Kreditlərini qaytarmaq, yaxud pul qazanmaq üçün insanlar böyrəklərini satıblar" />

Bakıda 27 nəfərə zərər yetirmiş daxili orqanlar alverçisinin məhkəməsi gedir

Kreditlərini qaytarmaq, yaxud pul qazanmaq üçün insanlar böyrəklərini satıblar

Bakıda daxili orqanların qanunsuz alqı-satqısında və transplantasiyasında ittiham edilən Vahid Xudadatovun məhkəməsi davam edir. Zərərçəkmiş qismində cinayət işində 27 nəfərin adı çəkilir.

İçərilərində əcnəbilərin də olduğu əlaltıları ilə birlikdə Xudadatov Azərbaycan vətəndaşlarına böyrəklərini satmağa “kömək edib”.

• Azərbaycan həkimləri necə işləyir

• Azərbaycanda xalq təbibləri uşaqların burnundan çöp çıxarır

Zərərçəkmişlərdən biri Səid Ağayev məhkəmədə bildirib ki, 3 min manat həcmində bank kreditini bağlamaq üçün böyrəyini satmaq qərarına gəlib. Öz qohumu vasitəsilə o, orqan alverçisi ilə əlaqəyə girib, böyrəyini 12 min manata satmağa razılaşıb, lakin sonradan qorxub və fikrini dəyişib.

Bəzi zərərçəkmişlər məhkəməyə gəlsələr də, müttəhimə qarşı çıxış etməyiblər. Misal üçün, Şakir Nağıyev bildirib ki, böyrəyini 17 min dollara satıb və alıcılara qarşı heç bir iddiası yoxdur. O, pulunu alıb, İranda müayinə edilib, əməliyyat isə Tbilisidə aparılıb.

Donor orqanlarının alqı-satqısı Azərbaycanda qadağan edilib və cinayət hesab edilir. Ötən ilin fevral ayında Səhiyyə Nazirliyinin təmsilçisi Elxan Əzizov parlamentə bu məhdudiyyəti aradan qaldırmağı təklif etmişdi.

“Ola bilsin ki, bunu leqallaşdırmaqla biz donor orqanlarına olan növbə problemini həll etmiş olarıq. Buna müəyyən çərçivələrdə icazə vermilməsi pis olmazdı. Orqanların kriminal məqsədlərlə satışı, əlbəttə ki, ciddi cəzalandırılmalıdır”, – Əzizov deyib.

O həmçinin iradını bildirib ki, klinikalarda qohum olmayan şəxslərdən pasientlərə orqan köçürülməsinə imtina edilir, halbuki, qanunda belə qadağa nəzərdə tutulmayıb.


More on JAMnews