Nazirlikdən bildiriblər ki, fahişəliklə mübarizə aparmaq niyyətindədirlər. Amma mentalitet söhbəti yenə gündəmdədir " />

“Bu, əxlaq polisi deyil”. Azərbaycan DİN-i hesab edir ki, yeni təşəbbüs doğru anlaşılmayıb

Nazirlikdən bildiriblər ki, fahişəliklə mübarizə aparmaq niyyətindədirlər. Amma mentalitet söhbəti yenə gündəmdədir

Bakıda “əxlaq polisi” olmayacaq – Azərbaycanın Daxili İşlər Nazirliyi nəyan edib. Sadəcə anlaşılmazlıq olub.

• Ərəb yayı və ya Azərbaycanda seks-turizm

• Cənubi Qafqazda seks-şoplar – seks var, amma şop yoxdur

Nazirlikdən bildiriblər ki, söhbət xüsusi şöbədən getmir, mərkəzi küçələrdə patrulluq edən və “turistlərə intim xidmətlər təklif edən yüngül həyat tərzli qadınları” küçələrdən toplayan dəstələrdən gedir. 

Ən başdan bütün yanlış anlama nazirliyin öz bəyanatında “fahişəlik” ifadəsindən yan ötmək cəhdindən yaranıb. Rəsmi açıqlama elə indi də çox aydın deyil:  

“Şəhər sakinlərindan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, polis Bakı şəhərinin mərkəzi küçələrində milli dəyərlərəvə Azərbaycan xalqının mentalitetinə zidd olan davranışlara yol verən və turistlərə əxlaqsız təkliflər edən qadınları toplayıb”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, bu qadınlar mərkəzi küçələrdən uzaqlaşdırılıb və onlara xəbərdarlıq edilib.

3 sentyabr 2019-cu il

Bakıda “ictimai mənəviyyat əleyhinə və milli mentalitedə zidd olan hallara qarşı” mübarizə üçün xüsusi polis dəstələri yaradılıb. Bu haqda jurnalistlərə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Amma aydın deyil ki, polis necə və konkret kimlə mübarizə aparacaq.

“Yüngül əxlaqlı həyat tərzi sürən şəxslər” kimdir?

Xüsusi polis dəstələri əsasən şəhərin mərkəzi küçələrində olacaq.

Polis “paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri” nəticəsində mənəviyyat keşiyində durmaq qərarına gəlib – bu haqda Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, gecə klublarında, otellərdə və paytaxtın mərkəzi küçələrində “ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var”. 

Polis “milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların” qarşısını almaq və “yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikası” ilə məşğul olmaq qərarına gəlib.

Bunun altında nələrin və ya kimlərin nəzərdə tutulduğunu Hacıyev dəqiqləşdirməyib.

Əksəriyyət bu xəbəri fahişəliyə qarşı “müharibə” elanı kimi qəbul edib.

Sosial şəbəkələrdə skepsis

Sosial şəbəkələrdə bu xəbər şübhəylə qarşılanıb. Çoxları əsas problem kimi polisin ona heç bir dəxli olmayan anlayışların – mənəviyyat və əxlaqın üzərinə düşməsini görüb.

Bəzi şərhlər:

“Fahişəlik başqa şeydir. Amma burada söhbət “əxlaqsız davranışdan” və “milli mentalitetdən” gedir. Bu, mövcud olmayan bir şeydir”;

“Polisin “himayəsi” olmadan Bakıda heç bir fahişəxana işləyə bilməz. Onlar özləri özləri ilə mübarizə aparacaqlar?”;

“Bizim reallığımızda bu o deməkdir ki, fahişə xidmətləri bahalaşacaq”.

Bu, nə dərəcədə qanunidir?

Hüquq müdafiəçisi Eldar Zeynalov hesab edir ki, xüsusi polis dəstələri eyni zamanda səfil və dilənçiləri də “ovlayacaqlar”, amma onların əsas hədəfləri seks işçiləri olacaq. Hüquq müdafiəçisi bu kampaniyanı mənəviyyat uğrunda mübarizə ilə yox, seks işçilərindən “dividend” əldə etmək istəyi ilə əlaqələndirir:

“Sirr deyil ki, ərəb ölkələrindən gələn turistlər yerli seks işçilərinin xidmətlərindən fəal istifadə edir və buna görə səxavətlə ödəniş edirlər. Hazırda turist mövsümü sona çatır, qızlar yaxşı pul qazana bilib və indi polislə bölüşmək vaxtıdır. Bütün bunlar onunla yekunlaşacaq ki, onları “soyacaqlar” və hər şey öz axarına qayıdacaq”, – Zeynalov deyib.

Vəkil Əsabəli Mustafayev Turan agentliyinə verdiyi açıqlamada xatırladıb ki, qanunvericilikdə “ictimai mənəviyyat” və “milli mentalitet” anlayışları yoxdur, bu anlayışların dəyərləndirilməsi subyektivdir.

Azərbaycan qanunvericiliyinə görə, yalnız fahişəxana saxlamağa görə cinayət məsuliyyəti nəzərdə tutulub, fahişəliklə məşğul olmağa görə isə ən pis halda kiçik cərimə cəzası mümkündür.


More on JAMnews