Müxalif partiyanın lideri prezident Əliyevi “öz sözünü pozmaqda” ittiham edir " />

Bakı İcra Hakimiyyəti “Müsavat” partiyasının yürüşlə bağlı müraciətini rədd edib

Müxalif partiyanın lideri prezident Əliyevi “öz sözünü pozmaqda” ittiham edir

Bakı şəhəri İcra Hakimiyyəti müxalif “Müsavat” partiyasının oktyabrın 21-ə planlaşdırdığı küçə yürüşünə qadağa qoyub və öz qərarını “yürüşün şəhərin küçələrində nəqliyyatın hərəkətinə maneə yarada biləcəyi ilə” izah edib.

Müsavat” partiyası oktyabrın 21-də korrupsiyaya qarşı mübarizə və siyasi məhbusların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirmək qərarı verib. Partiya nümayişi Bakının iki gur prospektlərindən biri boyunca keçirmək üçün Bakı İcra Hakimiyyətinə müraciət edib.

Amma icra hakimiyyəti hesab edib ki, yürüşün keçirilməsi “məqsədəuyğun deyil”, çünki bu aksiya şəhərdə nəqliyyat tıxaclarına səbəb ola bilər. Əvəzində meriya müxalifətçilərə Bakının kənarında “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.

Müsavat” bu təklifi rədd edib. “Müsavat” partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində şəhər hakimiyyətinin qərarını “qanunsuz” adlandırıb.

Bakı İcra Hakimiyyətinin küttləvi aksiyaları qadağan etmək kimi səlahiyyəti yoxdur. Yürüşü Bakı şəhərində “maşınların sayının artması” ilə izah eləmək ümumiyyətlə absurddur”, – Hacılı yazıb.

Bununla yanaşı o, İlham Əliyevin az əvvəl Aİ nümayəndə heyəti ilə görüşdə Azərbaycanda toplaşma azadlığın tam təmin olunması ilə bağlı sözlərini xatırladıb.

Toplaşma azadlığı bircə stadionla məhdudlaşa bilməz və ölkənin bütün ərazisinə aid edilməlidir. Amma bizim aksiyamızı razılaşdırmamaqla Azərbaycan hakimiyyəti bir daha ölkədə toplaşma azadlığının olmadığını göstərdi”, – Hacılı deyib.

  • Müsavat” partiyası Azərbaycanın parlamentə daxil olmayan əsas müxalif qüvvələrindən biridir. “Müsavat” Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasına daxil deyil. 
  • Müsavat” partiyası 1992-ci ildə bərpa olunub və özünü 1918-1920-ci illərdə mövcud olmuş ilk müstəqil Azərbaycan Respublikasının iqtidar partiyasının hüquqi varisi elan edib. 
  • Müsavat” partiyasının lideri İsa Qəmbər 1992-1993-cü illərdə Azərbaycanın Milli Məclisinin spikeri olub və bir müddət prezident səlahiyyətlərini icra edib.


More on JAMnews