Nazirlik ittihamları rədd edir " />

Bakıda təkbaşına piket: jurnalist həkimlərin soyğunçuluğundan şikayətlənib və paltarlarını soyunaraq satmaq istəyib

Nazirlik ittihamları rədd edir

Jurnalist Teymur Kərimov Bakıda Səhiyyə Nazirliyinin qarşısında təkbaşına piket keçirib. O, həkimlərin soyğunçuluğundan şikayətlənib və bütün baş verənlərdə səhiyyə naziri Oqtay Şirəliyevi günahlandırıb. Nazirlik bəyanat yayaraq bütün bu ittihamları rədd edib.

Aksiya necə keçib?

Mayın 18-də səhər Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısına gəlib, paltarlarını soyunaraq qarşısına qoyub və satmağa çalışıb. O, pencəyini və köynəyini çıxararaq kameralar qarşısında başına gələnləri danışıb.

 

• Azərbaycan həkimləri öz işlərinin spesifikliyi haqda danışırlar

• Azərbaycanda xalq təbabəti: çildağ qorxu götürmək vasitəsi kimi

 

Kərimovun sözlərinə görə, onun anası qan xərçəngidir və dövlət xəstəxanasında müalicə olunur. Amma xəstəxana personalı mütəmadi olaraq ondan iynə, dərman və qanunla pulsuz olan digər prosedurlar üçün pul istəyir.

“Onlar insanları məcbur edirlər ki, müalicənin pulunu ödəmək üçün alt paltarına qədər sözün həqiqi mənasında hər şeyini satsın. Mən də paltarlarımı satmaq qərarına gəldim ki, anamın bir-iki iynəsinin pulunu ödəyə bilim”, – Kərimov aksiyasının formatını izah edib.

Daha sonra nə olub?

Aksiya başlayandan 15 dəqiqə sonra hadisə yerinə polis gəlib, Teymur Kərimov “Kavkazskiy uzel” saytına danışıb. Jurnalisti polis idarəsinə aparıb, hər şey haqda ətraflı sorğu-sual ediblər və söz veriblər ki, mayın 20-də onu Səhiyyə Nazirliyində qəbul edəcəklər, ondan pul tələb olunması məsələsini isə prokurorluq araşdıracaq.

Mayın 20-də Səhiyyə Nazirliyi bəyan edib ki, “bütün bu ittihamlar tamamilə əsassızdır” və onun anasına bütün mümkün kömək göstərilir.

Həmin gün jurnalisti prokurorluğa dəvət ediblər. Oradan çıxandan sonra Kərimov deyib:

“İnanmaq istəyirəm ki, prokurorluq həqiqətən də məsələni aydınlaşdıracaq. Şəxsən mən hesab edirəm ki, vəziyyəti düzəltmək yolu Oqtay Şirəliyevi vəzifədən çıxarmaqdır”.

Facebook Comments

More on JAMnews