının ərazisində, Çuria çayında idman balıqçılığı üzrə yarış keçirildi.  

Turnir ilk dəfəydi ki, keçirilirdi və ötən il 90 yaşında vəfat edən yerli balıqçı Valerian Xapavanın xatirəsinə həsr olunmuşdu.

 

Turnirdə 60-a yaxın həvəskar balıqçı iştirak etdi. Qaliblər kubok və xüsusi mükafatlarla təltif olundular. Yarışın reqlamentinə görə, iştirakçılar tutulan balığı çəkəndən sonra yenidən çaya atırdılar.

Kolxida milli parkı Qərbi Gürcüstanda yerləşir. Bura Qara dənizin sahil xətti və Paleastomi gölünün hovuzu daxildir. Milli park beynəlxalq əhəmiyyəti olan, yüksək rütubətli Kolxida ekoloji sisteminin qorunub saxlanması üçün yaradılıb.

O, Zuqdidi, Xobi, Senaki, Abaşi və Lançxuti rayonları ərazisində beş sahəni əhatə edir.

2016-cı il ərzində qorunan ərazilərə baş çəkilməsi statistikasına görə, Kolxida milli parkı vizityorların sayına görə səkkizinci yeri tutdu, bu il isə orada artıq 8185 nəfər olub.

İlk dəfə dərc olunub: 06.07.2016


More on JAMnews