Dəmiryolu dəhlizinin rəsmi açılışı Bakıda oktyabrın 30-da baş tutacaq " />

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ilk yük qatarı yola salınıb

Dəmiryolu dəhlizinin rəsmi açılışı Bakıda oktyabrın 30-da baş tutacaq

Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu dəhlizindən keçən 82 konteynerli ilk yük qatarı Kustanay (Qazaxıstan) stansiyasından Mersin (Türkiyə) stansiyasına doğru yola düşüb, AzRusTrans şirkətinin məlumatında deyilir.

Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Rusiyanın taxıl yükünün dəmiryolu ilə daşınması operatoru “Rusaqrotrans” QSC “AzRusTrans” QSC adlı müştərək müəssisə yaradıblar. Bunda məqsəd Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında həyata keçirilən yükdaşımada dəmiryolu ilə daşımanın payını artırmaqdan ibarətdir.

Bakı-Tbilisi-Qars dəmiryolunun işə salınması ilə bağlı təntənəli mərasim oktyabrın 30-da keçiriləcək. Mərasimdə iştirak etmək üçün Bakıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili gələcəklər.

  • Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan-Gürcüstan-Türkiyə beynəlxalq sazişi əsasında inşa edilib. Layihə 2008-ci ildən həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində Gürcüstanın Axalkalaki stansiyasından Türkiyənin Qars stansiyasına qədər dəmiryolu xətti bərpa edilib. BTQ-nin ümumi uzunluğu 826 kilometr təşkil edir.
  • BTQ istismara veriləndən sonra ilk mərhələdə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulub, ikinci mərhələdə yükdaşımanın həcmi 17 milyon tona, sərnişin daşımanın isə ildə iki milyon nəfərə çatacağı gözlənilir.

Bakı-Tbilisi-Qars dəmiryolunun siyasi və iqtisadi aspektləri haqda JAMnews-un araşdırması ilə buradan tanış olmaq mümkündür.

Qafqazdan keçən ipək və dəmir yol


More on JAMnews