Şəhər hakimiyyəti hesab edir ki, çeşidləyici qutuların olması yetərlidir, şəhərlilər isə cərimələrin tətbiqinə lüzum görür " />

Bakılıları “mədəni zibilləməyə” necə alışdırmaq olar?

Şəhər hakimiyyəti hesab edir ki, çeşidləyici qutuların olması yetərlidir, şəhərlilər isə cərimələrin tətbiqinə lüzum görür

Bakının bəzi mərkəzi küçələrində zibilin çeşidlənməsi üçün qutular quraşdırılıb. Onların bir neçə növü var: plastik, metal, kağız, şüşə və digər növ zidillər üçün. Amma bu qutuları quraşdıran Bakı Abadlıq Xidməti şirkətinin müşahidəsinə əsasən, şəhərlilər hələlik bu yeniliyi iqnor edir və yenə də zibili necə gəldi atırlar.

• Azərbaycanın cənubunda çimərlikləri kişilər və qadınlar üçün ayırıblar

Sosial şəbəkələrdə də çeşidləyici qutular haqda xəbərə şübhə ilə yanaşıblar. Çünki bir neçə il əvvəl bakılıları artıq zibili çeşidlməyə alışdırmaq istəmişdilər, amma heç bir nəticə verməmişdi.

Foto: 1news

Adamlar nə düşünür?

“Əlbəttə ki, bu yaxşıdır, amma xalqımız belə şeyləri başa düşmür və çətin ki, yaxın zamanda başa düşsün. Buna qədər oxşar zibil qutuları avtobus dayanacaqlarında quraşdırılmışdı, amma adamlar yenə də qutunun üzərindəki yazıları oxumadan zibili hara gəldi atırdı”, – sosial şəbəkə istifadəçilərindən biri yazır.

Buna görə də hesab edirlər ki, şəhər hakimiyyəti bu prosesə nəzarət etməlidir, məsələn, “qanun pozucularını” cərimələməlidir:

“HAMI üçün sərt nəzarət və böyük cərimələr olmayınca, nə yeni qutuların, nə də başqa yeniliklərin xeyri olmayacaq”.

Bu metod həqiqətən də işləyir: əhəmiyyətli dərəcədə böyük cərimələrin tətbiqindən sonra piyadalar artıq demək olar ki, yolu icazə verilməyən yerlərdən keçmir. Düzdür, yalnız mərkəzdə. Bu da yeni qutuların tənqid olunması üçün daha bir səbəbdir:

“Nəyə görəsə bu yeni zibil bakları və qutuları ancaq şəhərin mərkəzində quraşdırılır. Kənarlar heç kimin yadına düşmür. Orda isə bir şüşəni atmaq üçün saatlarla gəzib zibil qutusu axtarmaq lazım gəlir”.


More on JAMnews