Ümumilikdə Bakıda İranla əməkdaşlığın genişlənməsinə dair səkkiz sənəd imzalanıb " />

Bakı və Tehran İranı Rusiya ilə Azərbaycan vasitəsilə bağlayan layihələri müzakirə edib

Ümumilikdə Bakıda İranla əməkdaşlığın genişlənməsinə dair səkkiz sənəd imzalanıb

İran prezidenti Həsən Ruhaninin Azərbaycana iki günlük səfəri çox məhsuldar keçib. Səfərin yekununda səkkiz dövlətlərarası saziş imzalanıb, dəmiryolu xətti və müştərək avtomobil müəssisəsi açılıb. Ən önəmlisi isə İranla Rusiyanı Azərbaycan ərazisi vasitəsilə birləşdirən “Şimal-Cənub” inkişaf dəhlizi çərçivəsində layihələr razılaşdırılıb.

Aşağıdakı razılaşmalar imzalanıb:

  • Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitələri arasında əməkdaşlıq haqda proqram;
  • Gənclər və idman nazirlikləri arasında əməkdaşlıq üzrə icra planı;
  • Mədəniyyət və incəsənət üzrə mübadilə proqramı;
  • Səhiyyə sahəsində əməkdaşlıq üzrə tədbirlər proqramı;
  • Xəzər dənizində enerji bloklarının müştərək təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı anlaşma haqda memorandum;
  • Sənaye sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsi haqda memorandum;
  • İqtisadiyyat və maliyyə sahəsində əməkdaşlıq haqda memorandum;
  • Astara-Reşt dəmiryolu xəttinin İran İslam Respublikası ərazisinə düşən hissəsinin inşasının maliyyələşdirilməsi haqda saziş.

Son maddəni şərhçilər xüsusilə vacib hesab edir. Layihənin büdcəsi 500 milyard ABŞ dollarıdır. 2018-ci ilin fevralında ilk sınaq yük qatarı Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu xətti ilə göndərilib, bununla da Rusiyadan İrana Azərbaycan ərazisi vasitəsilə “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub.

Ruhaninin səfəri çərçivəsində ilk müştərək Azərbaycan-İran avtomobil zavodunun açılışı da baş tutub. “Təsisçilər Iran Khodro və Azeurocar şirkətləridir. Müəssisədə Dena, Rana, Soren və Samand markalı avtomobillərin, o cümlədən Peugeot-un bir sıra modellərinin buraxılması nəzərdə tutulub. Layihə 25 milyon dollar həcmində dəyərləndirilir, zavodun maksimal gücü ildə 10 min avtomobildir. Avtomobillərin MDB bazarlarına ixrac edilməsi planlaşdırılıb”, – moscow-baku.ru saytı yazır.

İran prezidenti iki qonşu ölkə arasında əməkdaşlığı yüksək dəyərləndirib:

Biz Azərbaycanın yanındayıq. Əgər İran təhlükəsizlikdə olacaqsa, o zaman Azərbaycan da təhlükəsizlikdə olacaq. Əgər Azərbaycan inkişaf edəcəksə, o zaman İran da inkişaf edəcək”, – Ruhani deyib.


More on JAMnews