Rəsmi versiyaya görə, helium şarları partlayıb. Amma helium partlamır. " />

Bakıda əyləncə mərkəzində partlayış: 10 nəfər yaralanıb

Rəsmi versiyaya görə, helium şarları partlayıb. Amma helium partlamır.

Foto: Mhmdvpixel

Bakıda “Megafun” əyləncə mərkəzində baş verən partlayış nəticəsində on nəfər yaralanıb. Rəsmi versiyaya görə, heliumla dolu hava şarları partlayıb. Amma kimya qanunlarına görə, bu mümkünsüzdür.

Azərbaycanda enerji apokalipsisi – nə baş verib

Bakıda güclü yanğın ticarət mərkəzini məhz edib

Partlayış əyləncə mərkəzində təşkil olunan ailəvi tədbirdə baş tutub, Report məlumat verir. Üç nəfəri yanıqlarla xəstəxanaya çatdırıblar, yeddi nəfərə yerindəcə yardım göstərilib, onların arasında bir neçə uşaq da var.

Qonaqlardan biri partlayış anını videoya çəkib. Bu kadrlarda görünür ki, animator səhnədə fişənglə jonqlyorluq edir, tavanın altında isə hava şarları asılıb. Bir anda fişəng bu şarlara dəyir və partlayış baş verir.

Polis bildirir ki, animatorların ehtiyatsızlığı üzündən şarlardakı helium partlayıb, bu da partlayışa səbəb olub. Sosial şəbəkələrdə isə bu versiya hiddətlə qarşılaşıb. İş orasındadır ki, helium partlaya, əsasən də yana bilməz. Onun kimyəvi xassələri isə bunu istisna edir.

Buna görə də Facebook istifadəçiləri hesab edir ki, şarlar hansısa başqa qazla dolu olub.

Şərhlər:

“Məktəbdə azca da olsa kimyanı oxuyan bilir ki, helium partlamır! Onlar camaatı səfeh yerinə tutur?”;

“Helium çox bahadır. Ola bilsin, başqa, daha ucuz nəsə doldurublar”;

“İndi hər şeyi fişəngi olan animatorun üstünə atırlar, halbuki şar sahibləri günahkardır”.


More on JAMnews