Polisin bildirdiyinə görə, onu küçədə söyüş söydüyü üçün saxlayıblar, 30 sutka həbs cəzasını isə saxlanıldığı zaman müqavimət göstərdiyi üçün alıb" />

Bakıda müxalif partiyanın funksionerlərindən biri həbs olunub

Polisin bildirdiyinə görə, onu küçədə söyüş söydüyü üçün saxlayıblar, 30 sutka həbs cəzasını isə saxlanıldığı zaman müqavimət göstərdiyi üçün alıb

Respublikaçı Alternativ” müxalif partiyasının idarə heyətinin üzvü Azər Qasımlı “polisin qanuni tələbinə müqavimət göstərmək” ittihamı ilə 30 sutka həbs cəzası alıb. “Polisin bildirdiyinə görə, o, guya küçədə ünvansız söyüş söyüb”, – Contact.az vəkil Elçin Sadıqova istinadən yazıb.

Vəkil bildirir ki, Qasımlının özü həbsinin əsl səbəbini mayın 28-də Birinci Respublikanın 100 illik yubileyi şərəfinə təşkil olunmuş yürüşdə iştirak etməsində görür. Təşkilatçılarından birinin “Respublikaçı Alternativ” partiyasının olduğu dinc yürüş dənizkənarı bulvara gedən yolda polis kordonu tərəfindən saxlanılıb.

Qasımlının partiya yoldaşları hesab edirlər ki, müxalifətin təşkil etdiyi “nümayiş”, hətta dinc və bu cür zərərsiz səbəblə bağlı olmasına baxmayaraq, hakimiyyəti qorxudub.

Azər Qasımlının vəkili apellyasiya şikayəti vermək niyyətindədir.

Qasımlının partiyadaşı Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində həbsin səbəbini belə izah edib:

“Bu sistem pozitiv qəbul etmir. Bayram əhval-ruhiyyəsi, gülümsəyən insanlar və etirazçı elektorat – bütün bunlar sistem üçün qorxuducu mənzərədir. Dünən isə məhz bu cür mənzərə yaranmışdı – bayram əhval-ruhiyyəsi, kreativ gənclər, gülümsəyən potensial etirazçılar… Sizcə, hökumət bunu sakit həzm edə bilərdi? Əlbəttə ki, yox”.

Respublikaçı Alternativ” (ReAl) – Azərbaycanın qeydiyyatdan keçməmiş müxalif partiyasıdır. Partiya lideri İlqar Məmmədov hazırda həbsdədir – 2014-cü ildə o, kütləvi iğtişaş təşkil etmə və hakimiyyət nümayəndələrinə müqavimət göstərmə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov beynəlxalq səviyyədə siyasi məhbus kimi tanınıb və hüquq müdafiə təşkilatları bir neçə dəfə nəticəsiz olaraq onun azad edilməsini tələb ediblər.


More on JAMnews