Toplanan əşyalar ehtiyacı olanlara paylanacaq" />

Bakıda lazımsız paltar və ayaqqabı toplamaq üçün yeşiklər qoyulmağa başlayıb

Toplanan əşyalar ehtiyacı olanlara paylanacaq

Foto – Trend

Bakıda lazımsız paltar və ayaqqabıları atmaqdansa səliqə ilə qoymaq üçün xüsusi yeşiklər quraşdırılmağa başlayıb. Bu yolla toplanan əşyalar ehtiyacı olanlara paylanılacaq.

Hazırda bu yeşiklər Babək prospektində (şəhər kənarı) bir neçə yerdə quraşdırılıb, yaxın zamanda isə Bakının digər rayonlarında da quraşdırılacaq.

• Bakının turistlərin yolunun üstündə olmayan 10 gözəl mənzərəsi

Yeşiklər IDEA ictimai birliyinin təşəbbüsü ilə quraşdırılıb. Təşəddüs sahibləri hesab edirlər ki, bu, ehtiyacı olanlara kömək etməklə yanaşı, şəhəri artıq zibildən də təmizləməyə imkan verəcək.

Əşyaları yeşiyə qoymazdan öncə yumaq və ya təmizləmək lazımdır.

Sosial şəbəkələrdə bu xəbər məmnunluq və şübhə qarışıq qəbul edilib. Bəzi şərhlər:

“Bir də gördün, sonra bu əşyalar sekond-hənd mağazalarında peyda oldu…”

“Yaxşı ideyadır. Amma əsas odur ki, bütün bunlar nəzarət altında olsun. Yoxsa oğurlaya da bilərlər”

“Gözəl başlanğıcdır! Avropada çoxdan belə edirlər”.

Facebook Comments

More on JAMnews